Inar Travel

Misirdə halal istirahət. Müsəlmanlar üçün Les Rois oteli (Xurqada)

Əhali 89127000 nəfər

Sahə 1010407 km2

Rəsmi dil ərəb

Turun qiyməti xxx

Misirdə halal istirahət. Müsəlmanlar üçün Les Rois oteli (Xurqada) Otelin siyasəti otel müştərilərinin (istər kişi, istər qadınların) tam məxfiliyi və mühafizəsinə yönəlib. Bundan əlavə, dindarlar üçün ibadət otaqları da mövcuddur. Həmçinin qadınlar üçün ayrı çimərlik və otelin damında damda hovuz mövcuddur. Qadın müştərilərimiz üçün xidmət personalı tamamilə qadınlardan ibarət olan xüsusi çimərlik fəaliyyət göstərir.

Mehmanxanada:

147 ikinəfərlik standart, və 38 lüks otaq

 

185 otaq növbəti avadanlıqla təchiz olunmuşdur:

Hamam otağında fen

Mini-bar

Beynəlxalq zənglər üçün telefon

Distand pultlu rəngli televizor

Peyk televiziyası

Dağlara, hovuza və körfəzə mənzərəli otaqlar

Eyvan və panoramalı pəncərələr

Tüstü dedektoru və su ciləyiciləri

Üç lift

Fərdi kontrollu olan mərkəzi kondisioner

Duş/ vanna( tualet ləvazimatları)

 

İnfrastruktur:

Yerli və xarici mətbəx yeməkləri təklif edən 3 restoran. Əsas restoran 500 nəfərlikdir. Burada nahar və şam yeməkləri verilir.

Hovuzun kənarında təklif olunan barbekü

Otelin damında yerləşən hovuz

Fito-bar

Lobbi-bar

 

İstirahət:

2 hovuz

Hər cür təchizatlanmış fitnes mərkəzi, sağlamlıq klubu, sauna, cakuzi və buxar hamamı.

 

Çimərlik:

300 metr aralıda olan otelin şəxsi qumsallı çimərliyi. Çətirlər, uzanacaqlar, döşəklər və çimərlik dəsmallarının icarəsi ödənişsizdir.

Əlavə xidmətlər:

Qeydiyyatda qiymətli əşyaların saxlanılması üçün pulsuz seyf

Pulsuz avtomobil dayanacağı

Otaqların gündəlik təmizlənməsi

Ticarət sıraları

Həkim

24-saatlıq otaq xidməti

Quru təmizləmə/kimyəvi təmizləmə

Çimərliyədək pulsuz transfer

 

İdman, əyləncə, xidmətlər:

2 açıq hovuz( xanımlar üçün otelin damında yerləşən hovuz)

Sağlamlıq klubu, tam təchizatlı sauna, trenajor zalı, cakuzi, masaj və buxarxana.

Bilyard

Çimərlik(oteldən 300 metrlik məsafədə)

Animasiya

Çimərlikdə voleybol

Otelin terrasında bədəvi çadırı

 

Uşaqlar üçün:

Uşaq hovuzu

Oyun otaqları

Xüsusi uşaq menyusu

Dayə xidməti (sorğu əsasında)

 

Müsəlmanlar üçün:

Müsəlmanlar üçün ayrı çimərlik

İbadət otaqları

Otel yaxınlığında məscid

Çay və otlardan hazırlanmış içkilər təklif edən fito-bar

Qadınlar üçün otelin damında yerləşən hovuz