Inar Travel

Baden-Baden kurortu

Əhali 80716000 nəfər

Sahə 357172 km2

Rəsmi dil alman

Turun qiyməti xxx

Baden-Baden kurortu Baden-Baden bütün dünyada məşhur olan kiçik kurort-sanatoriya şəhəridir (əhalisi cəmi 50 min nəfər təşkil edir). Özünün termal bulaqları ilə məşhurdur ki, bunların da tərkibi kalium-xlorid, natrium-xlorid, natrium-bromid, sezium-xlorid və digər minerallarla zəngindir.

Mündəricat:

Baden-Baden kurortu barədə ümumi məlumat

Termlərin iş vaxtı

Kurort paketləri

Klinikalar

Doktor Klattın özəl klinikasında tibbi müalicə

Nəqliyyat, ekskursiya və tərcüməçi xidmətinə görə qiymətlər

 

  1. Baden-Baden kurortu barədə ümumi məlumat

Baden-Baden bütün dünyada məşhur olan kiçik kurort-sanatoriya şəhəridir (əhalisi cəmi 50 min nəfər təşkil edir). Özünün termal bulaqları ilə məşhurdur ki, bunların da tərkibi kalium-xlorid, natrium-xlorid, natrium-bromid, sezium-xlorid və digər minerallarla zəngindir.

Bulaqların suyu oynaqların, tənəffüs yollarının və bir çox xəstəliklərin müalicəsində və profilaktikasında istifadə olunur. Hal-hazırda temperaturu 56-dan 68,8°С-yə qədər dəyişən 20-dən artıq bulaqdan istifadə olunur. Bunların suyu yerin 1200-1800 metr dərinliklərindən gəlir. Bulağın mənbəyi nə qədər dərində yerləşirsə, suyu bir o qədər isti olur. Bulaqların suyu vannalar, içmək, hovuzlarda çimmək, inhalyasiya, qarqaralar və s. üçün yararlıdır.

Kurort romalılar tərəfindən hələ eramızdan əvvəl III əsrdə qurulub və XIX əsrin əvvəllərində Fridrixsbad və Karakalla termal komplekslərinin hesabına beynəlxalq müalicəvi kurort şöhrəti statusunu qazanıb. Sözügedən komplekslərdə aşağıdakı prosedurlar həyata keçirilir: masaj, sualtı masaj, Şiatsu, fanqo vannaları: oksigen, karbohidrogen, hava, termal, mirvari və müalicəvi gimnastika. Kurort mənzərəli Şvartsvald yerləşir.

Göstərişlər:

– Hipertoniya

– Qan-damar və ürək xəstəliklərinin yüngül formaları

– Dayaq-hərəkət aparatının bütün xəstəlikləri, iltihabi revmatik xəstəliklər (artrit. Artroz), oynaqların və onurğa sütununun degenerativ xəstəlikləri

– Əməliyyatlardan və dayaq-hərəkət aparatının travmatik zədələrindən sonrakı bərpa müalicəsi

– Funksional imkanların ümumi yüksəldilməsi

–  Stress və gərginliyin aradan qaldırılması, regenerasiya, fəallaşma, həmçinin bütün orqanizmin stimullaşdırılması

– Sinir oyanıqlığı halları, nevritlər və nevralgiyalar

– Maddələr mübadiləsinin pozuntusu ilə əlaqədar xəstəliklər

– Bəzi ginekoloji xəstəliklər, menopauzanın nəticəsi olan pozuntular

– Tənəffüs yollarının xəstəlikləri (xroniki bronxit, burun boşluğu xəstəlikləri və s.)

– Bəzi dəri xəstəlikləri.

Faydalı ilə xoş olanı birləşdirin və möcüzəli təmtəraqlı atmosferdə tam profilaktik tibbi müayinədən keçməyə qərarlaşın. Siz Baden-Badenin gözəl otellərinin rahatlığından həzz ala və seçdiyiniz klinikalardan birində tam ambulator tibbi müayinədən keçə bilərsiniz.

Baden-Badendəki, demək olar ki, bütün həkimlər ingiliscə danışır, bəziləri isə hətta rusca bilirlər.

