Inar Travel

Malaqa

Əhali 46464052 nəfər

Sahə 505990 km2

Rəsmi dil ispan

Turun qiyməti 1000

Malaqa Malaqa Əndəlusun böyüklüyünə görə ikinci və Kosta-del-Sol sahillərinin əsas şəhəridir. Malaqa bu gün də, finikiyalıların, romalıların və mavrların zamanında olduğu kimi, çiçəklənən liman olaraq qalır. Şəhər dənizlə dağ arasında sıxılıb qalmış dar və uzun torpaq diliminin üzərində salınıb.

Malaqa finikiyalılar tərəfindən eramızdan əvvəl 1100-cü ildə salınıb və e.ə. III əsrdə Roma imperiyasının ən əsas limanlarından biri olub. VIII əsrdə ərəblər tərəfindən işğal olunub və nəticədə şəhərdə ipək parça istehsalı inkişaf etməyə başlayıb. O, əmirliyin əhəmiyyətli iqtisadi mərkəzinə çevrilib. Yalnız XV əsrdə Kastilya qoşunları şəhəri geri ala və onu Kastilyaya birləşdirə biliblər.

XIX əsrdə “Malaqa” şirin şərabı Avropada ən məşhur içkilərdən biri olub. Lakin 1876-cı ildə buradakı üzümlüklər filloksera ilə zədələnib və şərab istehsalı azalıb. Amma günü bu gün də Malaqa şərabları və zeytun yağı ilə məşhurdur.

Bu gün Malaqa – Aralıq dənizi sahillərində çoxlu sayda otelləri, rahat və cəlbedici çimərlikləri, mənzərəli təbiət görüntüləri ilə çiçəklənən kurort şəhəridir. Malaqada istirahət turistləri özünün qeyri-adi mənzərələri, isti iqlimi, gözəl çimərlikləri və zəngin tarixi ilə cəlb edir.

Malaqanın sahili Aralıq dənizinin mətbəxini təqdim edən cürbəcür kafe və restoranlarla doludur. Burada ən ləziz yemək balıqdır. Gənclər üçün Malaqada çoxlu sayda diskoteka və gecə klubları fəaliyyət göstərir və əyləncə burada gecə-gündüz davam edir.

Müxtəlif bayram günlərində Malaqaya səyahət xüsusilə unudulmaz olur:
– Müqəddəs həftə (katolik Pasxa bayramından əvvəlki həftəyə təsadüf edir) Malaqada beynəlxalq turistik əhəmiyyətə malik bayramlardan sayılır (1965-ci ildən)
– İyulun 16-da qeyd olunan, dənizçilərin qoruyucusu sayılan Karmen bayramı (La Festividad de Nuestra Senora del Carmen)
– Avqustun ikinci cümə günü başlayan və o bbiri həftənin bazar gününə qədər 9 gün davam edən ənənəvi feriya (yarmarka). Günorta hadisələrin mərkəzi Malaqanın tarixi mərkəzinə, axşamlar isə şəhərin kənarına təsadüf edir
– Şəhərin müqəddəs qoruyucusunun şərəfinə 8 sentyabrda qeyd olunan Qələbə ilahəsi (Virgen de la Victoria) bayramı

Şəhərdən 8 kilometr aralıda El-Rompesido beynəlxalq hava limanı yerləşir.

Malaqanın çimərlikləri:

Sahil xəttinin gözəl coğrafi mövqeyi var: bura, şimal küləklərindən dağ silsiləsi ilə qorunur və ilin 300 günü günəşlidir. Xüsusilə sahilin qərb hissəsində yerləşən Malaqa çimərlikləri bütün dünyada şəffaf suyu və narın qumu, şərq sahillərində yerləşən çimərliklər isə daşlıq sahilləri və suyun içərisində rastlanılan gizli qayalıqlarla zəngindir.

Burada çimərliklər uzun və genişdir, mailliyi orta səviyyədədir. Şərqdən qərbə aşağıdakı çimərliklər uzanır: El Kandado (El Candado), Las Akasiyas (Las Acacias), Caleta, San Julian, El Palo, Pedreqalejo, Banyos del Karmen, La Malageta (La Malagueta), San Andres, Mizerikordiya (La Misericordia), Quadalorse və Quadalmar.

