Inar Travel

Asiya İstanbulu

Əhali 77695904 nəfər

Sahə 783562 km2

Rəsmi dil türk

Turun qiyməti xxx

Asiya İstanbulu Bosfor boğazı ilə Avropa və Asiya hissələrinə bölünmüş İstanbul qərb və şərq mədəniyyətlərinin inanılmaz sintezini özündə cəmləşdirir. Bosforun suları bu iki qitəni bir-birindən ayırmır, əksinə, birləşdirir, buna görə də, boğazın hər iki sahilində siz Avropa dəbdəbəsi ilə birlikdə osmanlı təmtərağını da görə bilərsiniz: gözəl saray kompleksləri, məscidlər, meydanlar və şəhərin adi küçələri.

Bəylərbəyi sarayı
Qız qalası
Çamlıca seyr meydançası

Bosfor boğazı ilə Avropa və Asiya hissələrinə bölünmüş İstanbul qərb və şərq mədəniyyətlərinin inanılmaz sintezini özündə cəmləşdirir. Bosforun suları bu iki qitəni bir-birindən ayırmır, əksinə, birləşdirir, buna görə də, boğazın hər iki sahilində siz Avropa dəbdəbəsi ilə birlikdə osmanlı təmtərağını da görə bilərsiniz: gözəl saray kompleksləri, məscidlər, meydanlar və şəhərin adi küçələri.

Bu gün biz sizinlə Asiya İstanbuluna səyahət edəcəyik. İlk olaraq Bəylərbəyi sarayını ziyarət edəcəyik. Quru rəqəmlərdən danışsaq, bu sarayın tikilmə ilini qeyd etmək lazımdır. Tikintisi 1861-ci ildə soltan Əbdül Əzizin əmri ilə başlanıb, 1865-ci ildə isə başa çatıb. Elə bu yerdə əvvəllər saray kompleksi yerləşirdi, lakin yanğın taxta tikilini məhv etmişdi. Daha bir neçə rəqəmi səsləndirmək olar: sahil xətti boyunca sarayın uzunluğu 65 metrdir, sarayın ərazisini təşkil edən torpaqların sahəsi isə əvvəllər 160 min kvadrat metrə bərabər olub. Lakin rəqəmlərlə sarayın yaratdığı riqqət hissini çatdırmaq mümkün deyil. Sultanların yay iqamətgahı — Bəylərbəyi sarayı neo-barokko üslubunun ən gözəl nümunələrindən biridir. Sarayın daxili tərtibatı bir zamanlar Napoleonun həyat yoldaşı imperatriçə Yevgeniyanı valeh edibmiş. İnteryerdəki hər şey — çarpayının üstündəki torun mirvari bəzəyindən tutmuş, qeyri-adi memarlığına qədər möhtəşəm görükür. Bu bina unudulmazdır. Dəniz motivləri, Avropa dizaynına harmonik uyğunlaşdırılmış osmanlı floristik nəqqaşlığı, Çin çinisi, Bohemiya bülluru — bunların hamısı bir məkanda cəmləşdirilib, və bununla da çox zərif bir zövq nümayiş etdirilmişdir. Misir qamışından döşəmə interyeri çox qeyri-adi və praktiki cəhətdən interyeri tamamlayır. Sarayda pəncərələrin qeyri-adi forması və yerləşməsi onun daxilini daha da bənzərsiz edir. İşıq insanın alışmadığı bucaq altında düşür, incəsənət əsərləri olan aksessuarlar və interyerin detallarını işıqlandırır. Bəzi zalların divarlarındakı dekorativ nəqqaşlıq elementləri sonradan bütün dünyanı fəth etmiş modern üslubunun ilk qaranquşu kimi qəbul etmək olar. Gözəl bağ, bir neçə pavilyon, nalı xatırladan məşhur tağlı at tövlələri, soltanın sevimlisi olan Fərxan adlı atın bürünc heykəli, saraydan bağa qeyri-adi tunel — bütün bunlar Bəylərbəyi sarayını təkrarolunmaz edir.

