I gün. “Bakı ilə görüş”
Bu gün biz turumuzu Bakı limanını əhatə edən şəhərin mənzərəsi ilə başlayırıq. O, şəhərin dağlıq tərəfində başlayır və Bakının miqyası haqda dəqiq təsəvvür yaradır. Şəhər Xəzər dənizinə tədricən enən amfiteatr formasındadır. Ekskursiya şəhərin mərkəzi hissəsində olan ən maraqlı arxeoloji və tarixi obyektlərin nümayişini nəzərdə tutur. Biz avtobus turumuzu şəhərin mərkəzi hissəsindən başlayıb, sizə ən maraqlı arxeoloji və tarixi abidələri nümayiş edəcəyik.
Bizim bu günə olan ekskursiyamız Heydər Əliyev adına Mədəni Mərkəzin ziyarəti ilə başa çatacaq. Heydər Əliyev Mərkəzinin dizaynını ilk dəfə və ya təsadüfən görən bir çox insan belə bir layihənin mövcud olma ehtimalına inana bilmir. Hətta, nəzəriyyəyə görə belə bir sıradan kənar dizaynı olan kompleksin tikintisi qeyri-real görünür. Kompleksdə turistin istəyindən asılı olaraq bir neçə sərgiyə baş çəkə bilərik.
II gün. “Bakı və Abşeron yarımadası”
Bu gün biz Bakı ilə tanış olmağı davam edəcəyik. Əvvəlcə biz «Qədim Şəhər» və ya yerli sakinlərin «İçəri şəhər» adlandırdıqları yerlə tanış olacağıq. «Qədim Şəhərin» ümumi sahəsi – 22 ha-dır hansı ki, Bakı şəhərinin ümumi sahəsinin balaca hissəsinin təşkil edir (44,000 ha). Buna baxmayaraq, tarixi memarlıq abidələrin çoxluğu bizə bu ekskursiyanı ayırmağı və Bakının bu hissəsinin gəzmək üçün ən maraqlı hissə olduğunu deyir. Qız Qalası (XII əsr), Şirvanşahlar sarayı (XV əsr), Sınıq Qala qəsri, Karvansara, Cümə Məscidi – «Köhnə Şəhərin» görməli yerləri sırasına daxildir. Daha sonra, Bakı bulvarı boyunca dəniz kənarı parka gedəcəyik. O, böyüklüyünə görə Avropada ikinci hesab edilir.
Abşeron yarımadasına səyahət. Azərbaycanın ərazinin Abşeron yarımadasında yerləşən hissəsini məhz “Abşeron” adlandırırlar. Bu ərazi 3 tərəfdən dəniz ilə əhatə olunub. Bura isti yay və mülayim qış ilə fərqləndiyi üçün, dəniz kurortu sevən insanların diqqətini daha çox cəlb edir. Qeyd edilən bölgənin ən inkişaf etmiş infrastrukturu mövcuddur: avtomobil yolları, otellər, əyləncə və istirahət mərkəzləri, qumlu dənizləri, xarici turistləri, ölkənin qonaqlarını, müxtəlif ölkələrin vətəndaşlarını qəbul etmək üçün ən optimal variant sayılan beynəlxalq hava limanı.
Əksər unikal tarixi abidələr – məbədlər, qəsrlər, qalalar və orta əsrin müşahidə qüllələri heç zaman turistlərin və ölkəmizin vətəndaşlarının diqqətindən yayına bilməzlər. Bunlardan təbii qaz çıxıntısı yerində tikilmiş, Suraxanı ərazisində yerləşən Atəşpərəstlər məbədini misal gətirmək olar. Dünyanın müxtəlif yerlərindən zəvvarlar gələn yerlərdə, hal hazırda müxtəlif eksponatlarla dolu muzeylər yerləşir.
III gün. «Bakı – Qobustan»
Oteldə səhər yeməyi. Qobustana ekskursiya. Qobustan Neolit dövrünə aid, açıq səma altında təkrarolunmaz qayaüstü rəsmləri olan tarixi-memarlıq muzeyidir. Qobustanda yaşı təqribən 12,000 olan təxminən 6,000 qayaüstü rəsm var. Qayaüstü rəsmlər Daş dövründə insanların yaşayış tərzini – onların ov etməsini, istirahətini, onların «Qaval daşı» ( dərin rezonans səs çıxaran daş) melodik səslərlə müşayiət olunan rəqslərini əks etdirir. Nəhəng qayalara görə, burada çoxlu sayda sığınacaq kimi istifadə olunan mağaralar formalaşmışdır. Qobustan ekskursiyasına başlamazdan əvvəl, bizi bu yaxınlarda tikilmiş eyniadlı yüksək texnoloji qapalı muzeyə səyahət gözləyir.
Nahardan sonra bizi məşhur Azərbaycan rəssamı Sabir Çopuroğlu ilə master-klass gözləyir.
Rəssam unikal rəsm çəkmə texnologiyası ilə fərqlənir – o fırçasız, öz əlləri ilə rəsm çəkir və boya əvəzinə neftdən istifadə edir.
