Inar Travel

Lyublyana

Əhali 2061085 nəfər

Sahə 20273 km2

Rəsmi dil sloven

Turun qiyməti 350

Lyublyana Füsünkar qədim Lyublyana şəhəri Sloveniyanın vizit kartı və paytaxtıdır. Diqqətə layiq yerlərinin çoxluğu və mədəni irsinə qayğıkeş münasibətinə görə Lyublyananı “Miniatür Praqa” adlandırırlar.

Lyublyana
Lyublyana

Füsünkar qədim Lyublyana şəhəri Sloveniyanın vizit kartı və paytaxtıdır. Diqqətə layiq yerlərinin çoxluğu və mədəni irsinə qayğıkeş münasibətinə görə Lyublyananı “Miniatür Praqa” adlandırırlar.

Şəhər hətta son minillikdə də cazibəsini itirməyərək, minlərlə turisti özünə cəlb edir.

Şəhərlə tanışlığı onun məşhur Lyublyana qəsrindən başlamaq olar. Buradan açılan gözəl mənzərə, ensiz küçələrdə itən möhtəşəm evlər, əfsanəvi qəsrlər qəlbinizdə əbədi iz qoyacaq.

Turistlərin digər sevimli məkanı Trimostovyedir.

Lyublyanitsa çayının sağ və sol sahillərini əjdahalarla bəzədilmiş üç piyada körpüsü birləşdirir. Bu körpülər sizə paytaxtın tam mərkəzinə, mərkəzi meydanına gətirib çıxardacaq ki, burada siz tələsmədən özündə orta əsr abu-havasını saxlamış qədimi küçələrdə gəzə, yerli dükan və mağazalara baş çəkərək, uğurlu alış-veriş edə bilərsiniz.

Qədim Fujin Rakovnik qəsrləri, o cümlədən unikal Monet qəsri şəhər haqqında çox şey deyə bilər. Yeni meydanda sizi hal-hazırda elm və incəsənət akademiyasının yerləşdiyi Lontovj sarayı qarşılayacaq.

Şəhərdə həddindən çox müxtəlif muzey və rəssamlıq qalereyaları var: Dövlət muzeyi, Təbii tarixi muzeyi, Müasir incəsənət qalereyası, Arxeologiya muzeyi qapılarını qonaqpərvərliklə gələnlərin üzünə açır.

Yerli restoran və kafelərə baş çəkməyi unutmayın. Burada rahat abu-havada Sloveniyanın milli mətbəxinin ləziz taamlarından dadıb, milli musiqisini dinləyərək istirahət etmək olar. Lyublyanada musiqini çox sevirlər. Burada müntəzəm olaraq Lyublyana Yay Festivalı və Ümumdünya musiqi festivalları kimi çox sayda klassik və caz musiqi festivalları keçirilir. Sloveniyanın əsas şəhəri gecələr tamam fərqli hal alır. O, milyonlarla rəngarəng işıqlarla işıqlanır. Eyni zamanda çox sayda Lyublyana diskoteka və klubları işə başlayır. Şəhərdə XXI əsrin müxtəlif yön və üslublu musiqiləri hökm sürür. Lyublyana qeyri adi, gözəl və çoxüzlü şəhərdir. Buna görə də burada hər kəs öz ürəyincə olan əyləncə növünü tapa bilər.

Lyublyanada istirahətin qiyməti uçuş və viza rüsumu istisna olmaqla 350AZN-dən başlayır.