Şəriətə uyğun istirahət etmək mümkündürmü? Bəli , mümkündür. Dünyanın bir çox ölkəsində “halal” otellər tikilib. Muşmulan otelləri, ənənəvi xidmətlərdən savayı , xüsusi xidmətlər də göstərir. Belə otellər bir qayda olaraq məsciddən uzaq yerləşmir. Otaqlar isə qiblə göstəricisi (Məkkədə yerləşən Kəbəyə istiqamət bildirir), ibadət xalçaları və Quran nüsxələri ilə təmin olunur.
Qonaqlara spirtli içkilər nə verilir, nədəki satılır. Müxtəlif ləzzətli və ən əsası halal yeməklər ziyarətçilərlə təklif olunur. Qadın və kişilər üçün ayrı-ayrılıqda yerləşən çimərlik və hovuzlar mövcuddur. Oteldə hər gün azan səslənir, gündəlik və cümə namazları qılınır (bunun üçün xüsusi ibadət otaqları mövcuddur). Bəzi otellərin öz məscidləri də var.