Inar Travel

Evian

Əhali 66616416 nəfər

Sahə 640679 km2

Rəsmi dil fransız

Turun qiyməti 300

Evian Evian Yuxarı Savoya departamentinin şimalında , Cenevrə gölünün cənub sahilində və İsveçrə ilə sərhəddə yerləşir. Şəhər 370/725 metr hündürlükdə gölün sahilində salınıb və dağ massivləri və təbii möhtəşəm park ilə əhatə olunur. Evianı həmçinin bağ şəhəri adlandırırlar, çünki səliqəli çiçək ləkləri və bağları hər yeri örtürlər. 1992-ci ildə Evian Avropanın ən çox çiçəklənən şəhəri olduğu üçün qızıl medala layiq görülmüşdür.

Yerləşməsi: Evian Yuxarı Savoya departamentinin şimalında , Cenevrə gölünün cənub sahilində və İsveçrə ilə sərhəddə yerləşir. Şəhər 370/725 metr hündürlükdə gölün sahilində salınıb və dağ massivləri və təbii möhtəşəm park ilə əhatə olunur. Evianı həmçinin bağ şəhəri adlandırırlar, çünki səliqəli çiçək ləkləri və bağları hər yeri örtürlər. 1992-ci ildə Evian Avropanın ən çox çiçəklənən şəhəri olduğu üçün qızıl medala layiq görülmüşdür.

Bir az tarixi haqqında: Kurort tərkibində bikarbonat və az miqdarda maqnezium olan mineral suyu ilə məşhurdur. Suyun möcüzəvi xüsusiyyətləri tamamilə təsadüfən 1745-ci ildə markiz de Leser tərəfindən aşkar edilmişdi; suyun sayəsində o, öz xəstəliklərindən azad olmuşdur. 1926-cı ildə hersoq Savoy mineral suyun müalicəvi məqsədlər ilə satışı və istifadəsi üçün rəsmi icazə vermişdir. 1984-cü ildə Escape Thermal Evian sağlamlıq mərkəzi rəsmi olaraq istifadəyə verilmişdir.

Səfər: Evianın tarixi mərkəzinə gəzinti etmək olar. Burada hər zaman dünyanın fərqli ölkələrindən rəsm və heykəltəraşlıq sərgiləri keçirdilən Fondation Gianada və Fondation de l’Hermitage muzeylərinə gəzinti. Annesi şəhərinə bir günlük səfər, bundan əlavə gölün sahilində yerləşən, orta əsrlər üslubunda möhtəşəm labirint- bağları olan orta əsrlər şəhərciyi İvuara səyahət (aprel-oktyabr ayları açıqdır).

Yaşama: Ermitage 4* hotel – mənzərəli parkın mərkəzində yerləşir (19 hektar), şəhərkənarı ev rahatlıq və komfort üslubunu daşıyır. Tam bərpası 2011-ci ildə baş tutmuşdur. İnteryer ağac ilə işlənib və ocaq ilə salon mövcuddur. Müxtəlif  kateqoriyalı 91 nömrə təbii tonlarda olan müasir dekora malikdir: telefon, kondisioner, televizor, seyf, mini-bar, eyvan, vanna otağı, fen. Hoteldə həmçinin hovuz, cakuzi, türk hamamı, seminarlar üçün 10 salon və 3 yaşınadək uşaqlar üçün klub fəaliyyət göstərir. “La table” restoranı və “La Biblioteque” bar-restoran fransız mətbəxinin taamlarını təklif edirlər. “Les 4 Terres” SPA mərkəzi 2011-ci ilin dekabr ayında tamamilə yenilənib.

Royal 4* luxe hotel – Avropanın ən dəbdəbəli hotellərindən biri hesab olunur. 1909-cu ildə “Belle Epoque” üslubunda inşa edilmişdir.78 tam yenilənmiş möhtəşəm otaq hər bir rahatlığa sahibdirlər, gölə və parka açılan mənzərə. Hotelin 6-cı mərtəbəsində gölə açılan mənzərəli seminar mərkəzi var; mərkəzə həmçinin daxildir: 120 m2 auditoriya, 2 terras, 10 salon (1200 nəfərədək), 4-36 aylıq balacalar üçün klub, hovuz, sauna, türk hamamı, cakuzi, fitnes-mərkəzi, bərbərxana, kazino, 4 restoran (“VII Eduard” restoranı qastronomik mətbəx təklif edir), bar, “Evian” SPA mərkəzi.

Evian Source SPA mərkəzi: Avropanın ən yaxşı spa-mərkəzi adına layiq görülüb. 1200 m2 sahəlik fərdi prosedurlar üçün 30 kabinə, akvatik yol, türk hamamı, sauna, daxili və xarici hovuz cakuzi ilə, su qimnastikası üçün hovuz, trenajor zalı, istirahət otağı, gözəllik salonu. Mərkəz birbaşa mehmanxana ilə bağlıdır.

Les 4 Terres SPA mərkəzi: Ermitaj hotelində yerləşir. Daxildir: fərdi prosedurlar üçün 9 kabinə, türk hamamı, sauna, daxili və açıq hovuz, cakuzi, trenajor zalı, istirahət otağı, gözəllik salonu.

Əyləncələr: tennis, yelkən idmanı, kanoe və kayakda gəzintilər, qolf, dağa əyləncəli gəzintilər, çox saylı ekskursiyalar, kazino.

Gediş: Qatar – Paris TGV / Evian les Bains (Bellegarde-də köçürülmə ilə) 4saat 50dəqiqə, və ya təyyarə ilə – Cenevrə hava limanı, daha sonra mərkəzə transfer.

Yaşayış qiyməti – adambaşı 300 €-dan başlayaraq.

Hoteldə yerləşmə qiymətinə səhər yeməyi daxildir.

  • Yaşayış vergisi – adambaşı 1.30 €/1gün –yerində ödəniş
  • Yarım-pansion qidalanma – əlavə 58 € ödəniş/1  gün, içkilər daxil olmamaqla
  • SPA mərkəzinə pulsuz giriş (hovuz, sauna, türk hamamı, trenajor zalı…)
  • Ev heyvanları – 30€/günü
  • Qolf – pulsuz, inventarların icarəsi – yerində ödəniş

Ləğv etmənin şərtləri: girişə 15gündən 3günədək qalmış – 50% cərimə, ən azı 3 gün qalmış isə – 100% cərimə.