IV gün. “Bakı – Şamaxı – Şəki”
Oteldə səhər yeməyi. Azərbaycanın şimal-qərb bölgəsinə – Qafqaz dağları tərəfə yola düşmə. Şəki şəhərinə yolda Şamaxı şəhərinə, Qafqazda ən böyük məscid hesab olunan – “Cümə məscidi ” və «Yedi Gümbəz» adlanan Şirvanşahlar türbəsinə ziyarət. Daha sonra Şəkiyə yolumuzu davam edəcəyik. Şəkiyə çatma, otelə yerləşmə. Şəkidə gecələmə.
V gün. «Şəki ilə tanışlıq»
Səhər yeməyindən sonra Şəkiyə ekskursiya. Şəki Azərbaycanın ən tanınmış və qədim yaşayış məskənlərindən biridir. Şəhər dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşir. Şəki əsl amfiteatr tək hər tərəfdən dağlarla əhatələnib. Bu qədim şəhər uzun müddət Böyük İpək Yolu üzərində ipək mərkəzi və mühüm yükboşaltma məntəqəsi qismində fəaliyyət göstərib. Belə bir fərziyyə var ki, şəhərin adı Azərbaycan ərazisinə eramızdan əvvəl VII əsrdə gəlmiş Sak tayfalarının etnosu ilə bağlıdır. Biz Şəkiyə turumuzu pəncərələri əllə işlənmiş, möhtəşəm freskalarla və maraqlı bəzəklərlə bəzədilmiş Yay Xan Sarayının ziyarəti ilə başlayacağıq. Ardınca sexə gedib, orada «Şəbəkə» -nin düzəldilməsi prosesi ilə tanış olacağıq. Daha sonra isə bütün Azərbaycanda məşhur olan Şəki paxlavasının hazırlanmasına baxacağıq.
Bizim Şəki ilə tanışlığımız Kiş kəndində olan Alban kilsəsinin ziyarəti ilə davam edir. Əfsanəyə görə kilsə eramızın 78-ci ilində tikilmişdir, lakin tarixçilər bu kilsəni bir neçə əsr sonralara aid edirlər.
Yerli sakinlərin evlərinin birində qonaq olma. Siz xüsusi olaraq ən məşhur yerli yeməklərdən olan plovun hazırlanmasında iştirak etmək imkanını qazanacaqsınız. Şəkidə gecələmə.
VI gün. “Şəki – Kiş – Lahıc – Bakı”
Səhər yeməyindən sonra biz Şəki bazarını ziyarət edəcəyik. Burada siz təzə meyvələr və yaxınlarınız üçün suvenirlər alıb, yerli sakinlərin necə ticarət etmələrini görəcəksiniz.
Daha sonra biz Bakıya yola düşəcəyik. Yolda turistlərin sevimli yerlərindən biri olan Lahıca gedəcəyik. Lahıc bir növ qədim Fars memarlıq və şəhərsalma incəsənətinin abidəsidir. Lahıcın təməli təxminən eramızın V əsrdə qoyulmuşdur. Kənd Böyük İpək Yolu üzərində beynəlxalq turist marşrutuna daxildir və ustalıq sənətkarlığı ilə məşhurdur. Daha sonra Bakıya yola düşmə və oteldə yerləşmə. Bakıda gecələmə.
VII Gün
Oteldə səhər yeməyi. Yola hazırlıq. Hava limanına yola düşmə.
Turun sonu.
Turun qiymətinə daxildir
3* ulduzlu oteldə 6 gecəlik (səhər yeməyi daxil) yerləşmə
Tur boyu nəqliyyat xidməti
Tur boyu rusdilli bələdçi
Muzey və tarixi yerlərə giriş biletləri
Hər bir iştirakçıya gün ərzində 0.5 l su
Çaypulu
Aviabilet
Tibbi sığorta
Viza(viza rejimi olan ölkələr üçün)
Bütün əlavə xərclər
Nahar və şam yeməyi
Alkoqollu içkilər
Qeyd: Turun qiyməti 3* oteldə yerləşdirilməni nəzərdə tutur. Əlavə ödəniş müqabilində müştərinin istəyindən asılı olaraq oteli daha yuxarı kateqoriyaya dəyişmək imkanı var.