Bərpa

Müxtəlif ixtisaslı həkimlər sizə məsləhət xidməti göstərəcək və qayğınıza qalacaqlar. Nəticədə, siz mümkün qədər tez ayağa qalxasınız. “Düzgün” atmosferdə siz qüvvənizi fəallaşdıra və həyat tonusunuzu yüksəldə bilərsiniz!

Terapiya

Sizin ənənəvi müalicə metodlarına, yaxud yüksək texnologiyaların tətbiqinə əsaslanan müalicəyə üstünlük verməyinizdən asılı olmayaraq, Baden-Badendə geniş seçimdə müalicə imkanları mövcuddur.

Baden-Badenin sağlamlıq mərkəzləri həm ənənəvi, həm də alternativ təbabət sahəsində müalicə metodlarının və yeni üsulların tətbiqi üçün açıqdır. Bu üstünlükdən istifadə edin! Mütəxəssislərə sizin fərdi müalicə proqramınızı tərtib etməyi tapşırın və qəlbinizlə bədəninizi harmoniyaya gətirin. Baden-Badendə müxtəlif terapiya növlərinin təklifi təbabət sahələrinin geniş spektrini əhatə edir.

 

  1. Termlərin iş vaxtı

Termlər

Carpe Diem (lat. “günü yaxala”) – günü faydalı keçir! Və ondan həzz al!

Bunu hələ qədim romalılar da anlayırdılar və sağlamlıq üçün faydalı termal sularda çimməni geniş tətbiq edirdilər. Onların nümunəsindən yararlanın və özünüzə bir neçə saat ərzində Baden-Baden termlərinin möcüzəli dünyasında rahatlanmağa icazə verin. Yerin dərinliklərindən səthə çıxan şəfalı bulaqların sularına qərq olun, gündəlik qayğılardan uzaqlaşın və qəlbinizlə bədəninizi harmoniyaya gətirin.

Sabun-qələvi masajdan sonrakı xoş hisslər sizə hələ də tanış deyil? O zaman Fridrixsbada səyahət etməyin əsl vaxtıdır. Bu, müalicəvi bulaqlarda Roma-İrlandiya hamamlarıdır.

İş vaxtı
Bazar ertəsi — bazar 9:00-22.00
Məsləhət və prosedurlar 9:00-19.00
Müalicə və xidmət 9:00-19.30
1 noyabr 2009-cu ildənÇərşənbə axşamı, çərşənbə, cümə, bazar və bayram günləri: kişilər və qadınlar bir yerdə çimir! Yalnız məhrəbalardan istifadə etmək olar. Çimərlik geyimində hamama daxil olmaq qadağındır!Bazar ertəsi, cümə axşamı və şənbə günləri kişilər və qadınlar ayrı-ayrılıqda çimir.
Son ziyarətçiləri hamama onun bağlanmasına 2 saat qalmış buraxılırlar.
Fridrixsbadda 24⁄25 dekabr tarixlərində hamamlar bağlıdır.
31 dekabrda hamamların iş saatı: 9:00 – 20:00 .
Qiyməti
Köpüklü masajsız 1 nəfərlik bilet, 3 saat 21,00 avro
8 dəqiqəlik köpüklü masajla 1 nəfərlik bilet, 3,5 saat 31,00 avro
VIP-kart
100 Euro (tək girişə bonus 13%)
200 Euro (tək girişə bonus 15%)
500 Euro (tək girişə bonus 17%)
Köpüklü masajsız 1 nəfərlik bilet, 3 saat, 10 giriş üçün 182,70 €
8 dəqiqəlik köpüklü masajla 1 nəfərlik bilet, 3,5 saat, 10 giriş üçün 282,70 €

Özünüzə məşhur Karakalla termlərində bu yaxınlarda tikilmiş sauna bölməsində çoxsaylı termal hovuzlarda əsl zövq yaşadın; burada təzadlı su prosedurları qəbul edə bilərsiniz.

