Inar Travel

İsveçrə başdan-başa

Əhali 8211700 nəfər

Sahə 41285 km2

Rəsmi dil Alman, Fransız, İtalyan

Turun qiyməti 1500

İsveçrə başdan-başa Cenevrə boyunca avtobus - piyada ekskursiya. İsveçrə riviyerasına səyahət. Çarli Çaplinin yaşadığı və dəfn olunduğu Veve şəhərinə transfer. Montrye şəhərinə transfer. Orta əsrlərdən qalma Şalyon qəsrini (XII əsr) – Bayronun “Şilyon dustağının” sürgün edildiyi yerə ziyarət (Şilyon qəsrinə giriş bileti turun qiymətinə daxildir). Freddi Merkurinin abidəsi önündə fasilə-dayanacaq.

1 – ci gün (bazar günü) – Cenevrə

Hava limanında qarşılama, oteldə yerləşmə, asudə vaxt.

2 gün (bazar ertəsi) – Cenevrə – Lozanna – Veve – Montrö

Oteldə səhər yeməyi. Cenevrə boyunca avtobus – piyada ekskursiya. İsveçrə riviyerasına səyahət. Çarli Çaplinin yaşadığı və dəfn olunduğu Veve şəhərinə transfer. Montrye şəhərinə transfer. Ortaəsrlərdən qalma Şalyon qəsrini (XII əsr) – Bayronun “Şilyon dustağının” sürgün edildiyi yerə ziyarət (Şilyon qəsrinə giriş bileti turun qiymətinə daxildir). Freddi Merkurinin abidəsi önündə fasilə-dayanacaq. 4 ulduzlu oteldə yerləşmə.

“Lavey-Les-Bains” termal mərkəzinə əlavə ekskursiya. Şəfalı bulaqlar sizə gərginliyin azalmasına və rahatlaşmağa kömək edəcək. Sualtı masajlar sizə gözəlliyinizi və gəncliyinizi qaytaracaq, bel və kürək ağrılarından qurtulmağa kömək edəcək. İsti vannalar sizə enerji verəcək, evkalipt vannaları isə ağ ciyərlərinizi təmizləyəcək. Proseduralardan sonra bir fincan şokolad və ya dağ otlarından dəmlənmiş ətirli çay.

3-cü gün (çərşənbə axşamı) – MONTRÖ – QRUYER – BERN – BAZEL

Oteldə səhər yeməyi. Qruyer şəhərinə transfer. Qruyer qəsrinin yerləşdiyi ortaəsrlər kəndində gəzinti. Yerli milli yemək olan “fondunu” dadmaq və təzə İsveçrə pendiri almaq imkanı. Brok şokolad fabrikinə əlavə ekskursiya. Bern şəhərinə transfer. Bern şəhərinin tarixi mərkəzi boyunca ekskursiya: Ayı çuxuru, Saat qülləsi, Hökümət evi, qədim şəhərin arkadaları və s. Bazel şəhərinə transfer. Kiçik ekskursiya və 4 ulduzlu oteldə yerləşmə. Asudə vaxt.

4-cü gün (çərşənbə) – BAZEL – KOLMAR – STRASBURQ

Oteldə səhər yeməyi. Asudə vaxt. İstəkdən asılı olaraq əlavə ekskursiyalar.

5-ci gün (cümə axşamı) – BAZEL – LÜSERN – SÜRİX

Lüsern şəhərinə transfer. Lüserndə piyada ekskursiya. Avtobus müasir şəhər kvartallarından mərkəzi vağzal və konsert zalının yanından gölün sahilindən keçərək qrupu “Ölən şir” abidəsinə aparır. İstəkdən asılı olaraq “Buz bağı” və güzgülü labirintə ziyarət. Sürix şəhərinə transfer. Rusdilli bələdçi ilə Sürix boyunca avtobus – piyada ekskursiya: Banxofştrase, Frauenmünster kilsəsi (Mark Şaqal şəbəkələri – kilsə ziyarət üçün bağlıdırs, yalnız zahiri baxış mümkündür), Niderdorf, Paradeplas və s. 4 ulduzlu oteldə yerləşmə. Asudə vaxt

6-cı gün (cümə) – SÜRİX – REYN ŞƏLALƏSİ – ŞTAYN – AM –RAYN  – KONSTANS

Ştayn-am-Rayn şəhərinə transfer. Ştayn-am-Raynda (Almaniya ilə sərhəddə yerləşən orta əsrlər kəndi) gəzinti, Raynfal şəlaləsində (Avropanın ən böyük şəlaləsi) fasilə (şəlaləyə giriş bileti turun qiymətinə daxildir). Reyn çayının sol sahilində Şafhauzen şəhəri yerləşir. Şəhər məhz şəlaləyə görə yaranıb və sahildən görünür. Almaniyanın Konstans şəhərinə əlavə ekskursiya. İsveçrə Kroyslinqeni ilə qonşuluğu ilə əlaqədar olaraq, Konstans praktiki olaraq İkinci Dünya müharibəsi zamanı zərər çəkməyib – müttəfiqlər demək olar ki, onu bombalamayıblar. Şəhərin qədim hissəsi yüz illər bundan əvvəl əldə etdiyi üslub və cizgilərini hələ də saxlayır. Təməli XI əsrdə qoyulan Kafedral kilsəsinin şpili, ensiz küçələrin, kiçik orta əsr meydanlarının, XVI-XVIII əsr evlərinin üzərindən hələ hə eyni qürurla ucalır.

7-ci gün (şənbə) – SÜRİX – SEN-QOTAR – BELLİNZONA

Sen-Qotar aşırımına səyahət. Sizin bu yerləri öz gözünüzlə görmək və məşhur “Şeytan körpüsü” ilə uçurumun üzərindən keçmək imkanınız olacaq. Daha sonra Bellinzona– strateji yolların kəsişməsinin üzərində yaranmış şəhərdən yan keçmək mümkün deyil. Bellinzonanın əsas sərvəti  -UNESCO tərəfindən qorunan,  orta əsr müharibələri dövrünü xatırladan və yerli əhalinin azadlıq uğrunda göstərilmiş səylərini xatırladan, uzaqdan görünən qəsrlərdir.

8-ci gün (bazar) –İsveçrə Miniatürü – Verzaska dərəsi  – Lokarno

İsveçrənin ən gözəl göllərindən birində istirahət. Əlavə olaraq “İsveçrə miniatürü” parkına, Verzaska dərəsinə və Lokarnoya ekskursiya. Melidadakı “İsveçrə Miniatürü” parkını da ziyarət etməklə ekskursiya. İstəkdən asılı olaraq axşam “Fox Town” ticarət mərkəzinə baş çəkmə (19:00-dək işləyir).

9-cu gün (bazar ertəsi) – LUQANO – MİLAN

Oteldə səhər yeməyi. Sərbəst gün. İstəkdən asılı olaraq Milana əlavə ekskursiya.

10-cu gün (çərşənbə axşamı) – SÜRİX

Oteldə səhər yeməyi. Qatarla (və ya avtobusla) Sürixə transfer.

Proqramın qiyməti – ikinəfərlik yerləşmə ilə adambaşı 1500 AZN təşkil edir.

Qiymətə daxildir:

  • Oteldə yerləşmə
  • Proqram üzrə bütün transferlər
  • Ekskursiyalar
  • Bələdçi xidmətləri
  • Ekskursiyalar zamanı komfortlu  avtobuslarda transferlər

Qiymətə daxil deyil:

  • Aviabilet
  • Viza rüsumu