Şəhər Malaqa çimərliklərinin təmizliyinin bərpasına və qorunub saxlanmasına, həmçinin onların infrastrukturunun yaxşılaşdırılmasına səylərini əsirgəmir. Bunun nəticəsidir ki, Malageta çimərliyinin uzunluğu 2500 metrə, eni isə 60 metrə çatır. Avropa Birliyi tərəfindən verilmiş çoxlu sayda mavi bayraq Malaqa çimərliklərinin yüksək keyfiyyətinin ən gözəl zəmanətidir.
Çimərlik geyimi olmadan günəşdə qaralma həvəskarları üçün xüsusi, ciddi şəkildə ayrılmış nudist çimərlik zonası olan Quadalmar mövcuddur.

Malaqanın görməli yerləri

Kafedral kilsə. Onun tikintisi 1528-ci ildə memarlar Dieqo de Siloe və Dieqo Verqara tərəfindən başlanıb. Bina memarlıq üslublarının qəribə ahəngini təcəssüm edir. Qüllələrdən biri vəsait çatışmazlığı üzündən tikilib qurtarmayıb, buna görə də, kilsəni `La Mankita` (`bir qollu`) adlandırıblar.

Kilsədə Pedro de Menin gözəl heykəllərini görmək olar. Məşhur ispan rəssamı Alonso Kano mehrabın bəzədilməsi və üç möhtəşəm kapellanın işlənməsində iştirak edib.

Kilsəni səhərlər saat 9-dan 12-yə, axşamlar isə 15-dan 18-ə kimi ziyarət etmək olar.

İncə sənətlər muzeyi (Musso-de-Be-lyas-Artes) 1915-ci ildə yaranıb və Malaqanın mərkəzində yerləşir. Burada Surbaran, Murilyo, böyük Errero kimi ustaların əsərlərinin gözəl kolleksiyası toplanıb. Malaqanın XIX-XX əsr rəssamlarının işlərinin toplusu da böyük maraq doğurur. A.Simonetin `Ürəyin anatomiyası`, Noqalesin `Gülsatan qız` və Pablo Pikassonun iki erkən əsəri muzeyin ziyarətçilərinin marağına səbəb olur. Həmçinin muzeydə gözəl heykəllər kolleksiyası da var. Muzeyin patiosu (həyəti) qiymətsiz antik şəbəkə ilə bəzədilib.

De la Mersed meydanı (Plaza de la Merced). Bu o qədər də böyük olmayan kvadrat şəkilli meydanın ortasında öz liberal ideyaları uğrunda canlarından keçmiş general Torrixosu və onun silahdaşlarının şərəfinə ucaldılmış heykəl diqqəti cəlb edir. 1831-ci ilin dekabrında onların hamısı Malaqada güllələnmişlər. Meudana çıxan binalardan birində Pablo Pikasso anadan olub.

1881-ci ildə Pikassonun anadan olduğu və uşaqlıq illərini keçirdiyi Pikasso Evində (Kasa-Natal-de-Pikasso) 1989-cu ildən onun ev muzeyi yerləşir.

Alkasaba sarayı VIII-XI əsrlərdə tikilib. Saray xalis ərəb memarlığı nümunəsidir. Burada güllər və palmalarla bəzədilmiş həyətlərin labirinti, fontanlar, hündür daş hasarlar var. Qədim zamanlarda sarayın divarlarını yüz qala bəzəyirmiş. Məhz burada 1487-ci ildə katolik kralları Ferdinand və İzabella yaşayıblar. İndi burada arxeoloji muzey yerləşir. Girişin yaxınlığında qismən qazılaraq gün üzünə çıxarılmış Roma teatrı mövcuddur, Finikiya, Roma və Mavritaniya abidələri isə Arxeoloji muzeydə sərgilənir. Alkasabanın arxasındakı tərədə XIV əsr Mavritaniya qəsri-qalası olan Kastilyo-de-Xibralfaronun xarabalıqları yüksəlir. Təəssüf ki, çoxsaylı müharibələr üzündən qalanın bir çox qüllələri dağıdılıb. Lakin qoşa qala divarları yüksələn təpənin zirvəsindən aşağıda yerləşən şəhərə və limana gözəl mənzərə açılır.

