Inar Travel

Seyşel adaları

Əhali 92000 nəfər

Sahə 459 km2

Rəsmi dil İngilis, Fransız

Turun qiyməti 1800

Seyşel adaları Seyşel Adaları Respublikası (ingiliscə Republic of Seychelles, fransızca République des Seychelles, seyşelcə Repiblik Sesel) Şərqi Afrikada, Hind Okeanının qərb sahillərində (ekvatordan cənubda) yerləşən ada dövlətidir. Adalar Afrika qitəsindən 1600 km aralıqda, Madaqaskar adasından şimalda yerləşir.

Seyşel Adaları Respublikası (ingiliscə Republic of Seychelles, fransızca République des Seychelles, seyşelcə Repiblik Sesel) Şərqi Afrikada, Hind Okeanının qərb sahillərində (ekvatordan cənubda) yerləşən ada dövlətidir. Adalar Afrika qitəsindən 1600 km aralıqda, Madaqaskar adasından şimalda yerləşir.

Respublikaya 115 ada daxildir; onlardan əhalisi olan yalnız 33 ada var.

Dövlətin ərazisi 455 km2 təşkil edir. Adaların ən böyüyü Mae adasıdır (142 km2). Mae adasında respublikanı n paytaxtı – Viktoriya şəhər və beynəlxalq hava limanı yerləşir. Digər böyük adalar: Siluet, Praslen, La-Diq və s. Bundan əlavə, arxipelaqa xeyli kiçik mərcan adaları daxildir.

Dövlətin əhalisi isə təqribən 88 min nəfərə bərabərdir (2010).

Yer üzündə cənnət barədə sonsuza qədər danışmaq olar. Amma bu ona dəyərmi? Axı o cənnət haqqında min dəfə eşitməkdənsə, onu bir dəfə görmək daha yaxşıdır! “Parisi görsək, ölmək olar” məşhur ifadəsinə “Seyşelsiz həyat mövcuddurmu?” ifadəsini əlavə etməyə vaxtı gəlib!

Adalara səyahət paketlərinin qiyməti turistin büdcəsi və istəklərinin əsasında fərdi şəkildə hesablanır. Seyşel adalarına minimal səyahət paketinin dəyəri adambaşı 1800 AZN təşkil edəcək (aviauçuş, oteldə yerləşmə, transfer və sığorta daxil).