Inar Travel

Çexiyada toy

Əhali 10538275 nəfər

Sahə 78866 km2

Rəsmi dil çex

Turun qiyməti 1350

Çexiyada toy Çexiya qəsrində romantik toy mərasimi əsl nağıla bənzəyir. Çexiya qəsrləri öz möhtəşəmliyində təkrarolunmaz və unikaldır, hər bir qəsr individual yanaşma tələb edir. Şirkətimiz sizə hər bir qəsrə uyğun ətraflı məlumatı təqdim edir. Biz sizinlə seçiminiz olan qəsrdə toy mərasiminin keçirilməsi ssenarisini müzakirə etməkdən məmnunluq duyuruq. Yetər ki, istəklərinizi, arzularınızı bizə çatdırın və biz toyunuzun keçirilməsi üçün ideal məkanın seçimində sizə yardımçı olaq.

Vltava üzərindəki Qluboka qəsrində toy

Vltava üzərindəki Qluboka qəsri Çexiyada toy mərasimlərinin keçirilməsi üzrə ən məşhur qəsrlərdən biridir. Bu qəsr romantik quruluşuna görə dünyanın bütün yerlərindən yeni evliləri özünə cəlb edir. Kral qəsri olan Qlubokanın əsası ilk dəfə 13-cü əsrdə çex kralı İkinci Otakar tərəfindən qoyulmuşdur. Qəsr mövcudluğunun bütün dövrü ərzində 4 dəfə yenidənqurma və təmirə məruz qalmışdır.

1661-ci ildən etibarən qəsr Şvartsenberq nəslinin mülkünə keçir, hansı ki məhz bu nəslin mülkiyyətində olan müddətdə, yəni 1871-ci ildə qəsr qeyri-qotik görkəm əldə etmişdir. Həmin dövrdən etibarən qəsr 140 təmtəraqla quraşdırılmış otaqdan və 11 güllədən ibarətdir. Güllələrin hündürlüyü ümumilikdə 60 metrə çatır. Qəsrin üz tərəfində “NİL NİSİ RECTUM” (Həqiqətdən başqa heçnə) şuarlı Şvartsenberq ailəsinin nəhəng gerbi yerləşdirilmişdir. Qəsr bu möhtəşəm görünüşü İkinci Adolf Şvartsenberq və onun Lixtenşteyn şahzadəsi olan xanımı Elianoranın hakimiyyət illərində əldə etmişdir. Qəsrin ərazisində, həmçinin ingilis üslubunda park təşkil edilmişdir.

Mərasimlər: Vətəndaş.

İş günləri: cümə, şənbə (digər günlərdə də mümkündür)

Saat: 9.00-14.30

Keçirilmə məkanı:

Toy mərasimi üçün nəzərdə tutulmuş zal, tutumu 20 oturaq, 20 ayaqüstü yer.

Yay mövsümündə qəsrin parkında əlavə ödəniş etməklə.

Vltava üzərindəki Qluboka qəsrində romantik paketə daxil xidmətlər:

 

  • Toyunuza hazırlıq və mərasiminin keçirilmə müzakirəsi üçün şəxsi koordinator;
  • Yaşadığınız ölkədə sənədləşmə işlərinin təşkili üçün məsləhətçi;
  • Çexiyaya qanuni gəlişinizin təsdiqi üçün xarici polisiyaya müşayiət;
  • Sənədlərin qabaqcadan imzalanması üçün dövlət və nikah məntəqələrinə müşayiət edilməsi;
  • Kəbin kəsmə günündə bütün dövlət rüsumlar;
  • Toy mərasimi üçün avtomobil Mercedes E class (4 saata) təşkili;
  • Kəbin kəsmə günündə tərcüməçinin xidmətləri;
  • Musiqi müşayiəti – orqan musiqisi;
  • Mərasim sonrası şampan qonaqlığı;
  • Nikah şəhadətnaməsinin tərcümə olunmuş nüsxəsinin təqdimi və təcili poçt göndərilməsi xidmətləri;
  • Zərurət olduğu halda nikah şahidlərinin təşkil olunması;
  • Əlavə xidmətlər (otellərin bronlaşdırılması, nəqliyyat xidmətlərinin təşkili, restoranın seçilməsi və rezervasiyası, stilist, vizajist, fotoqraf və floristin xidmətləri)

 

Xidmətlər paketinin qiyməti: 1350 Avro

Avro və Dollarda olan qiymətlər Çexiya Respublikasının Milli Bankının müəyyən etdiyi valyuta mübadiləsi kursu əsasında dəyişə bilər.