Arxeoloji muzey Alkasaba kompleksində yerləşir. Burada qədim dünyanın qiymətsiz nişanələri, Dəmir dövründən, Neolit və Paleolit eralarından qalan arxeoloji tapıntılar sərgilənir. Bunların əksəriyyəti arxeoloqlar tərəfindən La Pileta və La Viktoriya mağaralarında aşkarlanıb. Yunan, Karfagen, Roma, Misir, Vestqot və ispan-mavritan incəsənətinə həsr olunmuş zallar böyük maraq doğururlar.
Servantes prospektinin sonunda öküz döyüşləri üçün arena var ki, bura xalq arasında Malageta adı ilə daha çox məşhurdur.

Şəhidlər kilsəsi (Iglesia de los Martires). XV əsrin yadigarı olan bu kilsə müxtəlif dükanlarla zəngin olan yaraşıqlı piyada küçələrinin olduğu rayonda yerləşir. Məbədin təvazökar xarici görünüşü onun zəngin daxilini gizlədir (barokko). Bu, kilsədə XVIII ərdə aparılmış bərpa işlərindən sonra meydana gəlib. Məbəddə Malaqanın qoruyucularının – Santa Paulanın və San Siriakonun heykəlləri var. Kilsənin yaxınlığındakı kişim meydanda (Martires küçəsi / calle Martires) tipik Kristo de los Faroles yerləşir. Bu, Fransiskan keşişləri ordeni tərəfindən qəbul edilən `İsa məsihin çarmıxa çəkilməsinin` Əndəlus xalq adıdır.

Montes de Malaqa (Montes del Malaga) parkı Malaqadan bir neçə kilometr şimalda yerləşməsi ilə İspaniyanın ən məşhur qoruqlarından biri hesab olunur. Onun ərazisi az qala 5 min hektar sahəni əhatə edir və landşaft baxımından təpələrlə, vadilərlə və kiçik çaylarla zəngin unikal təbiətə malikdir. Parkın əsas dəyəri buradakı flora və faunadır. Burada 400-ə yaxın bitki növü, 27 növ məməli və 9 növ quş, 8 növ suda-quruda yaşayan, 19 növ sürünən görmək olar ki, bunların arasında Əndəlusun nadir canlılarından olan buqələmunları göstərmək mümkündür. Burada həmsinin qartallar və qabanlar yaşayır. Piyada turistlər üçün mənzərəli cığırlar açılıb.

Aula del Mar dəniz muzeyində (Aula del Mar) Alboran dənizinin 500 flora və fauna nümunəsi toplanıb və hər cür tədbirlər görülür ki, dəniz tısbağalarının və delfinlərin nəsli tükənməsin.

Şəhərin mərkəzində yerləşən Nəbatat bağında bütün dünyadan gətirilmiş Avropa, tropik və subtropik bitkilər toplanıb. Elə buradaca süni su hövzələrində ördəklər üzür, fontanlarda isə qızıl balıqlar yaşayır. Yaşıl teatrda tez-tez musiqi səslənir.

İncəsənət və Xalq ənənələri Muzeyi (Museo de Artes y Costumbres Populares). Bu muzey Meson de la Viktoriyada (Meson de la Victoria) – XVII əsrin gözəl karvansarasında yerləşir. Bu etnoqrafik muzeyin ekspozisiyasına yerli əhalinin adət və ənənələrindən xəbər verən ən müxtəlif əşyalar toplanıb. Burada şərab və yağ hazırlamaq, balıqçılıqla məşğul olmaq üçün istifadə olunan çoxsaylı əmək alətlərini və avadanlıqlarını və s. görmək mümkündür. Birinci mərtəbədə yerli folklorun müxtəlif obrazlarını əks etdirən terrakota fiqurların maraqlı kolleksiyası sərgilənir.

Park la Siera de la Nieve (La Sierra de las Nieves) — zəngin bitki və heyvanat aləmi olan, Malaqanın yaxınlığında yerləşən daha bir parkdır.

Şosse yolu ilə şimala doğru getdikcə siz XIX əsrin 40-cı illərinin kiçik bir şərab istehsal edən müəssisəsinə gəlib çatacaqsınız.
Proqramın qiyməti aviauçuş və viza yığımı nəzərə alınmadan adambaşı 1000 AZN-dən başlayır.