Malayziyaya səfər edən müsəlman turistlərə son vaxtlar halal otellərdə yerləşmə və nömrələrə əlavə xidmətlər (misal üçün, Quran nümunələri, ibadət üçün geyim və xalçalar, dəstəmaz üçün xüsusi xidmətlər və s.) geniş şəkildə təklif olunur.
Kuala-Lumpurun əyalət şəhəri olan Ampanqda yerləşən elit otelin altıncı mərtəbəsində zaldakı səsucaldandan demək olar ki günün 24 saatı Qurandan ayələr səslənir.
Hər otaqda çarpayıyanı dolabçanın üzərində müqəddəs Quranın bir nüsxəsi, çarpayı üstündə isə namaz üçün geyim komplektləri qoyulur. Hamam otaqları isə dəstəmaz almaq üçün əlavə kran ilə təchiz olunub.
Hotelin “İslam mərtəbəsində” otaqlar yalnız müsəlmanlar qonaqlar üçün rezervasiya olunur. Birinci mərtəbədə gündə 5 dəfə namza çağırış – azan səslənərək, hotelin sakinləri və işçi heyətini dörd imamdan birinin ardınca ibadət üçün xüsusi zala toplayır.