Inar Travel

Yessentuki

Əhali 104288 nəfər

Sahə 50 km2

Rəsmi dil rus

Turun qiyməti 800

Yessentuki Yessentuki – Rusiya kurortlarının mirvarisidir. “Yessentuki” turizm mərkəzi – Yessentuki kurortlarının rəsmi dileri – sizi Yessentukidə istirahətdən zövq almağa dəvət edir və sizin effektiv müalicəniz və istirahətiniz üçün Yessentuki sanatoriyalarında sanatoriyaların öz qiymətinə yer sifariş etməyə hazırdır.

Yessentuki Rusiya kurortlarının mirvarisidir. “Yessentuki” turizm mərkəzi – Yessentuki kurortlarının rəsmi dileri – sizi Yessentukidə istirahətdən zövq almağa dəvət edir və sizin effektiv müalicəniz və istirahətiniz üçün Yessentuki sanatoriyalarında sanatoriyaların öz qiymətinə yer sifariş etməyə hazırdır.

Sizin qulluğunuzda Yessentuki sanatoriyalarının təcrübəli tibbi personalı duracaq, “Yessentuki 4”, “Yessentuki 17” mineral suları ilə, Tambukan gölünün şəfalı palçığı ilə yüzillik təcrübəsi ilə Yessentuki kurortunun müalicəxanaları və Yessentukinin ən yaxşı sanatoriyaları xidmətinizdədir.

“Yessentuki” turizm mərkəzinin təcrübəli məsləhətçiləri (əlaqə nömrəsi – (87934) 6-12-65) sizin istəyinizlə Yessentukinin, yaxud da Qafqaz Mineral Sularının digər kurortlarının — Kislovodskun, Pyatiqorskun və Jeleznovodskun sanatoriyalarında müalicəniz üçün büdcənizə uyğun yer təklif edə bilərlər.

Müalicəyə göstərişlər:

Həzm orqanlarının xəstəlikləri

Xroniki qastrit, kəskinləşmə mərhələsindən kənar qastroduodenit. Mədə və onikibarmaq bağırsağın zəifləmə mərhələsində (və azalan kəskinləşmə mərhələsində) və mədənin hərəkət çatışmazlığı və qanaxmalara meylsiz olan xora xəstəliyi. Orta və yüngül dərəcəli xroniki kolit və enterokolitlər (stenozlu, vərəmli, xoralı, bakterial və parazitar növlərindən başqa). Bağırsaq, öd yolları və öd kisəsinin kəskinləşmə mərhələsindən kənar diskineziyası. Öd-daş xəstəliyi (infeksiya ilə ağırlaşan və həmçinin cərrahi müdaxilə tələb edən formalardan başqa). Müxtəlif məşəli xroniki hepatit, xolesistit, xolangit, pankreatit (tez-tez kəskinləşməyə meyli olmayan və zəifləmə mərhələsində olanlar).

Periferik damar xəstəlikləri

Əza damarlarının xorasız, qanqrensiz və s. obliterə edən aterosklerozu (o cümlədən periferik damarlarda yenidənqurma əməliyyatlarından 6-8 həftə sonra). Aşağı əzaların qan dövranının pozulması ilə müşahidə olunan obliterə edən birinci və ikinci dərəcəli endarteriiti (dayanıqlı zəifləmə dövründə). Venaların varikoz genişlənməsi səbəbindən əmələ gələn xroniki venoz çatışmazlıq. Aşağı əzaların flebit və tromboflebitindən sonrakı qalıq əlamətləri (2-4 aydan tez olmayaraq).

Sinir sistemi xəstəlikləri

Reflektor və kötük sindromlar ilə onurğa sütununun osteoxondrozları, disk yırtığının çıxarılmasından sonrakı vəziyyət, pleksit, polinevrit, üz və üçlük sinir nevritləri, ayrı sinir sonluqlarının zədələri, kəskinləşmə mərhələsindən kənar nevrofibromiozit.  Vegetativ sinir sistemi xəstəlikləri: vegetativ polinevritlər, solyarit, kəskinləşmə mərhələsindən sonra simpatoqanqlionit. Sinir zədələri: cərrahi müdaxilə tələb etməyən kötük, kələf və sinir gövdələri zədələri. Mərkəzi sinir sistemi xəstəlikləri  və zədələnmə nəticələri: keçirdilmiş ensefalit, araxnoidit və ensefalomielitdən sonrakı qalıq əlamətlər (kəskinləşmə mərhələsindən sonra; xəstəlikdən 3 ay tez olmayaraq). Serebrovaskulyar xəstəliklər: bərpa dövründə beyin qan dövranının pozulmasının nəticələri (4-6 aydan sonra).

