Yerləşmə: demək olar ki, ada olan Kibron, 5000 illik tarixə malik Bretaniyanın cənubunda yerləşir. Bura qədim meqalit çöküntüləri və ovsunlayıcı təbiət harmoniyası ilə məşhurdur: qum təpələri, kiçik qumlu sahillər, qranit qayalar, gah sakit, gah da coşqun dəniz və günəşli iqlim.
Ziyarət etmək: dik qayalara və mağaralara malik Bel-İl-an-Mer (Belle-İll-en-Mer) adası. Adada tropik bitkilər, qızılı sahil, dü Pale (du Palais) limanı və Morbian körfəzi yerləşir.
Yaşayış: Sofitel Thalassa Quiberon Sea&Spa 5– Bel-İll adası ilə üzbəüz yerləşib, Talassoterapiya mərkəzi ilə birbaşa əlaqəli olan və sahildə yerləşən müasir otel. Burada rahat 110 otaq, okeana və ya müasir tələblərə cavab verən bağçalara açılan 19 otaq mövcuddur. Burada qastronomik və milli mətbəxli 2 restoran, 2 bar salonu, danışıqlar aparılması üçün 5 salon mövcuddur.
Talassoterapiya mərkəzi: 1964-cü ildə yaradılıb, sahəsi 7000 m2 təşkil edir. Özündə isidilmiş dəniz suyu olan nəhəng hovuz, akvatik yol, prosedur kabinələri, sauna, türk hamamı, cakuzi, gözəllik salonları, solyariy, trenajor zalı və fitnes klubunu birləşdirir.
Əylənəcələr: qolf, tennis, minicilik, yelkənli idman, gecə klubu, kazino.
Yol: qatarla (3 saat 30 dəqiqə) TGV Paris-Ore/ Ore-Kiberon, 30 dəqiqə maşın və ya taksi ilə; Təyyarə ilə (1 saat) Paris (Orli hava limanı) /Loryan, taksi : hava limanı Loryon/Kiberon, 50 dəqiqə.
Ümumi sağlamlıq bərpa prosedurları PARANTHESES MER
6 gün/ 6 gecə Otel Sofitel Thalassa Quiberon Sea&Spa 5*
Forme et Bien-Etre ZEN proqramı , 24 prosedur: 8 seans hidroterapiya (hidromassaj vannaları, duş, akvaroll seansları), 3 seans yosunlarla sarınma, 1 seans sualtı duş, 3 seans Zen massajı (25 dəq.) və ya su altında rahatlandırıcı masaj (20 dəq.), 3 seans hidrocet, 6 seans isidilmiş dəniz su hovuzunda : akvazen, sualtı masaj, akvayol.
Proqram dəyəri : 1585 avro.
Formeet Bien Etre VITALITE proqramı, 24 prosedur: 8 seans hidroterapiya (hidromassaj vannaları, duş), 3 seans yosunlarla sarınma, 1 seans şırnaqlı duş, 6 seans kiçik qruplarda isinmiş dəniz suyu olan hovuzda : akvazen, sualtı masaj, akvayol.
Proqramın dəyəri: 1585 avro.
Mabulle Thalasso proqramı, 24 prosedur: 6 seans yosunlarla sarınma, 1 seans bədən pilingi, 11 seans hidroterapiya (3 seans sualtı duş, hidrocet seansları, şırnaqlı duş, bərk qaynayan vannalar, dəniz suyu ilə duş və yaxalanma, 6 seans rahatlandırıcı masaj).
Proqramın dəyəri: 2185 avro.