Inar Travel

Nepal – xəyalların gerçəkləşdiyi krallıq

Əhali 30430267 nəfər

Sahə 140800 km2

Rəsmi dil nepal

Turun qiyməti 2000

Nepal – xəyalların gerçəkləşdiyi krallıq Nepal... Coğrafiyanı, mədəniyyəti və dini özündə birləşdirən müxtəliflik ölkəsi. Şimalda yerləşən dağ silsilələrində dünyanın on ən yüksək hündürlüklərindən səkkizi burada yerləşir, həmçinin dünyanın ən hündür Everest dağıda buradadır. Əhalinin çox bir qisminin hinduizm dininə itaət etməsinə baxmayaraq, xalqın çox güclü buddist ənənələri vardır. Çünki Nepal daha çox Budda kimi tanınan, Sidxartxa Qautamanın vətənidir.

Nepal… Coğrafiyanı, mədəniyyəti və dini özündə birləşdirən müxtəliflik ölkəsi. Şimalda yerləşən dağ silsilələrində dünyanın on ən yüksək hündürlüklərindən səkkizi burada yerləşir, həmçinin dünyanın ən hündür Everest dağıda buradadır. Əhalinin çox bir qisminin hinduizm dininə itaət etməsinə baxmayaraq, xalqın çox güclü buddist ənənələri vardır. Çünki Nepal daha çox Budda kimi tanınan, Sidxartxa Qautamanın vətənidir.

Nepal özünəməxsus coğrafi yerləşməsinə görə bioloji müxtəlifliyə malikdir və bu baxımdan dünyanın ən varlı ölkələrindən biridir. 150 kilometr məsafəliyində dəniz səthinin hündürlüyü 60 metrdən 8848 metrə qədər dəyişir (Everest dağı), bunun nəticəsində buranın iqlimi də yüksək dərəcədə dəyişkəndir. Nepalda çoxlu sayda qoruqlar və milli parklar vardır – yer kürəsinin ən böyük dağ silsiləsi, tropik cəngəlliklər, dağ çayları, meşəli təpələr  və qarla örtülü vadilər məhz burada yerləşir. Katmandu tarixi məbədlərin, ziyarətgahların və paqodaların bol olduğu bir vadidə yerləşir. Bura səs-küylü, çox insanlı və hər büdcəyə uyğun mehmanxanaların, restoranların və barların yerləşdiyi bir şəhərdir. Bu ölkədə Katmandudan başqa cəlbedici şəhərlərdə var, məsələn Pokxara, Naqarkot və s. Onlar gözəl yerləşmələrinə və insani valeh edən günəşin doğuşu və qürubuna görə bütün dünyada məşhurdur. Bxaratpurda yerləşən orta əsrlərə məxsus məbədlər insana xüsusi zövq hissi yaşadır.

Səfər proqramı:

Katmandu ekskursiyası, Svayambunatx stupasına ziyarət Bu, Meymun dağının ərazisində yerləşən ən qədim buddist stupalarından biridir.

Buddist Tibet monastırı olan Kopana ekskursiya. Bu monastır şəhərdən 7 kilometr uzaqlıqda olan təpənin üzərində yerləşir  və buradan bütün vadiyə heyranedici mənzərə açılır.

Səfər gününün ikinci yarısında tur Paşupatinatxaya davam edəcəkdir. Məşhur Hind Varanasinin analoqu olan Şiva tanrısının monastırı burada, müqəddəs Baqmati çayının sahilində yerləşir.

Bütün gün davam edən Bunqmati və Kxokana ərazisini əhatə edəcək ekskursiya.

Bunqmati – Katmandunun mərkəzindən 10 kilometr və Tibet qaçqınlarının yaşadığı düşərgədən 4 kilometr uzaqlıqda yerləşən kiçik bir qəsəbədir. Bura iki qədimi şəhər olan Bunqmati və Kxokananın övladı hesab edilir. hansıki öz qardaşı ilə demək olarki qarışmışdır. Katmandu vadisində yerləşən bu iki qəsəbə yeni dövrün dəyişikliklərinə ən az məruz qalmış torpaqlardır. Bunqmati – ensiz küçələrin, eyvanların və məşhur Nevar naxışlı pəncərələrin, böyük gölməçələrin, kiçik monastırların, stupaların və mərkəzi meydan sarayının gözəllik verdiyi bir qəsəbədir.

Katmandu şəhərindən 5 kilometr cənubda və Baqmati çayının cənub sahilində yerləşən Patan şəhərinə ziyarət. Patan buddist və hindu mədəniyyətlərinin mərkəzlərindən biridir. Şəhərdə çoxlu sayda  dini sənət abidələri, məbədlər və monastırlar mövcuddur.

Naqarkot Bxaktapuraya ziyarət yolunda yerləşir, bura bütün dünyada əsrlər boyu dəyişməmiş özünəməxsus incəsənəti, heyranedici mədəniyyəti və həyat tərzi ilə tanınır.

Naqarkot Katmandu şəhərinin 32 kilometr şərqində və vadinin 2175 metr hündürlüyündə yerləşir. Burada dağlara baxaraq zövq oxşamaq səhər erkən mümkündür, çünki günün bu vaxtı təbiəti aydın görmə ehtimalı yüksəkdir. Nepalda yerləşən bütün yerlər arasında Naqarkot ətrafı seyr etmək üçün ən yaxşı yerdir, işıqlı gündə buradan hətta Everest dağını belə görmək mümkündür.

Kurintar (təxminən 3 saat) və Manakamana məbədlərinə ziyarət, səfər qaldırıcı vasitəsi ilə həyata keçirilir. Daha sonra arzuların reallaşdığı Monakamanaya tur.

Bandipur, Himalayın dağətəyində yerləşən mənzərəli bir şəhərcikdir.

Pokxara – bütün dünyanın stupası kimi tanınır (Şanti Stupa), Maxendra mağarası, Beynəlxalq alpinizm muzeyi, Devi şəlaləsi və Feva gölü də buranın görməli yerlərindəndir.

Sarankotaya təşkil olunan ekskursiya Himalayın üstündə günəşin doğuşunu seyr etmək məqsədini daşıyır. Burada günəş şüalarını qarlı hündürlüklərin zirvəsindən saçmağa başlayır.

Lumbini daha çox Qautama Budda kimi tanınan Sidxartxa Qautamanın doğulduğu yer kimi məşhurdur.

Buddanın anasına məxsus olan – Maya Devi məbədinə ziyarət, 8 km2 sahəni əhatə edən müqəddəs bağa və Budda dünyaya gəlməzdən öncə Maya Devinin çimdiyi müqəddəs Puşkarni gölünə, və həmçinin durnalar qoruğuna ekskursiya.

Proqramın qiyməti – adambaşı 2000 AZN-dən başlayaraq.