Inar Travel

Frantişkovı Lazne

Əhali 10538275 nəfər

Sahə 78866 km2

Rəsmi dil çex

Turun qiyməti xxx

Frantişkovı Lazne Frantişkovı Lazne əhəmiyyətinə görə Çexiyanın üçüncü müalicəvi kurortudur. O, Praqadan 180 km uzaqda, Almaniya ilə sərhəddin yaxınlığında yerləşir. Tibbi mərkəzlərin çoxluğu və güclü turist infrastrukturu ilə təchiz olunmaqla o, təəccüblü şəkildə XX əsrin əvvəlinin təkrarolunmaz atmosferasını qoruyub saxlamışdır: burda neoklassizm dövrünün abidələri parkların yaşıllığında itib-batırlar. Bundan başqa, kurort zəngin mədəni ənənələəri ilə məşhurdur: müxtəlif vaxtlarda burada Bethoven, Göte və Şiller istirahət etmişdir. Frantişkovı Laznenin rəmzi – şəhərin qədim mərkəzində yerləşən kiçik oğlan Frantişkin bürünc heykəlidir.

Frantişkovı Lazne əhəmiyyətinə görə Çexiyanın üçüncü müalicəvi kurortudur. O, Praqadan 180 km uzaqda, Almaniya ilə sərhəddin yaxınlığında yerləşir. Tibbi mərkəzlərin çoxluğu və güclü turist infrastrukturu ilə təchiz olunmaqla o, təəccüblü şəkildə XX əsrin əvvəlinin təkrarolunmaz atmosferasını qoruyub saxlamışdır: burda neoklassizm dövrünün abidələri parkların yaşıllığında itib-batırlar. Bundan başqa, kurort zəngin mədəni ənənələəri ilə məşhurdur: müxtəlif vaxtlarda burada Bethoven, Göte və Şiller istirahət etmişdir. Frantişkovı Laznenin rəmzi – şəhərin qədim mərkəzində yerləşən kiçik oğlan Frantişkin bürünc heykəlidir.

Aydındır ki, burada da əfsanəsiz ötüşmədi. Əfsanəyə əsasən, uşaq dünyaya gətirməkdə çətinlik çəkən qadınlar bu bərəkətli rəmzə toxunaraq tez zamanda ana olur. Çox güman ki, bu inanc elə də əsassız deyil, çünki kurortun əsas ixtisaslaşması ginekoloji xəstəliklərdir.

Kompleks kurort müalicəyə sanatoriyada və həmçinin Lazne 1, Lazne 2, Lazne 3 müalicəxanalarında müalicə daxildir.

Sanatoriya-kurort müalicəsinə göstərişlər

Qələvi və kükürdlə zəngin müalicəvi sular, dəmirli müalicəvi palçıq və təbii qaz ürək-damar xəstəlikləri, dayaq-hərəkət aparatının xəstəliklərində, ginekoloji xəstəliklər və sonsuzluqda, həmçinin ürək tutması keçirmiş xəstələrin reabilitasiyasında istifadə olunur.

  • Ürək-damar xəstəlikləri: ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarktdan sonrakı vəziyyətlər;
  • Ginekoloji xəstəliklər: adneksitlər, metritlər, xarici cinsiyyət orqanlarının iltihabi xəstəlikləri, klimakterik dövr problemləri, ginekoloji cərrahi əməliyyatdan sonrakı vəziyyət, sonsuzluğun müalicəsi, uşaq ginekoloji xəstəlikləri;
  • Hipertoniya xəstəliyi;
  • Dayaq-hərəkət sisteminin xəstəlikləri: oynaqların zədələnməsi ilə metabolik xəstəliklər, vertebral algitik sindrom (bel ağrısı), onurğa sütununu ağrılı funksional pozuntusu, dayaq-hərəkət aparatının post-travmatik vəziyyəti və ortopedik cərrahi əməliyyatlardan sonraki vəziyyət, deformasiyaedici artroz, iltihabsız artritlər, yuvenil skolioz, revmatizm (həmçinin uşaqlada) və onun fəsadları;
  • Maddələr mübadiləsinin və daxili sekresiya vəzilərinin işinin pozulması: piylənmə, podaqra, qəbizlik, şəkərli diabet, hiperlipoproteinemiya.

Əks göstərişlər:

  • Dekompensasiya vəziyyətində olan ürək-damar xəstəlikləri;
  • Xoşxassəli və bədxassəli şişlər;
  • Aktiv vərəm;
  • Kəskinləşmə dövründə olan infeksion xəstəliklər.