Vltava üzərindəki Qluboka qəsrində toy
Vltava üzərindəki Qluboka qəsri Çexiyada toy mərasimlərinin keçirilməsi üzrə ən məşhur qəsrlərdən biridir. Bu qəsr romantik quruluşuna görə dünyanın bütün yerlərindən yeni evliləri özünə cəlb edir. Kral qəsri olan Qlubokanın əsası ilk dəfə 13-cü əsrdə çex kralı İkinci Otakar tərəfindən qoyulmuşdur. Qəsr mövcudluğunun bütün dövrü ərzində 4 dəfə yenidənqurma və təmirə məruz qalmışdır.
1661-ci ildən etibarən qəsr Şvartsenberq nəslinin mülkünə keçir, hansı ki məhz bu nəslin mülkiyyətində olan müddətdə, yəni 1871-ci ildə qəsr qeyri-qotik görkəm əldə etmişdir. Həmin dövrdən etibarən qəsr 140 təmtəraqla quraşdırılmış otaqdan və 11 güllədən ibarətdir. Güllələrin hündürlüyü ümumilikdə 60 metrə çatır. Qəsrin üz tərəfində “NİL NİSİ RECTUM” (Həqiqətdən başqa heçnə) şuarlı Şvartsenberq ailəsinin nəhəng gerbi yerləşdirilmişdir. Qəsr bu möhtəşəm görünüşü İkinci Adolf Şvartsenberq və onun Lixtenşteyn şahzadəsi olan xanımı Elianoranın hakimiyyət illərində əldə etmişdir. Qəsrin ərazisində, həmçinin ingilis üslubunda park təşkil edilmişdir.
Mərasimlər: Vətəndaş.
İş günləri: cümə, şənbə (digər günlərdə də mümkündür)
Saat: 9.00-14.30
Keçirilmə məkanı:
Toy mərasimi üçün nəzərdə tutulmuş zal, tutumu 20 oturaq, 20 ayaqüstü yer.
Yay mövsümündə qəsrin parkında əlavə ödəniş etməklə.