Caracalla Therme – Karakalla termləri — şəfalı bulaqlarda termal kompleks

 

İş vaxtı
Bazar ertəsi — bazar 9:00.-22:00
Məsləhət və prosedurlar 9:00-21:00
Son ziyarətçilər hamama onun bağlanmasına 2 saat qalmış buraxılırlar.
Fridrixsbadda 24⁄25 dekabr tarixlərində hamamlar bağlıdır.
31 dekabrda iş saatı: 9:00 – 20:00. Son ziyarətçilər içəriyə 18:00-a qədər buraxılırlar.
Qiyməti
1 nəfər üçün 2 saatlıq bilet 14,00 avro
1 nəfər üçün 3 saatlıq bilet 17.00 avro
1 nəfər üçün 4 saatlıq bilet 20,00 avro
VIP-kart
100 Euro (tək girişə bonus 13%)
200 Euro (tək girişə bonus 15%)
500 Euro (tək girişə bonus 17%)
1 nəfər üçün 2 saatlıq bilet, 10 giriş üçün 121,80 avro
1 nəfər üçün 3 saatlıq bilet, 10 giriş üçün 147,90 avro
1 nəfər üçün 4 saatlıq bilet, 10 giriş üçün 174,00 avro
Saunaya giriş qiymətə daxildir.Diqqət!!! Saunalarda ziyarətçilərin üzərində geyim kimi yalnız MƏHRƏBA ola bilər!!!

7 yaşına qədər uşaqlara Caracalla termlərinə giriş qadağandır, lakin 1,5 yaşına qədər uşaqları termlərin nəzdindəki uşaq bağçasına qoymaq olar.

Saunaya 14 yaşından böyük uşaqlara icazə verilir! (16 yaşına qədər bir nəfər böyük adamın müşayiəti ilə).

Diqqət: kurort rüsumu oteldə olarkən ödənilir — adambaşı gündəlik 2,80 avro

Biz pasientlərimizə doktor Klattın özəl klinikasında müayinə olunmağı tövsiyə edirik. Yazılma əvvəlcədən həyata keçirilir!! Hər bir pasienti fərdi proqram ilə təmin etməyə və onun qiymətini hesablamağa hazırıq.

Baden-Baden Doktor Klattın özəl klinikası

Rəsmi ixtisaslaşma:

– daxili xəstəliklər

– diabetologiya üzrə mütəxəssis

– xüsusi diaqnostika (check-up)

– psixomatika

– reabilitativ müalicə

Əsas fəaliyyət istiqamətləri:

– preventiv tibb və profilaktik müayinələr

– ürək-damar sisteminin xəstəlikləri, qan dövranının pozulması

– diabet, maddə mübadiləsinin pozulması

– mədə-bağırsaq yolu və qaraciyər xəstəlikləri

– endokrinologiya

– xroniki xəstəliklər

– diyet terapiyası

Diaqnostik müayinə (tam check-up)

Daxildir:

Həkim ilə söhbət

Ümumi müayinə, diferensial daxili anamnez

Geniş laboratoriya müayinəsi/daxili orqanların, endokrin vəzi, immun sistemi və maddələr mübadiləsinin fəlakət göstərməsi; ROE, infarkt, insult və xərçəng riskinin müəyyən edilməsi

Qalxanvarı vəzi, daxili orqanlar və damarların ultrasəs müayinəsi

Yük sınaqlı EKQ

Exokardioqramma

Ağ ciyərlərin funksiyası

Nəticələrin təfərrüatlı müzakirəsi

Kontrast maddənin köməkliyi ilə qan damarlarının ultrasəs müayinəsi

Həkim rəyi, məsləhətlər

Qiymət: 1450 avro

Diaqnostik müayinə (qismən check-up)

Daxildir:

Həkim ilə söhbət

Ümumi müayinə, diferensial daxili anamnez

Baza laboratoriya müayinələri: qan analizi, maddələr mübadiləsi, immun sistemi

Daxili orqanların ultrasəs müayinəsi

Yük sınaqlı EKQ

Həkim rəyi, məsləhətlər

Qiymət: 900 avro

Ürək və qan dövranı sistemi orqanlarının diaqnostikası – «Herz-Kreislauf-Check»:

Daxildir:

Həkim ilə söhbət

Ümumi müayinə, diferensial daxili anamnez

Xolesterin və qlükoza kimi risk amillərinin qiymətləndirilməsi üçün laboratoriya müayinələri

Arterial və venoz sistemlərin sonoqrafiyası

İstəyə görə:

24 saatlıq EKQ 120 avro, netto

24 saatlıq qan təzyiqinin ölçülməsi 120 avro, netto

Həkim rəyi, məsləhətlər, 10 illik proqnoz

Qiymət: 1200 avro

Arterial və venoz sistemlərin müayinəsi

Daxildir:

