Inar Travel

Maldiv adalarında halal kurort

Əhali 393000 nəfər

Sahə 298 km2

Rəsmi dil maldiv

Turun qiyməti xxx

Maldiv adalarında halal kurort Qaakoşibe adaları – Maldivdə ilk alkoqolsuz kurort

ADK şirkətinin rəhbəri, cənab Əhməd Naşidin jurnalistlərə verdiyi məlumata görə, açılışı oktyabr ayına nəzərdə tutulmuş bu məkan Maldiv adasında həm ilk, həm də ən böyük kurortdur.

Maldiv Respublikası müsəlman ölkə olmasına baxmayaraq, islam turizminin konsepsiyası onun üçün bir yenilikdir. İstənilən halda ADK rəhbəri halal istirahətin böyük uğur qazanacağına şübhə etmir.

İslam Maldivdə dövlət dini hesab olunur. Məskun adaların hər birində ən azı bir məscid fəaliyyət göstərir. Həmin adalarda spirtli içkilərin satışı və istehlakı qəti qadağandır. Bundan başqa, digər ölkələrdən də spirtli içki gətirilməsinə icazə verilmir. Alkoqol yalnız otellərin bar və restoranlarında satılır. Qaakoşibe hələ ki ölkədə yeganə alkoqolsuz kurortdur. Orada fəaliyyət göstərəcək dörd restoranların hər biri halallıq sertifikasiyasından keçəcək.

Türkiyənin islam kurort məkanlarında olduğu kimi, burada da qadınlar və kişilər üçün ayrı çimərlik və hovuzlar olacaq.  Paytaxt Maledəki hava limanından otelə hidrotəyyarə ilə yollanmaq belə mümkün olacaq. Gələcəkdə isə Türkiyənin “Caprice Gold” şirkəti istirahətə gələnlərin rahatlığı üçün Maldiv adalarında şəxsi aviaşirkətini qeydiyyatdan keçirməyi düşünür.

Allahın Elçisi (s.ə.s) demişdir: “Qarınqulular yeməyin başına yığışan kimi, millətlər də tezliklə bizim ətrafımıza toplaşacaqlar”. Bir nəfər soruşur: “Həmin vaxt Yer üzündə bizim sayımız azalacağı üçün?” Peyğəmbər (s.ə.s) cavab verir: “Xeyr, həmin vaxt sizin sayınız çox olacaq. Amma siz daşqın zamanı yaranan köpüyə bənzəyəcəksiniz. Allah sizin gözünüz qarşısında düşmənin qəlbindən qorxu hissini çıxaracaq, sizin qəlblərinizə isə “vəhn” verəcək. Vəhn bu həyata sevgi, ölümə isə nifrətdir” (Əbu Daud, səhih hədis).

Təklif olunan otellər

Arena Beach Hotel – 85 AZN-dən başlayan qiymətlərlə

Vilamendhoo Island Resort –110 AZN-dən başlayan qiymətlərlə

Ranveli Village And Spa – 130 AZN-dən başlayan qiymətlərlə