Inar Travel

Pyatiqorsk

Əhali 145971 nəfər

Sahə 97 km2

Rəsmi dil rus

Turun qiyməti 650

Pyatiqorsk Hamımız daim ətraf mühitin mənfi təsirləri ilə qarşılaşırıq, psixoloji təzyiq və stresslər keçiririk. Bütün bunlar sizin orqanizminizə mənfi təsir göstərir. Kurort müalicəsi bu tipli problemlərlə mübarizə aparmaq üçün ən effektiv üsullardan biridir. Təbii amillərlə sağlamlaşma özünün profilaktik əhəmiyyəti, sanatoriya-kurort müalicəsinin unikal imkanları və keçirilmiş xəstəliklərdən sonra bərpa prosesi ilə çox dəyərlidir.

Pyatiqorsk Qafqaz Mineral Suları kurortları arasında müalicə üçün çox geniş göstəriş spektrinə malikdir. Burada ürək-damar, sinir sistemi, həzm sistemi, oynaq və onurğa sütunu, ginekoloji xəstəliklərin müalicəsi mümkündür. Bu zaman radon mineral suları, karbohidrat-hidrogen-kükürd suları, Tambukan gölünün palçığından istifadə edilir. Həmçinin aparat fizioterapiyası, masaj və müalicəvi bədən tərbiyəsi, iynə refleksoterapiyası və psixoterapiya da tətbiq olunur.

Pyatiqorskun müalicə-profilaktik müəssisələrində yüksək ixtisaslı müalicəvi-diaqnostik işçi heyəti fəaliyyət göstərir və hər zaman məsləhət köməyi əldə etmək mümkündür.

Təbii mineral sularla müalicə (balneoterapiya) xarici tətbiq üsulu ilə həyata keçirilir — burada ümumi və yerli vannalardan, müalicəvi hovuzlarda çimmədən, duşlardan istifadə olunur. Mineral sular həmçinin içmək, bağırsağın yuyulması və təmizlənməsi, qarqara və inhalyasiya üçün də işlədilir. Belə prosedurların müalicəvi əhəmiyyəti ilk növbədə dəri, sinir sistemi və qan vasitəsilə həyata keçirilir.

SİNİR SİSTEMİ XƏSTƏLİKLƏRİ

  1. Mərkəzi sinir sistemi xəstəlikləri və zədə nəticələri
  2. Periferik sinir sistemi xəstəlikləri
  3. Serebrovaskulyar xəstəliklər: bərpa dövründə beyin qan dövranının pozulmasının nəticələri (4-6 aydan sonra)
  4. Vegetativ sinir sistemi xəstəlikləri

Sanatoriyalar: “Leninskiye skalı”, “Rodnik”, “Lastoçka”, M.Y. Lermontov adına, “İskra” pansionatı.

HƏZM ORQANLARI XƏSTƏLİKLƏRİ

  1. Orta və yüngül dərəcəli xroniki kolit və enterokolitlər (stenozlu, vərəmli, xoralı, bakterial və parazitar növlərindən başqa)
  2. Bağırsaq, öd yolları və öd kisəsinin kəskinləşmə mərhələsindən kənar diskineziyası
  3. Mədə və onikibarmaq bağırsağın zəifləmə mərhələsində (və azalan kəskinləşmə mərhələsində) və mədənin hərəkət çatışmazlığı, penetrasiya və qanaxmalara meylsiz olan xora xəstəliyi
  4. Xroniki qastrit, kəskinləşmə mərhələsindən kənar qastroduodenit
  5. Müxtəlif məşəli xroniki hepatit, xolesistit, xolangit, pankreatit (tez-tez kəskinləşməyə meyli olmayan və zəifləmə mərhələsində olanlar)
  6. Öd-daş xəstəliyi (infeksiya ilə ağırlaşan və həmçinin cərrahi müdaxilə tələb edən formalardan başqa).

Sanatoriyalar: M.Y. Lermontov adına, “İskra” pansionatı, “Leninskiye skalı”.

