Inar Travel

Bari

Əhali 60795612 nəfər

Sahə 301340 km2

Rəsmi dil italyan

Turun qiyməti 100

Bari Bari şəhəri nə ilə məşhurdur? Burada III əsrin sonu, IV əsrin əvvəllərində yaşamış, Şərqdə olduğu kimi, Qərbdə də hörmət edilən müqəddəslərdən olan Likiyalı Mir arxiyepiskopu Müqəddəs Nikolay dəfn olunmuşdur. 1087-ci ildə Bari dənizçiləri, venesiyalıları qabaqlayaraq Likiyalı Mir arxiyepiskopu Müqəddəs Nikolayın nəşini ələ keçirdilər. 1087-ci ilin may ayında Nikolayın cənazəsi Bari şəhərinin yaxınlığında yerləşən limana daxil oldu, 1089-cu ildə isə onun üçün xüsusi tikilən yeraltı bazilikaya köçürüldü.

Bari
Bari

Bari şəhəri nə ilə məşhurdur? Burada III əsrin sonu, IV əsrin əvvəllərində yaşamış, Şərqdə olduğu kimi, Qərbdə də hörmət edilən müqəddəslərdən olan Likiyalı Mir arxiyepiskopu Müqəddəs Nikolay dəfn olunmuşdur. 1087-ci ildə Bari dənizçiləri, venesiyalıları qabaqlayaraq Likiyalı Mir arxiyepiskopu Müqəddəs Nikolayın nəşini ələ keçirdilər.1087-ci ilin may ayında Nikolayın cənazəsi Bari şəhərinin yaxınlığında yerləşən limana daxil oldu, 1089-cu ildə isə onun üçün xüsusi tikilən yeraltı bazilikaya köçürüldü. Müqəddəs Nikolay Bazilikasına və köhnə Bariyə (orda Müqəddəs Savina Kafedral kilsəsi, Şvab qəsrinə, Dominikan monastırına; Piççini teatrı, suda inşa edilmiş Marqerita teatrı, Merkantile piacca (Alış-veriş meydanına) və Ferrareze meydanı; Ədalət Sütunu; Trayan yolu və Antonio istehkamına) piyada ekskursiya.

Ekskursiyanın qiyməti – 100 AZN təşkil edir.

Baridə yalnız pravoslav deyil, digər dinlərə mənsub müqəddəslərinin qalıqları saxlanılır – daha biri müqəddəs Nikolaya məxsusdur. O, buraya XI əsrdə Mira şəhərindən (Türkiyə) gətirilmişdir. Bu hadisə orta əsrlərdə böyük səs-küyə səbəb oldu və zəvvarların böyük kütləsi Bariyə axışdı. Dəfn üçün əzəmətli məbəd ucaldıldı. Məbədi müqəddəs tutmağa və təntənəli mərasimi keçirməyə Roma papası II Urban təşrif buyurdu. Bəli, Səlib yürüşlərini başladan II Urban. Bundan sonra, xaç yürüşlərinə başlayan hər bir xaçpərəst Müqəddəs Torpağa yollanmamışdan əvvəl Müqəddəs Nikolaydan xeyir-dua almaq üçün buraya gəlirdi. Şərq torpaqlarından aldıqları əmanətlərlə elə buraya da qayıdırdılar. Bu qiymətli əmanətlər elə bu gün də Baridə saxlanılır. Bari, coğrafi xüsusiyyətinə görə və eləcə də mədəni-dini əlaqələr baxımından Şərqlə Qərbi birləşdirən mərkəzdir. Dünyada bir olaraq həm pravoslav, həm katolikin xidmətini apardığı yeganə məbəddir. Hər il 9 May, nəşlərin gətirildiyi qeyd edilən gün, bu iki məzhəbin ruhaniləri dini mərasimi birlikdə keçirirlər. Tarix boyu bu əsrarəngiz yeri Roma papaları, İngilis kralları və uzaq rus torpağından gələn zəvvar və səyahətçilər ziyarət ediblər. Bir çox millətlər bazilikaya hədiyyə qismində özləri ilə nə isə gətirirlər. Burada cümlə rus millətindən də hədiyyə var. 2003-cü ilə Rusiya Federasiyasının prezidenti V.V. Putin və bütün rus milləti adından yerli əhaliyə müqəddəs Nikolayın bürüncdən hazırlanmış heykəli hədiyyə olunub. Məhz o, bazilikanın həyətində Müqəddəs Nikolayın yanına gələn hər kəsi qarşılayır.

Barinin tarixi mərkəzi cənubi-italyan şəhərlərinin xüsusi koloriti ilə seçilir. Gülərüz, heç yerə tələsməyən italyanlar öz dünyalarına məxsus sakitlikləri ilə insana rahatlıq və hüzur bəxş edirlər. Ekskursiya zamanı müqəddəs Nikolayın Bazilikasına, şəhərin əsas kilsəsi olan Müqəddəs Savina kilsəsinə və XII əsr qəsrinə baş çəkəcək, şəhərin tarixi hissəsində gəzəcəyik.

Ekskursiyanın qiyməti – 100 AZN təşkil edir.