Inar Travel

Antverpen

Əhali 11239755 nəfər

Sahə 30528 km2

Rəsmi dil niderland, fransız, alman

Turun qiyməti xxx

Antverpen Şimal dənizinə tökülən Selda çayı sahilində yerləşən Antverpen şəhəri eyniadlı flamand əyalətinin paytaxtıdır. Flandriyanın nəhəng şəhəri hesab olunan Antverpenin yarım milyondan çox əhalisi var. Əsası erkən orta əsrlərdə qoyulmuş liman şəhəri turistləri keçmişin xüsusi rəng və çalarlarını özündə saxlamış labirint küçələri ilə fəth edir. Şəhərdə çoxlu sayda gecə klubları, bar və rəqs zalları mövcuddur.

Antverpen

Şimal dənizinə tökülən Selda çayı sahilində yerləşən Antverpen şəhəri eyniadlı flamand əyalətinin paytaxtıdır. Flandriyanın nəhəng şəhəri hesab olunan Antverpenin yarım milyondan çox əhalisi var. Əsası erkən orta əsrlərdə qoyulmuş liman şəhəri turistləri keçmişin xüsusi rəng və çalarlarını özündə saxlamış labirint küçələri ilə fəth edir. Şəhərdə çoxlu sayda gecə klubları, bar və rəqs zalları mövcuddur.
Nəhəng flamand şəhərinə məşhurluğu 1521-ci ildə inşa olunmuş Antverpen İsa Anası qotik kilsəsi, XIII əsrin Sten qəsri və XIV yüzillikdə inşa olunmuş Şəhər meydanı gətirib. UNESCO-nun Ümumdünya Mədəni irsi siyahısına əlavə olunmuş Beffrua zəng qülləsi Antverpenin vizit kartı hesab olunur. Şəhərin tarixi mərkəzi ilə gəzinti çoxsaylı sarayları seyr etməyə imkan yaradır. Onlardan bir çoxu muzey qismində fəaliyyət göstərməkdədir.

Hər il Antverpen milyonlarla turist qəbul edir. Müstəqil turlar tərcih edən soydaşlarımız Antverpenə hava yolu ilə getməyə üstünlük verir. Antverpenin hava limanı əyalət paytaxtının 4 kilometrliyində yerləşir. Belçikanın bu küncündə istirahətin səfər proqramına Kral Incəsənət muzeyinə, zərif incəsənət akademiyasına və Rubensin ev muzeyinə səfərlər daxildir (dahi rəssam Rubens Antverpendə doğulmuşdur). Antverpenin muzey müəssisələri sırasında Sten qəsrində yerləşən Milli dənizçilik muzeyini qeyd etmək lazımdır. Bir çox turistin diqqətini bijuteriyaya həsr olunmuş Mayer-Van-Den-Berq muzeyi cəlb edir. Zinət mağazalarını ziyarət etmədən Antverpendə müstəqil istirahəti təsəvvür etmək mümkün deyil. Hətta zinət əşyası almağı planlaşdırmayan turistlər də bu mağazalara baş çəkməyə tələsir. Bu böyük liman şəhəri Avropanın brilyant mərkəzi hesab olunur. Belçikanın regional paytaxtı olan Antverpenin əsas diqqətəlayiq obyektlər sayına fərqli yaşda olan turistləri cəlb edən Antverpen zooparkı da daxildir.

Opera musiqisinə dəyər verənlərin diqqətini Kralın Flamand operası cəlb edir. Piyada gəzinti sevərlərinin arasında məşhurluğu Qrote Mark meydanı qazanmişdır. Onun ətrafında qəhvəxana, restoran və hər növ mağazalı qədimi binalar ucalıb. Hər il ənənəvi olaraq Milad bayramı ərəfəsində məhz bu meydanda xarici turistlərin diqqətinə səbəb olan bayram yarmarkası təşkil olunur. Flandriyanın nəhəng şəhərinin mehmanxanalar şəbəkəsi beşulduzlu mehmanxanaları və ucuz hostelləri, mehmanxana kompleksləri və kiçik mini-otelləri özündə birləşdirir.