PERİFERİK DAMAR XƏSTƏLİKLƏRİ.

  1. Venaların varikoz genişlənməsi səbəbindən əmələ gələn xroniki venoz çatışmazlıq
  2. Aşağı əzaların qan dövranının pozulması ilə müşahidə olunan obliterə edən birinci və ikinci dərəcəli endarteriiti (dayanıqlı zəifləmə dövründə)
  3. Əza damarlarının xorasız, qanqrensiz və s. obliterə edən aterosklerozu (o cümlədən periferik damarlarda yenidənqurma əməliyyatlarından 6-8 həftə sonra)
  4. Aşağı əzaların flebit və tromboflebitindən sonrakı qalıq əlamətləri

Sanatoriyalar: M.Y. Lermontov adına, “Leninskiye skalı”, “Zori Stavroplya”, “İskra” pansionatı.

GİNEKOLOJİ XƏSTƏLİKLƏR

  1. Xroniki parametrit (kəskinləşmə dövrünün sonundan 4-6 həftə sonra)
  2. Xroniki metrit və endometrit (kəskinləşmədən 4 həftə sonra)
  3. Xroniki salpingit və osforit (kəskinləşmədən 2 ay sonra)
  4. Uşaqlıq, boru və yumurtalıqların xəstəlikləri səbəbindən cərrahi müdaxilədən sonra infiltrat (kəskinləşmə dövründən sonra; əməliyyatdan 6-8 həftə keçdikdə)
  5. Peritonun çanaq bitişmələri
  6. Yumurtalıqların disfunksiyası, uşaqlığın hipoplaziyası və ya infantilizm, o cümlədən qadın cinsi orqanlarının iltihabı prosesi ilə kombinasiyada
  7. Uşaqlığın qeyri-düzgün yerləşməsi: fiksajlanmış və ya subfiksajlanmış retrofleksiya, peritonun çanaq birləşmələri səbəbindən və qadın cinsi orqanların iltihab sonrakı retroversiyası
  8. Klimakterik sindrom
  9. İltihabı xəstəliklər nəticəsinə sonsuzluq

SÜMÜK-ƏZƏLƏ SİSTEMİNİN XƏSTƏLİKLƏRİ

  1. Bədən və əza sümüklərin yavaş bitişən sınıqlarının nəticələri; xroniki sinovit, müxtəlif lokalizasiyalı bursitlər, tendovaginit, miozit, fibromiozit, mialgiya, epikondilit, stiloidit; cərrahi müdaxilə tələb etməyən qeyri-vərəm xarakterli gematogen osteomielit
  2. Qeyri-vərəm məşəli artrit və poliartritlər: prosesin minimal orta fəallığı ilə qeyr-aktiv mərhələdə revmatik artrit, müəyyən edilmiş infeksion məşəli poliartrit, deformasiya olunan osteoartroz, osteoxondroz, spondilez, spondiloartroz, prosesin II dərəcədən yuxarı olmayan fəallığı ilə visseritsiz ankilozan spondiloartrit

GÖZ XƏSTƏLİKLƏRİ (OFTALMOLOGİYA)

  1. Müxtəlif məşəli torlu qişa distrofiyası
  2. Qlaukoma
  3. Yaxıngörmə (miopiya) və s.

DİGƏR XƏSTƏLİKLƏR

  1. Diatezlər: fosfat-uritli, uraturiya, müxtəlif klinik təzahürlü oksaluriya
  2. İlkin və təkrar genezisli, yüngül dərəcəli tireotoksikoz
  3. Piylənmə və oynaq və onurğa sütununda distrofik dəyişikliklər ilə müşahidə olunan yüngül dərəcəli hipoterioz
  4. İlkin, I-III dərəcəli alimentar-konstitusional, qan dövranının dekompensasiyası  əlamətləri olmayan piylənmə

15-günlük yerləşmə, qidalanma və müalicə kursunun qiyməti – adambaşı  650 AZN-dən başlayaraq.