Inar Travel

Keyptaun – Viktoriya şəlaləsi – Çobe (Botsvana)

Əhali 54002000 nəfər

Sahə 1221037 km2

Rəsmi dil İngilis, Afrikan, Venda, Zulu

Turun qiyməti 1200

Keyptaun – Viktoriya şəlaləsi – Çobe (Botsvana) «Ümid burnu və pinqvinlər» ekskursiyası (8-9 saat). Cənubi Afrika Respublikasına ən məşhur ekskursiyalardan biri! 9 saatlıq səyahət ərzində Atlantik sahili boyunca Cənubi Afrikanın məşhur görməli yerləri ilə tanış olacaqsınız: məşhur mayakı və müxtəlif flora və faunası ilə tanınan "Ümid burnu" qoruğu; Çapman yolu, supişiyi adası; regionun ən məşhur balıq restoranlarının yerləşdiyi Hautbey limanı; öz hovuzları və ecazkar mənzərəsi ilə tanınmış Sipoint rayonu; sahilin ən gözəl çimərlikləri, harada ki siz Afrika pinqvinləri ilə əyləncəli şəkildə üzə bilərsiniz.

Keyptaun
Viktoriya şəlaləsi

1-ci gün. Keyptaun

Şirkət nümayəndəsi otelə transfer üçün sizi hava limanında qarşılayacaq.

2-ci gün. Keyptaun.

«Ümid burnu və pinqvinlər» ekskursiyası (8-9 saat). Cənubi Afrika Respublikasına ən məşhur ekskursiyalardan biri! 9 saatlıq səyahət ərzində Atlantik sahili boyunca Cənubi Afrikanın məşhur görməli yerləri ilə tanış olacaqsınız: məşhur mayakı və müxtəlif flora və faunası ilə tanınan “Ümid burnu” qoruğu; Çapman yolu, supişiyi adası; regionun ən məşhur balıq restoranlarının yerləşdiyi Hautbey limanı; öz hovuzları və ecazkar mənzərəsi ilə tanınmış Sipoint rayonu; sahilin ən gözəl çimərlikləri, harada ki siz Afrika pinqvinləri ilə əyləncəli şəkildə üzə bilərsiniz. Proqrama daxildir: funikulyorla mayaka qalxma, supişiklərinin məskunlaşdığı adaya kruiz, qoruqlara giriş bileti, içkilər, qəlyanaltı.

3-cü gün. Keyptaun.

Şəhər ekskursiyası və Masa dağına qalxma(4-5 saat)

4-cü gün. Keyptaun

Pulsuz tarix ekskursiyası və alış-veriş  – «Afrikanın brilyant və tanzanitləri».

5-ci gün. Keyptaun – Viktoriya şəlaləsi

Livinqstona səfər 10:40 – 12:45.

Viktoriya şəlaləsi yaxınlığında otelə transfer. Viktoriya şəlaləsi əzəməti və gözəlliyi ilə insanı valeh edir. Günbatan vaxtı sizi dəbdəbəli «Ledi Livinqston» gəmisində içki və qəlyanaltı ilə Zambezi kruizi gözləyir. Fillər, begemotlar, timsahlar, Afrika qürubu fonunda cürbəcür quşların uçuşması sizə unudulmaz təəssürat bağışlayacaq.  Proqrama daxildir: qəlyanaltı və içkilər (həmçinin spirtli içkilər). Gecələmə: 5* David Livingstone Lodge and Spa.

6-cı gün. Viktoriya şəlaləsi

Şəlaləyə ekskursiya (2 saat)

7-ci gün. Viktoriya şəlaləsi.

Çobe parkına safari, cip və çay ilə (13 saat)

Biz bu möhtəşəm günü ətraflı təsvir etməyəcəyik ☺ CAR-ın bütün gözəlliklərini seyr etmək üçün sadəcə şirkətimizdə bu ecazkar səyahəti sifariş edin!

8-ci gün. Viktoriya şəlaləsi – Yohannesburq

Livinqstona transfer, Yohannesburqa uçuş.

Evə qayıtmaq üçün reys.

Proqramın qiyməti: 1200 AZN təşkil edir.

Qiymətə daxildir: yaşama, qidalanma, bütün transfer və ekskursiyalar, muzeylərə giriş biletləri.

Qiymətə daxil deyil: aviauçuş