Yunanıstanın Krit, Rodos, Korfu, Kos adalarının və Pelopones yarımadasının mənzərəli təbiəti, həmçinin yunan və slavyan mədəniyyətlərinin yaxınlığı tez-tez bizim müştərilərin toy mərasimlərinin keçirilməsi üçün Yunanıstana üstünlük vermələrinə səbəb olur. Yumşaq Aralıq dənizi iqlimi adalarda toyları turizm mövsümünün əvvəlində, yaxud sonunda keçirməyə imkan verir ki, həmin vaxtlar Yunanıstanın materik hissəsində hava hələ kifayət qədər sərin olur. Biz sizə tərəfdaşlıq etdiyimiz otellərin təqdim etdikləri hazır toy paketlərini təklif edə bilərik. Bunlar iki nəfər üçün simvolik mərasimin zəriflik atmosferində və təkrarolunmaz romantik abu-havada keçirilməsinə hesablanmışdır.
Simvolik toy qonaqlar arasında ən populyar seçimdir. Bu halda qeydiyyat üçün hər hansı bir sənəd tələb olunmur, mərasimin keçirilmə yeri isə sizin otelinizin imkanlarından asılıdır. Bu, çimərlik, ya da dənizin gözəl sahili, yaxud da otel kompleksinin ərazisində seçdiyiniz yer ola bilər. Mavi dənizin ecazkar mənzərəsi və xoşbəxtlik hissləri sizi bir an olsun belə tərk etməyəcək, möhtəşəm fotoşəkillər isə sizi hələ uzun illər təkrar-təkrar həmin anlara qaytaracaq. Simvolik mərasim hər kəs üçün özünəməxsus məna və anlamla doludur. Bu, həm əsas toy üçün bir növ baş məşq ola, artıq evlənmiş cütlüklər üçünsə romantik ana çevrilə bilər ki, onların toy günü söylədikləri “hə” kəlməsini və bir-birlərinə verdikləri andı bir daha xatırladacaq.
Kilsədə kəbin — Yunanıstanda ən ənənəvi və təntənəli toy mərasimi formasıdır. Hesab olunur ki, səmalarda qıyılmış kəbinləri heç bir həyat çətinlikləri dağıda bilməz. Kəbini həm yeni evlənənlər, həm də artıq nikahda olan cütlüklər kəsdirə bilər. Kilsə mərasimi (kəbin) keşiş tərəfindən pravoslav kilsəsində keçirilir. Onun sonunda kəbin barədə şəhadətnamə təqdim olunur. Lakin ölkəmiz ərazisində bu, nikah haqqında sənəd kimi qəbul edilmir və yalnız sırf simvolik xarakter daşıyır.
Şəhər bələdiyyəsində nikahın qeydə alınması — bu cür qeydiyyatdan keçirilmiş nikah isə tam hüquqi xarakter daşıyır. Nikaha girənləri şəhərin meri şəxsən qeydiyyatdan keçirir, elə o özü evlənənlərə ilk xeyir-duanı verir. Yerli sakinlərin elə birbaşa küçədə ənənəvi təbrikləri də gözəl anlara çevrilə bilər. Adətən, yerlilər küçədə bəylə gəlini görərkən xeyir-dua kəlmələri söyləyirlər. Bələdiyyədə nikah həm də toy paketinə daxil edilmiş bütün digər xidmət növləri ilə birlikdə təqdim oluna bilər. Bunlar simvolik mərasimin keçirilməsi, bayram şam yeməyi, fotosessiya, güllər, ənənəvi hədiyyələr və s.-dir.
Rouz Garden – 600 avro.
Yerin seçilməsi (çimərlik, hovuz)
Görüş yerinin fənərlərlə, gül ləçəkləri ilə bəzədilməsi, toy masasının bəzədilməsi
Gəlin üçün ağ qızılgül buketi, bəy üçün qönçə gül
Mərasim: iki şahid və otelin rəsmi nümayəndəsi (ümumi menecer)
Oteldən qeyri-rəsmi nikah şəhadətnaməsi
Gül ləçəkləri və düyü səbəti (firavanlıq rəmzi kimi)
Şampan şüşəsi və çoxmərtəbəli toy tortu
Peşəkar fotoqrafdan 13×18 sm ölçüdə 10 fotoşəkil