Göstərilmiş qiymət bir gecəyə bir nəfər üçün göstərilmişdir (qidalanma daxil)
Standart otaqda 2 böyük qala bilər
Ailəvi otaqlar 3-5 nəfər üçün nəzərdə tutulub
0-6 yaş arası uşaqlar üçün hoteldə qalmaq pulsuzdur
7-12 yaş arası uşaqlar üçün hoteldə qalmaq haqqı göstərilmiş qiymətin 50 % təşkil edir
ÜMUMİ MƏLUMAT
Beş ulduzlu “Bera Alanya” oteli Alanyada, Aralıq dənizinin sahilində yerləşir. Oteldə 185 standart nömrə, 70 ailəvi nömrə, 10 yarı-lüks nömrə, 62 lüks nömrə, 1 “kral nömrə” və əlillər üçün 4 nömrə nəzərdə tutulmuşdur.
Standart nömrə
Otağın sahəsi: 42 m2-dən daşlayaraq. Hər otaq telefon, elektron kilid, xalça örtüyü, yumşaq mebel dəsti, çarpayıyanı lampalar, orijinal “Ebru” tabloları, kondisioner, tualet, vanna, fen, peyk televiziyası, böyük LCD ekran, seyf, minibar və internetə çıxış ilə təchiz olunub.
Ailəvi nömrə
Ailə nömrə özündə iki izolə olunmuş və standart nömrə tipində təchiz olunmuş otaq daxil edir.
Yarı-lüks nömrə
Nömrə iki yataq otağı, iki hamam otağı, cakuzi, ayrı duşxana, şkaf, qarderob, printer, skaner və faks ilə təchiz olunub.
Lüks nömrə
Lüks nömrələri, standart nömrələrin təchizatı ilə yanaşı, ayrı duşxana, cakuzi, sauna, qarderob, printer, skaner və faks ilə təmin olunub.
«Kral nömrə»
VIP qonaqlar üçün buz “kral nömrəni” təqdim edirik. Otağın sahəsi 400 m2 təşkil edir. Nömrədə 2 ayrı yataq otağı, uşaq otağı, danışıqlar otağı, mətbəx, iki hamam otağı, iki tualet, qarderob, sauna və cakuzi ilə təchiz olunub.
Əlillər üçün nömrə
Əlillər üçün nömrələr xüsusi olaraq sağlamlıq imkanları məhdud insanlar üçün təchiz olunub.
Qadınlar üçün
3000 m2 sahəli otelin 8-ci mərtəbəsi və yuxarı terrası tamamilə qadınlar üçün ayrılıb. Burada böyüklər və uşaqlar üçün ayrı-ayrılıqda iki açıq hovuz (biri isitmə ilə) var. Bundan əlavə, birinci mərtəbədə açıq hovuz, gözəllik salonu, masaj kabineti, spa-mərkəz, uşaq hovuzu və məscid yerləşir.
Kişilər üçün
Sahəsi1300 m2 olan cakuzili açıq hovuz, talvarlı hovuz, gözəllik salonu, peşəkar heyətli masaj kabineti və spa-mərkəz və həmçinin məscid.
Uşaqlar üçün
Uşaq klubu (10:00-dan 12:30-dək və 14:00-dan 17:00-dək).
4-7 yaş arası uşaqlar üçün mini-klub. Yataq otaqları, animasiyalı oyun meydançası.
8-12 yaş arası uşaqlar üçün mini-klub. Uşaq kinoteatrı (körpələr üçün baxıcı – saata 15 YTL).
Qidalanma
– 1000 nəfərlik restoran (bufet): səhər yeməyi, gec səhər yeməyi, nahar, şam yeməyi. Uşaqlar üçün xüsusi yeməklər də var.
– Qadın hovuzunun və çimərliyin yanında yüngül qəlyanaltılar.
– Salonda 3 bufet;
– Kişi və qadınlar üçün spa-mərkəzlərdə vitamin-bar
– Oyun salonunda içkilər ilə bufet.
İçkilər pulsuz olaraq 7:00-dan 0:00-dək verilir.
Ödənişsiz aktivlər
Seyf, uşaq klubu, çətirlər, şezlonqlar, qatlanan stullar, balışlar, çimərlik dəsmalları, hamam, sauna, stolüstü tennis, mini-futbol, çimərlik voleybolu, fitnes mərkəzi, aerobika, su gimnastikası, mini-qolf, animasiya, hovuzlar.
Ödənişli aktivlər
İnternet (zalda wi-fi), fotoçəkiliş xidmətləri, telefon və faks, yeməyin nömrəyə çatdırılması, kimyəvi təmizləmə, bərbər xidmətləri, sağlamlıq mərkəzi, gözəllik salonu, tibbi (həkim) xidmətlər, camaşırxana xidmətləri, avtomobil icarəsi, bilyard, baxıcı xidmətləri, su attraksionları, boulinq, qəlyan, market.