Inar Travel

Sinqapur

Əhali 5469700 nəfər

Sahə 718 km2

Rəsmi dil ingilis, çin, malay, tamil

Turun qiyməti 55

Sinqapur Müsəlman turistlər üçün Sinqapur- əsl tapıntıdır. Ölkə əhalisini 15%-ı müsəlmanlardan ibarətdir, bu da o deməkdir ki ölkəyə gələn İslam dininin nümayəndələri özlərini evdəki kimi hiss edə bilərlər. Halal-sertifikatlandırılmış xidmət göstərən restoranlar beynəlxalq dərəcəli kafelər fast-food məkanları arasında sizlərin seçiminizə verilir.

Santa Grand Bugis Oteli

Üç ulduzlu otel Sinqapur müsəlman Santa Grand Bugis hissəsində yerləşir. Oteldən Sim Lim meydanı və Bugis Junction ticarət mərkəzinə 15 dəqiqə ərzində çatmaq mümkündür. Çanqa hava limanına olan məsafə 16 kilometridir.

Santa Grand Bugis otelin damında açıq terrassa quraşdırılıb; buradan şəhərə gözəl mənzərə açılır. Burada həmçinin kiçik hovuz da mövcuddur. Bütün otel sahəsi boyunca pulsuz olaraq Wi-Fi xidməti mövcuddur; bunun sayəsində siz ən son gəlişmələrdən xəbərdar olacaq və gələcək yolçuluğunuzu planlaşdıra biləcəksiniz. Həmçinin zəruri olduqda, faks qəbul edib və göndərə, və həmçinin sənədlərin surətin çıxarda bilərsiniz.

SantaGrandBugis oteli özündə 73 səliqəli otaq birləşdirir. Hər otaqda kondisioner, seyf,  peyk televiziyasının yayımladığı kanallarına çıxışı olan televizor, çay və qəhvə təchizatı, namaz aksessuarları mövcuddur.

Oteldə qalmaq xərcləri 55 AZN-dən başlayır.