Həkim ilə söhbət

Ümumi müayinə, diferensial daxili anamnez

Laboratoriya müayinələri

Arterial sistemin sonoqrafiyası

EKQ və yük sınaqlı EKQ

Həkim rəyi, məsləhətlər, 10 illik proqnoz

Qiymət: 900 avro

Ağ ciyər müayinəsi

Daxildir:

Həkim ilə söhbət

Diferensial daxili anamnez

Laboratoriya müayinələri və inhalyasiya allergenlərinə test

Ağ ciyər funksiyalarının yoxlanışı

Qanda oksigen səviyyəsinin ölçülməsi

EKQ

Həkim rəyi, məsləhətlər, 10 illik proqnoz

Qiymət: 950 avro

Qalxanvarı vəzi müayinəsi

Daxildir:

Həkim ilə söhbət

Diferensial daxili anamnez

Baza laboratoriya müayinələri

Qalxanvarı vəzinin hormonları və anticisimlərə test

Qalxanvarı vəzinin ultrasəs müayinəsi

Həkim rəyi, məsləhətlər

Qiymət: 850 avro

Hormon – CHECK

Kişilər üçün

Daxildir:

Həkim ilə söhbət

Diferensial daxili anamnez

Laboratoriya müayinələri (cinsi hormonlar testi daxil olmaqla)

Həkim rəyi, məsləhətlər

Qiymət: 550 avro


Qara ciyər müayinəsi

Daxildir:

Həkim ilə söhbət

Diferensial daxili anamnez

Laboratoriya müayinələri (maddələr mübadiləsi, qara ciyər fermentləri, hepatit serologiyası və qara ciyər funksiyaları daxil olmaqla)

Daxili orqanların ultrasəs müayinəsi

Həkim rəyi, məsləhətlər

Qiymət: 800 avro

Diabetə yoxlanma

Daxildir:

Həkim ilə söhbət

Diferensial daxili anamnez

Laboratoriya müayinələri (qanda insulin, şəkər və d. maddələr mübadiləsi parametrlərinin səviyyəsinin ölçülməsi daxil olmaqla)

Fəsadların erkən aşkar olunması üçün arterial sistemin sonoqrafiyası

Həkim rəyi, məsləhətlər, 10 illik proqnoz

Qiymət: 800 avro

Qara ciyərin detoksikasiyası (təmizlənməsi), 2 həftə

Daxildir:

Həkim ilə söhbət

Diferensial daxili anamnez

Laboratoriya müayinələri (maddələr mübadiləsi, qara ciyər fermentləri, hepatit serologiyası və qara ciyər funksiyaları daxil olmaqla)

Daxili orqanların ultrasəs müayinəsi

10 hepa-mers (ornithinaspartat) inyeksiyası

İstəyə görə

Bağırsağın təmizlənməsi (probiozun tətbiqi qiymətə daxil deyil)

Qara ciyər fermentləri və yağ mübadiləsinin laboratoriya müayinəsi

Həkim rəyi, məsləhətlər

Qiymət: 1500 avro

BADEN SULARINDA SAĞLAMLAŞDIRICI VƏ CAVANLAŞDIRICI PROQRAM (7 gündən başlayaraq)

Mündəricat:

Frankfurt-Mayn hava limanından Baden-Badenə və Baden-Badendən hava limanına transferlər (digər şəhərlər – sorğu üzrə)

Rus dilində prosedur planının əldə olunması və izahı

Bulaqlardan mineral suyun gündəlik qəbulu (yarım stəkan)

Baden-Baden üzrə ikisaatlıq ekskursiya

Yüksək keyfiyyətli və professional İsveçrə hüceyrə kosmetikası olan SWISS LINE əsasında üz, boyun və dekolte üçün kosmetoloji liftinq proqramı; dəri tipi və dəri vəziyyətinə əsasən fərdi məhsul seçimi. İstəyə görə, günlük makiyaj (100-120 dəqiqə) – 2 dəfə

Gözlər üçün eksklüziv İsveçrə hüceyrə kosmetikası əsasında “anti-aging” proseduru (40 dəqiqə) – 1 dəfə

Anti-sellülit masajı/limfodrenaj (50 dəqiqə)

Şiatsu – energetik masaj (50 dəqiqə)

