Angel’s Peninsula Hotel kondisionerli və yastı ekranlı televizorlu möhtəşəm otaqlara, qadınlar üçün şəxsi, geniş çimərliyə, qapalı/açıq hovuzlara və, müxtəlif xidmətlər təqdim edən spa mərkəzinə sahibdir.
Angel’s Peninsula hotelinin nömrələri, lüks nömrələri və villaları eleqant mebellərlə döşənmişdir. Onlardan çoxu terrassaya malikdir və ya dənizə açılan gözəl mənzərə təqdim edirlər. Hotelin təcrid edilmiş ərazisində yerləşən villalarda şəxsi hovuz və/və ya masaj otağı da vardır.
Angel’s Peninsula hotelində pivə barı, “isveç süfrəsi” və menyu əsasında fəaliyyət göstərən restoranlar mövcuddur. Burada sizə osmanlı, italyan, egey mətbəxinin taamları, həmçinin yüngül qəlyanaltılar və dəniz məhsullarından hazırlanmış yeməklər təqdim olunacaqdır. Siz, həmçinin, çoxsaylı kafelərdən özünüzə sərinləndirici içkilər sifariş edə bilərsiniz.
Otelin ərazisində kişi və qadınlar üçün nəzərdə tutulmuş ayrı və ümumi üzgüçülük hovuzları vardır. Qonaqlar türk hamamlı, saunalı, buxarlı hamamlı və hidromasajlı vannalı spa mərkəzini ziyarət edə, həmçinin, müxtəlif masaj prosedurlarını sifariş edə bilərlər. Bundan başqa, otelin ərazisində uşaqlar üçün mini-klublar və oyun otaqları fəaliyyət göstərirlər.
Dalaman hava limanına qədər məsafə 125 km təşkil edir.
Gəlmə tarixlərindən asılı olaraq, nömrələrin qiymətlərini öyrənmək üçün öncədən sorğu göndərilməlidir.