Inar Travel

Sen Malo

Əhali 66616416 nəfər

Sahə 640679 km2

Rəsmi dil fransız

Turun qiyməti 1440

Sen Malo Sen Malo XII əsrdə əsası qoyulmuş və Bretaniyanın şimalında yerləşən şəhərdir. Hal-hazırda şəhər zəngin memarlıq abidələrinin, muzeylərinin, qumlu sahillərin və mədəniyyət tədbirlərinin beynəlxalq turizm mərkəzidir.

Yerləşmə: Sen Malo XII  əsrdə əsası qoyulmuş və Bretaniyanın şimalında yerləşən şəhərdir. Hal-hazırda şəhər zəngin memarlıq abidələrinin, muzeylərinin, qumlu sahillərin və mədəniyyət tədbirlərinin beynəlxalq turizm mərkəzidir.

Ziyarət etmək: Qədim şəhəri, şəhər tarixi muzeyi, milli fort, nəhəng akvarium, Bo (Château du Bos) qəsri, Kanadanı kəşf edən səyahətçi Jak Kartyenin malikanəsi (Manoir de Jacques Cartier), Dinan orta əsr qəsri, dünyanın səkkizinci möcüzəsi olan Sen-Mişel (Mont Saint-Michel) adası, Dinar şəhəri

Yerləşmə: 

Grand Hôtel desThermes 5*- dənizkənarında tikilmiş möhtəşəm otel. Otel harmonik şəkildə müasir üslub və “belle eroque” üslubunu birləşdirir; oteldə 178 zərif nömrə və bir neçə dənizə açılan eyvan olan “suite” nömrələr mövcuddur. Nömrələrdə vanna otağı, telefon, peyk televiziyası, mini-bar, pulsuz WI-FI mövcuddur. 3 restoran: qastronomik, pəhriz və milli mətbəxli restoran, piano-bar, dənizə gözəl mənzərəsi olan çay salonu, qaraj, gözəllik salonu və uşaqlar üçün klub dəniz kənarında yerləşir. Otel birbaşa olaraq mərkəzə birləşdirilib.

Le Nouveau Monde 4*- 2012-ci ildə əsası qoyulan çimərlik oteli Sen Malo tarixi mərkəzindən 5 dəqiqəlik piyada yolla aralı və talassoterapiya mərkəzindən 600 m uzaq yerləşir. Oteldə müasir üslubda təşkil olunmuş müxtəlif kateqoriyalı 83 nömrə mövcuddur: səs-izolyasiya, telefon, TV, mini-bar, seyf, pulsuz Wi-Fi. SPA mərkəzinə daxildir: otelin sonuncu mərtəbəsində yerləşən hovuz, türk hamamı, solyariy, dənizə mənzərəsi açılan restoran və bar.

Talassoterapiya mərkəzi: 1963-cü ildə yaradılan Thermes Marins de Saint Malo mərkəzi dəniz sahilində yerləşir və ümumilikdə 5000 m2 sahəni əhatə edir. Burada 72 prosedur kabinəsi, prosedurlar üçün 6 kiçik hovuz hansı (4-də isidilmiş dəniz suyundan istifadə olunur), akvatik yol və nəhəng hovuz, sauna, SPA prosedurları üçün 16 kabinə, solyariy, türk hamamı, trenajor zalı, istirahət salonu və çoxlu sayda mağaza mövcuddur.

Əyləncə: qolf, tennis, minicilik, sualtı üzgüçülük, yelkənli idman, diskoteka, kazino.

Gediş: Qatar – TGV Paris/Sen Malo (3 saat), Təyyarə – Paris/Ren (transfer)

Grand Hôtel des Thermes 5*

Ümumi sağlamlıq bərpa  mərkəzi, yarım pansionluq qidalanma ilə 6 gün/6 gecə.

Mer & Remiseen forme proqramı: 3 seans yosunlarla sarınma (25 dəq.), ilıq dəniz suyu altında rahatlandırıcı masaj (25 dəq.), 6 seans aktiv hidromassaj (tonusu artıran hovuz və ya çiyin masajı olan cakuzi), 12 seans kabinədə hidroterapiya (efir yağları və yosunlu vanna, sualtı masaj, sirkulyasiyalı duş, sualtı kontaktsız ondorelaks masajı).

Mer & Capital Santé proqramı: 3 seans bədənin ümumi masajı, 3 seans yosunlarla sarınma, 6 seans hovuz prosedurları (hidromassaj vannaları və ya tonusu artıran hovuz), kabinədə 9 seans hidroterapiya : yosun və efir yağları ilə hidromassaj vannası, sualtı əl masajı və kontaktsız ondorelaks hidromassajı)

Təklif olunan kurslar:

Мer Detente & Optimumsante – ödəniş 168 avro.

Mer Reeducation & Soin du Dos – ödəniş 204 avro.

Mer Silhouette au feminun& au masculine – ödəniş 300 avro.

Mer Detox – ödəniş 390 avro.

Proqramın dəyəri – mövsümdən asılı olaraq 1440 avrodan başlayaraq.

Ödənişə daxildir:

6 gecə yarım pansionluq (ənənəvi LaVerrière restoranı) bir və ya ikinəfərlik nömrədə yerləşmə

6 gün talassoterapiya (gündə 4 dəfə olmaqla 24 prosedur)

12 yaşadək uşaqların valideynləri ilə bir nömrədə qalması ödənişsizdir, qidalanma –yerində ödəniş.

Xələt və hamam dəsmalı təqdim olunur

Sauna, hovuz, türk hamamı, trenajor zalından istifadə pulsuzdur.

Ödənişə daxil deyil:

Həkim konsultasiyası – prosedur öncəsi mütləqdir

Yerləşmə üçün gündəlik rüsum – 1.65 avro

İçki və transferlər

Avtodayanacaq haqqı – gündəlik 14 avro

Ənənəvi/pəhriz pansion sistemi üzrə qidalanma: 6 gün üçün adambaşı 177/270 avro

Həftənin istənilən günü saat 16:00-dan giriş mümkünlüyü