Inar Travel

Otel Paradise

Əhali 77695904 nəfər

Sahə 783562 km2

Rəsmi dil türk

Turun qiyməti xxx

Otel Paradise Antalyanın Kumluca əyalətində, möhtəşəm təbiətin və dənizin kənarında yerləşən Paradise oteli sizə sahilboyu uzunluğu 400 m olan və ümumi sahəsi 167.000 m2 olan yerdə unudulmaz istirahət etməyinizi təklif edir. Hotelin ümumi sahəsi 167.000 m2 təşkil edir. Oteldən Antalya şəhərinin mərkəzinədək məsafə - 90 km, hava limanına - 105 km, Qumluca kəndinə isə 12 km təşkil edir.

Göstərilmiş qiymət bir gecəyə bir nəfər üçün göstərilmişdir (qidalanma daxil)

Standart otaqda 2 böyük qala bilər

Ailəvi otaqlar 3-5 nəfər üçün nəzərdə tutulub

0-6 yaş arası uşaqlar üçün hoteldə qalmaq pulsuzdur

7-12 yaş arası uşaqlar üçün hoteldə qalmaq haqqı göstərilmiş qiymətin 50 % təşkil edir

OTEL PARADISE-ın təklifi

Ümumi təsvir

Antalyanın  Kumluca əyalətində, möhtəşəm təbiətin və dənizin kənarında yerləşən Paradise oteli  sizə           sahilboyu uzunluğu  400 m olan və ümumi sahəsi  167.000 m2 olan yerdə unudulmaz istirahət etməyinizi təklif edir. Hotelin ümumi sahəsi  167.000 m2 təşkil edir. Oteldən Antalya şəhərinin mərkəzinədək məsafə  – 90 km, hava limanına – 105 km,  Qumluca kəndinə isə 12 km təşkil edir.

AİLƏVİ NÖMRƏ

Ailəvi nömrələrin ümumi sahəsi 45 m2 təşkil edir. Ailəvi otaqlar, valideyn və uşaqlar üçün olan 2 otaqdan ibarətdir. Burada siz rahatca uzanaraq televizora baxa bilərsiniz.

Restoranlar

Restoranlarda qonaqlar üçün ləzzətli yeməklərlə hədsiz seçim mövcuddur. Restoranın zəngin bəzəyi və yüksək səviyyəli xidməti sizi bütün bunlara biganə qalmağa qoymayacaq. Geniş terraslı və ümumi tutumu 1500 qonaq olan restoranımızda zövqünüzə uyğun türk və dünya mətbəxindən olan müxtəlif yeməklər sizə təklif olunacaq. Otelimizin qonaqları xüsusi menyudan balıq və digər yeməkləri ümumi tutumu 150 nəfər olan Çıralı A´laCarte restoranında dada bilərlər.

Kafe və barlar

Saat 11:00-dan 17:00-dək siz hovuz kənarı və “Köçəri Alaçıqda”  kökə və ayran atışdıra bilərsiniz.

Bundan əlavə, saat 21:30-dan etibarən hovuz kənarındakı barda şorba və pide verilir və eləcə də 23:30-dan 00:30-dək gec şam yeməyi verilir.

11:00-dan 17:00-dək qadınlar üçün olan kompleksdə açıq bufet fəaliyyət göstərir. Həmçinin 11:00-dan17:00-dək sizə sahilyanı barda içki və meyvə şirələri təklif olunur.

10:00-dan 01:00-dək sizə hovuz kənarında meyvə şirələri, isti və soyuq içki təklif olunur.

17:00-dan 18:00-dək çay və qəhvə ilə birgə sizə keks və çərəzlər də təklif olunacaq.

Gün ərzində hovuz kənarında şahmat və digər stolüstü oyunlar oynamaq da mümkündür.

Barda satışda yeni çəkilmiş meyvə şirələri də vardır.

19:00-dan 00:00-dək «FincanKafe» -də sizə çay və türk qəhvəsi təklif olunur; həmçinin ayrıca ödəniş ilə qəlyan da sifariş etmək mümkündür.

Tədbir zamanı «Anfibar»-da sizə sərinləndirici içki və şirələr təklif olunacaq. Yalnız qadınlar üçün təşkil olunan diskotekada sərinləndirici içkilər və şirələr verilir; həmçinin, ödəniş etməklə kokteyl də sifariş etmək mümkündür. «Lobibar» 24 saat işləyir. Siz burada çay, qəhvə, sərinləndirici içiki və əsl türk qəhvəsi sifariş edə bilərsiniz.