Inar Travel

Karlovı Varı

Əhali 10538275 nəfər

Sahə 78866 km2

Rəsmi dil çex

Turun qiyməti xxx

Karlovı Varı Hər kəs öz sağlamlığına görə özü məsuliyyət daşıyır və bu həqiqəti hələ gənclikdən dərk etmək daha yaxşıdır. İnsanlar qocalıqdan deyil, xəstəliklərdən ölürlər. Bu xəstəlikləri isə ancaq müalicə etmək deyil, həm də onların qarşısını almaq lazımdır. Məhz buna görə hal-hazırda təbii bulaqlardan mineral sularla kurort müalicəsi bu qədər populyarlıq qazanıb. Məsələn, Karlovı Varı içməli su müalicəsinin effekti 500 ildən artıq təcrübə ilə sübuta yetirilib ki, bu da, misal üçün, aspirinin 100 illik tətbiq təcrübəsi ilə müqayisədə heç də az deyil. Gəlin hər şeyi növbə ilə araşdıraq.

Kurortda müalicə üçün göstərişlər:

– Həzm yolu xəstəlikləri:

  • Mədə dispepsiyası, qastritlər;
  • Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi;
  • Mədə və onikibarmaq bağırsaq üzərində aparılan əməliyyatlardan sonrakı vəziyyət;
  • Ağır bağırsaq infeksiyalarından sonrakı vəziyyət;
  • Qaraciyər və öd-daş xəstəliyi ilə öd kisəsi xəstəlikləri;
  • Proktokolit;
  • Kəskin hepatit və pakreatitdən sonrakı vəziyyət;
  • Mədəaltı vəzinin xroniki xəstəlikləri;

– metabolik xəstəliklər:

  • şəkərli diabet (əsasən II tipli);
  • I tipli şəkərli diabet mövcudluğunda vəziyyətin sabitləşməsi;
  • Podaqra, piylənmə, yağ (lipid) mübadiləsinin pozulması;
  • Ateroskleroz;
  • Qanda xolesterinin yüksək səviyyəsi;

– dayaq və hərəkət sistemi xəstəlikləri:

  • Onurğa sütunu və oynaqların ağrı sindromları;
  • Böyük oynaqların artrit və artrozları;
  • Onurğa sütununun funksiyalarının pozulması, onurğada degenerativ-distrofik dəyişikliklər (onurğa sütununun boyun, sinə və bel nahiyələrinin osteoxondrozu);

– Stress və gərginlik:

  • Stress və ruh düşkünlüyü halları;

– Gücləndirici, profilaktik-sağlamlaşdırıcı müalicə kursları

 

İstifadə olunan müalicə üsulları:

  • Mineral sular;
  • Su-müalicə prosedurları;
  • Masajlar;
  • Istilik tətbiqetmələri;
  • Elektro-müalicə;
  • Refleksoterapiya;
  • Limfodrenaj;
  • İşıq müalicəsi;
  • Oksigenoterapiya.

Ümumi əks-göstərişlər:

  • Stenozlar (o cümlədən, əməliyyatdan sonrakı stenozlar);
  • Xora penetrasiyaları (keçmələri);
  • Bağırsağın xroniki parazitar və basil xəstəliklər;
  • Xolangit, daş obstruksiyası;
  • Kəskin pankreatit;
  • Qaraciyər çatışmazlığı;
  • Bədxassəli şişlər;
  • Dekompensə olunmuş şəkərli diabet;
  • Sidik tərkibində 200 mkmoldan çox kreatinin;
  • Qan dövranı pozuntularının kliniki əlamətləri;
  • Kaxeksiya;
  • Epilepsiya;
  • Kəskin psixiki xəstəliklər;
  • Alkoqol sindromu;
  • Qeyri-ixtiyari sidik və nəcis ifrazı;
  • Hamiləlik;
  • Diastolik təzyiqi 110 mm c.s. yuxarı olan hipertoniya;
  • Fəqərəarası disk yırtığı;
  • Öd kisəsində aktiv konkrementlər (daşlar).

15-günlük yerləşmə, tam pansion sistemi üzrə qidalanma və müalicə kursunun dəyəri:

CHOPIN – 1800 AZN

ELEFANT, ESPLANADE – 1950 AZN

THERMAL – 3000 AZN

BRISTOL – 3900 AZN

GRAND HOTEL PUPP – 5000 AZN

CARLSBAD PLAZA – 6000 AZN