Inar Travel

Marianske Lazne

Əhali 10538275 nəfər

Sahə 78866 km2

Rəsmi dil çex

Turun qiyməti xxx

Marianske Lazne Marianske Lazne - ən cavan, lakin böyüklüyünə görə Çexiyanın “üçbucaq kurortları” arasında ikinci kurortudur. Marianske Lazne Karlovı Varıdan cənub-qərb istiqamətində, 48 km aralıda, dəniz səviyyəsindən 630 m hündürlükdə yerləşir.

Marianske Lazne
Marianske Lazne
Marianske Lazne

Demək olar  ki, evlər və sanatoriyaların hamısı İtaliyanın yeni renessans üslubunda tikilmişdir. Kurort meşə və maraqlı yerlərə və abidələrə aparan çoxsaylı turistik cığırlarla əhatələnib. Mineral bulaqlar bu yerlərdə artıq  XVI əsrdən məlum idi. Kurort şəhər statusunu 1866-ci ildə almışdır.

Sanatoriyalardan, otellərdən, müalicəvi mənbələr və müəssisələrdən ibarət şəhərin tarixi mərkəzi 1889-cu ilə aid sütunlar sırası ətrafında təmərküzləşmişdir. Şəhərdə təxminən 40-a yaxın orqanizmdə metabolizm pozulması əleyhinə müsbət təsir göstərən müalicəvi mənbələr mövcuddur.

Marianske Lazne kurort şəhərdir və böyrək xəstəlikləri, sidik kanalları, sümük aparatı, nəfəs borusunun nevroloji səbəblərindən sıradan çıxması, maddələr mübadiləsinin pozulması, endokrin və onkoloji xəstəliklər üzrə müalicəni nəzərdə tutur.

Dünyanın digər kurortlarından heç biri belə zəngin müalicəvi bulaqlar diapazonuna malik deyildir. Karlovı Varı mənbələrindən fərqli olaraq, bu mənbələr –  dayaz, soyuq sulardır. Şəhərin özündə 40 müalicəvi mənbə var, şəhərin kənarlarında isə onların sayı 100-ə yaxındır. Bütün mənbələr temperaturu 7-10oC olan soyuq, turş, yüksək minerallaşma dərəcəsi olan və dəmir tərkibli mineral sulardır. Mənbələrdən olan suyun kimyəvi tərkibinə görə mineral suların 3 növü müşahidə olunur: tərkibində qlauber duzları olmaqla duzlu-qələvili, karbon-dəmirli və sadə turş sular. Bu sular içmək, inhalyasiya ( mineral suyun buğu ilə nəfəs alma müalicə üsulu ) və vanna üçün istifadə edilir. Mineral mənbələrdən əlavə müalicə üçün kurort yaxınlığında olan müalicəvi palçıqlardan və təbii karbon qazlı mənbələrdən (Marii qazı) istifadə edilir.

  • Böyrək xəstəlikləri və sidik kanalları: sitolitiaz, böyrəkdə daş, böyrəklərin cərrahi əməliyyatdan sonrakı vəziyyəti, sidik kisəsi və prostat vəzi xəstəlikləri, böyrəklərin qeyri-spesifik xroniki iltihabı, piyelonifrit, xroniki prostatit, uretrit, prostovezukulit, süni böyrək, tək böyrək, böyrəklərin transplantasiyasndan sonrakı vəziyyət.
  • Nəfəs yolları xəstəlikləri: bronxial astma, xroniki bronxit, yuxarı və aşağı nəfəs yollarının xroniki xəstəlikləri, o cümlədən xroniki faringit, laringit, sinusit, rinit, nəfəsalma yollarının allergik xəstəliyi  həmçinin yuxarı və aşağı nəfəsalma yollarının cərrahi əməliyyatdan sonrakı müalicəsi və yüngül kompensasiya mərhələləri, ağ ciyərlərin vərəm əlamətlərsiz təkrar iltihabı, nəfəsalma yollarının qıcıqlandırıcı maddələr vasitəsi ilə zədələnməsi.
  • Maddələr mübadiləsinin pozulması: podaqra, 2-ci növ şəkər diabeti, lipid maddələr mübadiləsinin pozulması, piylənmə, qəbizlik.
  • Dayaq və hərəkət sisteminin xəstəlikləri: onurğa ağrıları sindromu, əzələ ağrıları, oynaq və onurğa ağrıları, post-travmatik vəziyyət, ergenlik skoliozu, onurğa və oynaqların cərrahi əməliyyatdan sonrakı vəziyyəti, çanaq sümüyünün transplantasiyasından sonrakı  ortopedik müalicə, deformasiyaya uğramış artroz, septik artrit, bel və oynaqların sürtülüb yırtılması, oynaq revmatizmi.
  • Mərkəzi sinir sistemi xəstəlikləri: sinir kökləri sindromu, uşaq beyin iflici, serebral iflic, skleroz.
  • Ginekoloji xəstəliklər: daxili və xarici cinsiyyət orqanlarının xroniki və iltihabı xəstəlikləri, cinsiyyət orqanlarının daxili hipoplaziyası, menstrual siklin birinci və ikinci dərəcəli pozulması, cinsiyyət orqanlarının cərrahi əməliyyatdan sonrakı vəziyyəti, yumurtalıqların funksiyasının itirilməsi, cinsiyyət orqanlarının şüalanmasından sonrakı müalicəsi, I və II dərəcə sonsuzluq, klimakterik pozulmalar.
  • Onkoloji əməliyyatlardan sonrakı müalicə: qadınların döş və cinsiyyət orqanlarının onkoloji əməliyyatından sonrakı reabilitasiyası, qan xəstəlikləri istisna olmaqla digər onkoloji xəstəliklərdən sonrakı müalicə, anemiya ( qan azlığı ), ümümisağlamlıq və antistress proqramlar, geriatrik proqramlar.

Əks göstərişlər.

  • Kəskinləşmə dövründə olan bütün xəstəliklər
  • İnfeksiya xəstəlikləri ( qarın yatalağı və paratif )
  • Vərəm
  • Qan dövranının pozulması
  • Dərin tromboz vəziyyətindən sonrakı mərhələ.
  • Tez-tez baş verən qanaxmalar
  • Səthi tromboflebitdən sonrakı vəziyyət
  • Labil və dekompensasiyaya uğramış diabet
  • Bədxassəli şişlər
  • Ümumi arıqlama və halsızlıq ( kaxeksiya )
  • Epilepsiya
  • Hamiləlik
  • Hemofiliya