Ginekoloji xəstəliklər

Xroniki salpingit və osforit (kəskinləşmədən 2 ay sonra). Xroniki metrit və endometrit (kəskinləşmədən 4 həftə sonra). Xroniki parametrit (kəskinləşmə dövrünün sonundan 4-6 həftə sonra). Peritonun çanaq bitişmələri. Uşaqlıq, boru və yumurtalıqların xəstəlikləri səbəbindən cərrahi müdaxilədən sonra infiltrat (kəskinləşmə dövründən sonra; əməliyyatdan 6-8 həftə keçdikdə). Uşaqlığın qeyri-düzgün yerləşməsi: fiksajlanmış və ya subfiksajlanmış retrofleksiya, peritonun çanaq birləşmələri səbəbindən və qadın cinsi orqanların iltihab sonrakı retroversiyası. Yumurtalıqların disfunksiyası, uşaqlığın hipoplaziyası və ya infantilizm, o cümlədən qadın cinsi orqanlarının iltihabı prosesi ilə kombinasiyada. İltihabı xəstəliklər nəticəsinə sonsuzluq, klimakterik sindrom.

Sümük-əzələ sisteminin xəstəlikləri

Qeyri-vərəm məşəli artrit və poliartritlər: prosesin minimal orta fəallığı ilə qeyr-aktiv mərhələdə revmatik artrit, müəyyən edilmiş infeksion məşəli poliartrit, deformasiya olunan osteoartroz, osteoxondroz, spondilez, spondiloartroz, prosesin II dərəcədən yuxarı olmayan fəallığı ilə visseritsiz ankilozan spondiloartrit. Bədən və əza sümüklərin yavaş bitişən sınıqlarının nəticələri; xroniki sinovit, müxtəlif lokalizasiyalı bursitlər, tendovaginit, miozit, fibromiozit, mialgiya, epikondilit, stiloidit; cərrahi müdaxilə tələb etməyən qeyri-vərəm xarakterli gematogen osteomielit. Sadalanmış xəstəliklərə məruz qalmış xəstələrin istiqamətləndirilməsi yalnız xəstənin müstəqil şəkildə hərəkət etməsi və özünə xidmət göstərməsi təqdirdə mümkündür.

İstisna olaraq, “Lesnaya polyana” sanatoriyası (bel nahiyəsi cəhətdən) hərəkətdə məhdud xəstələri qəbul edir.

Dəri-zöhrəvi xəstəliklər

Stasionar reqressiv formada olan psoriaz. Neyrodermit – məhdudlaşdırılmış və hərarətkeçirici, xroniki mərhələdə. Xroniki mərhələdə həqiqi və ya seboreyalı ekzema. Sklerodermiya: piləkli orqanik və intişar tapmış, qeyri-aktiv mərhələ, tibbi terapiya kursları arası dövrdə qeyri-fəal mərhələdə olan dayaq və hərəkət sisteminin zədələnməsi ilə sistem. Qırmızı yastı dəmrov – xroniki mərhələnin məhdudlaşdırılmış və intişar etmiş formaları.

Qulaq, boğaz və burun xəstəlikləri

Xroniki faringit (kəskinləşmə dövründən kənar (yay aylarında) subatrofik, atrofik və hipertrofik). Xroniki tonzillit – ağırlaşma mərhələsindən kənar, kompensə olunmuş (yüngül) və tez-tez kəskinləşən. Xroniki laringit – subatrofik, atrofik. Xroniki rinit – hipertrofik, atrofik, subatrofik. Xroniki sinusit və burunətrafı ciblərin əməliyyatından sonrakı vəziyyət (ağırlaşmasız; 2 aydan tez olmayaraq). Orta qulaqda və eşitmə (Yevstax) borusunda zəifləmə mərhələsində olan xroniki iltihabı proseslər. Otoskleroz, əməliyyatdan sonrakı vəziyyət.

Uroloji xəstəliklər

Xroniki prostatit, zəifləmə mərhələsində olan, sidik kanalı strukturu olmayan və qalıq sidiksiz xroniki vezikulit (qeyri-vərəm xarakterli). Qeyr-vərəm xarakterli  xroniki sistit. Sidik daşı xəstəliyi (o cümlədən şisti və pielonefrit ilə mürəkkəbləşdirilmiş). Zəifləmə mərhələsində olan xroniki pielonefrit. Pielonefritin gizli forması.  Böyrəklərin azot ifrazedici funksiyasının pozuntusu və izhar hipertoniya müşahidə olunmayan xroniki pielonefrit. Kəskin pielonefritin qalıq əlamətləri (prosesin yüngülləşməsindən sonra 3 aydan tez olmayaraq).

Digər xəstəliklər

İlkin, I-III dərəcəli alimentar-konstitusional, qan dövranının dekompensasiyası  əlamətləri olmayan piylənmə. Diatezlər: fosfat-uritli, uraturiya, müxtəlif klinik təzahürlü oksaluriya. İlkin və təkrar genezisli, yüngül dərəcəli tireotoksikoz. Piylənmə və oynaq və onurğa sütununda distrofik dəyişikliklər ilə müşahidə olunan yüngül dərəcəli hipoterioz.

Sanatoriyalar: “Lesnaya polyana”, “Runo”, “Pyatioqrskiy Narzan”, “Qalereya palas”, Lermontov adına, Kirov adına, “Pyatiqorye”, “Rodnik”, Mərkəzi Hərbi Sanatoriya, “Leninskiye skalı”.

15-günlük yerləşmə, qidalanma və müalicə kursunun qiyməti – adambaşı  800 AZN-dən başlayaraq.