Inar Travel

Temza çayı boyunca səyahət

Əhali 63395574 nəfər

Sahə 243809 km2

Rəsmi dil ingilis

Turun qiyməti 550

Temza çayı boyunca səyahət Naməlum və sirli şəhər, Britaniya paytaxtının maliyyə mərkəzi Siti rayonu üzrə piyada ekskursiya: Templ, Gildholl və Müqəddəs Varfolomey kilsəsi kimi bütün dünyaya məşhur olan, həmçinin Den Braunun "Da Vinçi kodu" bestsellerində təsvir olunmuş memarlıq abidələrini görmək imkanı təqdim olunur.

London
Qayıqla Temza boyunca Qrinviçə ekskursiya

1-ci gün

Londona gəliş. Yerləşmə. Asudə vaxt. İstənilən gün fırlanan çarxın ziyarəti (Londonun Gözü – London Eye).
Bizim tövsiyələrimiz: Madam Tüsso muzeyini ziyarət etmək: qiyməti böyüklər üçün – 30 funt, uşaqlar üçün – 25 funt.

2-ci gün

Rahat avtobusla və peşəkar bələdçi ilə London üzrə əsas görməli yerlərə ekskursiya: Tauer, Parlament binası, Biq-Ben, Bukinhem Sarayı, Trafalqar meydanı və s. Müddəti 3 saat.

Naməlum və sirli şəhər, Britaniya paytaxtının maliyyə mərkəzi Siti rayonu üzrə piyada ekskursiya: Templ, Gildholl və Müqəddəs Varfolomey kilsəsi kimi bütün dünyaya məşhur olan, həmçinin Den Braunun “Da Vinçi kodu” bestsellerində təsvir olunmuş memarlıq abidələrini görmək imkanı təqdim olunur. Müddəti 2,5 saat.

Britaniya muzeyinə əlavə ekskursiya: qiyməti adambaşı 20 funt.

3,4,5 və 6 günlər – azad günlər.

Əlavə ekskursiyalar imkanı: Oxford, Vestmister abbatlığı, Vindzor Sarayı, Taverna və s.

7-ci gün

Qayıqla Temza boyunca Qrinviçə ekskursiya. Yol üstü siz Vestminster sarayının binasını görəcək və Şekspir teatrı olan Qlobusun yanından üzəcəksiniz.

Qrinviçdə sizi Köhnə Şahzadə rəsədxanası və 0 meridianının ziyarəti ilə piyada ekskursiya gözləyir. Həmçinin siz Temzanın yeraltı keçidi ilə gələcəyin rayonu – Doklendsə keçə bilərsiniz.

Milli şəkil qalereyasına əlavə ekskursiya: qiyməti adambaşı 20 funt.

Teatrlar və Masson sirləri rayonu olan Kovent Qardena əlavə ekskursiya: qiyməti adambaşı 25 funt.

8-ci gün

Evə dönüş.

Proqramın qiyməti – ikinəfərlik yerləşmə ili adambaşı 550 AZN təşkil edir.

Xidmət paketinə daxildir:
– qrup transferləri: hava limanı – otel – hava limanı
-seçilən kateqoriyalı oteldə yerləşmə
-qidalanma (səhər yeməkləri)
-proqrama uyğun olaraq bələdçi ilə 4 ekskursiya
-gəmidə nahar yeməyi və fırlanan çarxa bilet.