Ən gözəl saraylardan birini gəzdikdən sonra Bosfora tərəf yol alırıq və burada boğazın düz ortasında kiçik bir adada bütün dünyada Qız qalası kimi məşhur olan qala ucalır. Ada və Qız qalası uzun bir tarixə malikdir və olan-olmayan hadisələrlə zəngindir. Ada üzərində qalanın təsvirinə hələ eramızdan əvvəl V əsrdəki mənbələrdə rast gəlinir — o zamanlar Afina ilə Sparta üz-üzə dayanmışdı. Hesab olunur ki, qala bir zamanlar vergi nəzarəti məntəqəsi, gözətçi nöqtəsi olmuş, uzun müddət mayak kimi istifadə olunmuşdur. Daha sonralar burada taun xəstələrinin karantin izolyatoru, saray məhbuslarının zindanı da olmuşdur. XX əsrin ikinci yarısında Qız Qalası (türkcə Kız Kulesi) İstanbulun mədəni mərkəzlərindən birinə çevrilib, burada sərgilər və konsertlər keçirilib. Hazırda Qız qalasında restoran və seyr meydançası yerləşir ki, buradan Bosfora və onun sahilindəki saraylara, məscidlərə və müasir evlərə əla mənzərə açılır.

Qalanın iki adı — Qız qalası və Leandr qalası — iki əfsanə ilə bağlıdır. Onlardan birinə əsasən, qala mifoloji bir qəhrəmanın adı ilə adlandırılıb. Gənc Leandr qaranlıqda sevgilisi, ailə qurmamaq qadağasını pozmuş Geroya — Afroditanın kənizinə yol tapmadan boğazın sularında boğulmuşdur. Dalğalar Leandrın cəsədini məhz bura vurub çıxarır və əlacsız qalan Gero ozünü qaladan dənizə atır. Başqa əfsanəyə görə, qala bir zamanlar soltanın qızını qoruyurmuş. Qızın 18 yaşı tamam olunca öləcəyi söylənmişdir və buna görə də, onu qalada qoruyurmuşlar. Lakin qızın 18 yaşı tamam olan gün onu meyvə zənbilində gizlənmiş ilan vurur. Türklərin arasında Kız Kulesi adı daha geniş yayılıb.

Bosforu gəzəndən sonra sahilə — Üsküdar limanına qayıdaq. Burada gözəl bir qadının adını daşıyan Mihrimah Sultan məscidi yerləşir. Məscid və onu əhatə edən tikililər kompleksi dahi osmanlı memarı Memar Sinan tərəfindən tikilib. Tikintinin maliyyələşdirən sultan Süleymanın və onun həyat yoldaşı Haseki Hürrəm sultanın (Roksolananın) qızı olub.

Əfsanəyə görə, Memar Sinan mavi gözlü, qızıl saçlı gözəl soltan qızına — Mihrimaha aşiq imiş, buna görə də, onun üçün və onun şərəfinə tikilmiş məscidlər də memar üçün xüsusi əhəmiyyət kəsb edirmiş. Deyilənə görə, Üsküdardakı məscidin forması elədir ki, o ətəyi yerlə sürünən qadına bənzəyir. Belə gözəl bənzətmə yerinə düşür: möhtəşəm tikili öz zərif minarələri, 10 metrlik günbəzi və onu əhatə edən yarımgünbəzlərlə, həmçinin mərmər 20 üzlü şadırvan — bütün bunlar inanılmaz görüntü yaradır. Lakin gözəl Mihrimah yalnız ərköyün soltan qızı deyildi, həm də siyasi xadim və xeyirxahlıqla məşğul olan insan idi. Buna görə də, məscidin əhatəsində mədrəsə, ibtidai məktəb, xəstəxana, mehmanxanası olan karvansara salınmışdı. Doğrudur, bizim günlərimizə qədər bunların hamısı qorunub saxlanmayıb.

Fars dilindən adı `günəş və ay` kimi tərcümə olunan Mihrimah soltan dolğun həyat sürüb. O, atasının məsləhətçisi, ərinin köməkçisi, sonradan isə kiçik qardaşının sarayında Validə soltan olub. Şərq mədəniyyətində və tarixində qadınların rolunu kiçiltmək olmaz.

Üsküdar İstanbul sakinlərinin ən sevimli guşələrindən biridir. Qədim ənənələr və gözəl mənzərələr sevimli şəhərinin ecazkar görüntülərindən zövq almaq istəyənləri cəlb edir. Burada, Böyük Çamlıca təpəsinin başında Çamlıca seyr meydançası yerləşir. Dəniz səviyyəsindən 263 metr hündürlükdən gözəl mənzərə açılır: Mərmərə dənizi, Prins adaları, möhtəşəm körpüləri və sahilləri ilə Bosfor və Qızıl buynuz buxtası. Acımtıl və müalicəvi şam ağaclarının ətri, abadlaşdırılmış istirahət zonaları və liman şəhərinin səsləri — Asiya İstanbulu gəzintisinin gözəl sonluğudur.