Inar Travel

Malayziyaya müsəlman turu

Əhali 30652000 nəfər

Sahə 329847 km2

Rəsmi dil malay

Turun qiyməti xxx

Malayziyaya müsəlman turu Malayziyaya səfər edən müsəlman turistlərə son vaxtlar halal otellərdə yerləşmə və nömrələrə əlavə xidmətlər (misal üçün, Quran nümunələri, ibadət üçün geyim və xalçalar, dəstəmaz üçün xüsusi xidmətlər və s.) geniş şəkildə təklif olunur.

Malayziyaya səfər edən müsəlman turistlərə son vaxtlar halal otellərdə yerləşmə və nömrələrə əlavə xidmətlər (misal üçün, Quran nümunələri, ibadət üçün geyim və xalçalar, dəstəmaz üçün xüsusi xidmətlər və s.) geniş şəkildə təklif olunur.

Kuala-Lumpurun əyalət şəhəri olan Ampanqda yerləşən elit otelin altıncı mərtəbəsində zaldakı səsucaldandan demək olar ki günün 24 saatı Qurandan ayələr səslənir.

Hər otaqda çarpayıyanı dolabçanın üzərində müqəddəs Quranın bir nüsxəsi, çarpayı üstündə isə namaz üçün geyim komplektləri qoyulur. Hamam otaqları isə dəstəmaz almaq üçün əlavə kran ilə təchiz olunub.

Hotelin “İslam mərtəbəsində” otaqlar yalnız müsəlmanlar qonaqlar üçün rezervasiya olunur. Birinci mərtəbədə gündə 5 dəfə namza çağırış – azan səslənərək, hotelin sakinləri və işçi heyətini dörd imamdan birinin ardınca ibadət üçün xüsusi zala toplayır.

Yeni kurort məkanı Malayziyada tez bir zamanda qapılarının müsəlman qonaqların üzünə açacaq. Şəlaləli kurort yalnız qadınlar üçün açıq olacaq. Hotelin işçiləri və hətta mühafizəçilər belə zərif cinsin nümayəndələrindən ibarət olacaqdır.  Bu kurort islam ölkələrində yaşayan qadınları cəlb edəcək. Hamıya məlumdur ki, müsəlman ölkələrində qadınlar kişilər ilə bir hövzədə çimə bilməz və adətən kurortlarda müsəlman qadınları uzun şalvar və tünd köynəklərdə çimirlər.

Diqqətinizə çatdırmaq istərdik ki, Malayziyanın şərqi sahili möhtəşəm qumlu çimərliklər və mənzərəli şəlalələri ilə məşhurdur.