Bütün bədənin klassik masajı (50 dəqiqə) – 2 dəfə

Ayağın refleks zonalarının masajı (25 dəqiqə) – 3 dəfə

Ağ şam ağacı yağının əlavə olunması ilə “fanqo” müalicəvi vulkan palçığı – 2 dəfə

Buğxana, sauna, duzlu inhalyasiya, su masajı və müxtəlif temperatur və dərinliyə məxsus olan hovuzlar ilə təchiz olunmuş Karakalla termal kompleksinə səfər (2 saat) – 3 dəfə

Sebastian Knayp üsulu üzrə hidroterapiya seansı (25 dəqiqə) – 2 dəfə

Bədən və üz üçün intensiv talasso-termal proqram (3 saat 30 dəqiqə):

Yosunlu çay,

Yosunlu məhsullardan pilinq,

Termal su və yosunlar ilə vanna və hidromassaj,

Yosunlu talasso-sarınma,

Dəniz iqlimli kabinədə su döşəyindən dincəlmə.

Su matrasında

Manikür (35 dəqiqə) – 1 dəfə

Pedikür (50 dəqiqə) – 1 dəfə

*digər hava limanına üz tutacaqsınızsa, əsas kimi Frankfurt-Mayn hava limanın götürülür.

Proqramı 6 gündən başlayaraq istənilən vaxt kəsiyində təqsim etmək mümkündür.

Paket qiyməti (7 gün, yerləşmə xaric)

Transfersiz – 1850 avro,

Transfer ilə – 2350 avro.

KARDIOLOJI REABILITASIYA PROQRAMI (7 gündən başlayaraq)

Mündəricat:

Frankfurt-Mayn hava limanından Baden-Badenə və Baden-Badendən hava limanına transferlər (digər şəhərlər – sorğu üzrə)

Yerləşmədə köməklik və prosedur planının təqdim edilməsi (birinci gündə)

Baden-Baden üzrə ikisaatlıq ekskursiya

Bulaqlardan mineral suyun gündəlik qəbulu (yarım stəkan)

Tibb elmləri doktoru, həkim-kardioloqun qəbulu. Görüşün mündəricatı:

Həkim ilə təkbətək müsahibə. Anamnezin tərtib olunması, ətraflı həkim müayinəsi.

Laboratoriya müayinələri:

Ətraflı qan analizi, SOE, S-reaktiv zülal, ALT, qamma-QT, kreatinin, kalium, natrium, qan şəkəri, xolesterin, HDL-xolesterin, LDL-xolesterin, triqliseridlər, sidik turşuları, homosistein

Sakitlik vəziyyətində EKQ

Yük sınaqlı EKQ (erqometriya)

Ürəyin rəngli dopleri (rəngli dopler-exokardioqrafiya) daxil olmaqla, ultrasəs müayinə

Həkim ilə müfəssəl yekun söhbət

Həkim rəyi (yazılı)

Bu müayinə proqramı sizə ürəyinizin sağlamlıq dərəcəsini öyrənməyə və risk amillərinin olub/olmamasını dəqiqləşdirməyə imkan verəcək.

Karakalla termal bulağına ziyarət (2 saat) – 3 dəfə

Sebastian Knayp üsulu üzrə hidroterapiya seansı (25 dəqiqə) – 5 dəfə

Tibbi masaj (50 dəqiqə) – 3 dəfə

Termal suda müalicəvi gimnastika (fərdi məşğələlər; 25 dəqiqə məşq + 30 dəqiqə hovuzda üzmə) – 2 dəfə

Birləşdirici toxumaların masajı (25 dəqiqə) – 2 dəfə

Ayağın refleks zonalarının masajı (25 dəqiqə) – 3 dəfə

Salina mağarasında Himalay və Ölü dəniz duzlarının köməyi ilə relaksasiya və bərpa (45 dəqiqə) – 2 dəfə

Həkim müayinəsi zamanı tərcüməçi xidmətləri və müşayiət (3 saat)

Proqramın qiyməti (adambaşı; yerləşmə xaric):

Transfersiz 2600 avro, transfer ilə – 3100 avro.

*Əsas kimi Frankfurt-Mayn hava limanın götürülür. Digər hava limanına üz tutacaqsınızsa, proqram qiyməti yenidən hesablanmalı olacaq.

Proqramı 6 gündən başlayaraq istənilən vaxt kəsiyində təqsim etmək mümkündür.