Marşrut və xəritə
Bakı – Şamaxı – Şəki – Kiş – Lahıc – Bakı
Günlər |
İstiqamət |
Məsafə, KM/ML |
Vaxt +/- |
Gün 1 |
Bakı |
-/ – |
2 saat 35 dəq |
Gün 2 |
Bakı – Abşeron |
60 / 38 |
40 dəq |
Gün 3 |
Bakı – Qobustan |
70 / 44 |
1 saat |
Gün 4 |
Bakı – Şamaxı – Şəki |
350 / 220 |
5 saat 20 dəq |
Gün 5 |
Şəki – Kiş |
– / – |
– |
Gün 6 |
Şəki – Lahıc – Bakı |
350 / 220 |
5 saat 20 dəq |
Gün 7 |
Bakı – Hava limanı |
20 / 12 |
20 dəq |
Viza
Azərbaycan:
Azərbaycana gələrkən beynəlxalq hava limanlarında viza yalnız Türkiyə və İsrail vətəndaşlarına verilir. MDB ölkələrinin (Türkmənistan istisna olmaqla) vətəndaşlarına viza tələb olunmur. Digər ölkələrin vətəndaşları Azərbaycana gələn zaman vizanı Azərbaycan konsulluqlarından və yaxud bizim turizm agentlikləri vasitəsilə elektron viza almalıdırlar. Vizanın sənədləşdirilməsi üçün bizim menecerlərlə Azərbaycana gəlməzdən ən azı 6 həftə əvvəl əlaqə saxlayın.
Mehmanxana
Turun qiyməti 3 və 4 ulduzlu mehmanxanalar üçün hesablanıb. Turistlərin arzusu ilə mehmanxananın kateqoriyası 5 ulduzluya qədər artırıla bilər. Bütün mehmanxanalarda səhər yeməyi qiymətə daxildir. Camaşırxana xidməti əlavə ödənişlə həyata keçirilir. Bəzi bölgələrdə internet məhduddur, bir sıra mehmanxanalarda isə mövcud deyil. Bakıdakı mehmanxanalarda internetə giriş mümkündür və əksəriyyətində pulsuzdur. Giriş vaxtı – 14:00, çıxış vaxtı – 12:00. Erkən giriş və gec çıxış əlavə sifariş və ödənişlə təqdim olunur.
Əməli məlumat
Valyuta bazarı: Mübadilə məzənnələri barədə məlumatı http://www.cbar.az ünvanından almaq mümkündür.
Yerli valyuta: manat
Tövsiyə olunan mübadilə valyutası: USD və ya AVRO
Valyutanı harada mübadilə etməli: Hava limanına çatarkən bələdçi nağd pulun yerli valyutaya harada və nəvə mübadilə olunması barədə dəqiq məlumat verəcək.
Bankomatların mövcudluğu: Yalnız iri şəhərlərdə.
Kredit kartlarının qəbulu: Yalnız iri şəhərlərdə.
İqlim:
|
Jan |
Feb |
Mar |
Apr |
May |
Jun |
Jul |
Aug |
Sep |
Oct |
Nov |
Dec |
|
Orta temperatur |
6 |
5 |
8 |
15 |
18 |
30 |
32 |
30 |
20 |
17 |
12 |
8 |
|
Orta maksimal temperatur |
10 |
8 |
12 |
19 |
22 |
30 |
35 |
37 |
25 |
21 |
16 |
12 |
|
Orta minimal temperatur |
3 |
2 |
4 |
10 |
13 |
25 |
30 |
33 |
16 |
13 |
8 |
6 |
|
Yağışlı günlərin orta sayı |
4 |
5 |
3 |
3 |
4 |
3 |
5 |
4 |
3 |
4 |
2 |
5 |
|
Qarlı günlərin orta sayı |
0 |
3 |
1 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
Peyvənd və qorunma
Vacib deyil.
Elektrik təchizatı və şəbəkəyə qoşulma
Azərbaycanda istifadə olunan gərginlik və şəbəkəyə qoşulma tipləri barədə ətraflı məlumatı http://www.kropla.com/electric2.htm səhifəsinə daxil olmaqla öyrənmək mümkündür.
Turist sığortası
Bütün müştərilərimiz üçün turist sığortası vacibdir. Əmin olmalısınız ki, Sizin polisiniz bütün tibbi məsrəfləri əhatə edir.
Səfəriniz üçün xüsusi qablama
Təəssüf ki, bəzən yük göndərildiyi ünvana sahibinin gəldiyi reyslə çatmır, yaxud da nəqletmə zamanı zədələnir. Əgər sizdə belə bir hal baş veribsə, gəldiyiniz zaman hava limanını tərk etmədən öncə PİR (yükün zədələnməsi, yaxud itirilməsi barədə Akt) doldurmalısınız. Əks halda, yükün axtarışı və dəyən zərərin ödənilməsi problemə çevrilə bilər.
Yük
Yadda saxlayın ki, yükünüzü özünüz daşımalısınız. Onu tanımadığınız adamlara etibar etməyin.
Yol verilən yük çəkisi: 20 kq.
Geyim
Azərbaycanda hava dəyişkəndir. Şimalda və dağlıq ərazilərdə, xüsusilə gecələr, sərin ola bilər, buna görə də, özünüzlə isti geyim götürün. Ölkənin cənubunda yayda istidir. Yağışdan qorunmaq üçün xüsusi geyim ilin istənilən vaxtı lazımdır. Həmçinin, kilsə və məscidləri ziyarət etmək üçün baş yaylığı gərəklidir.
Ayaqqabı
Mümkün qədər rahat ayaqqabının olması arzu ediləndir. Daşlıq ərazilərdə gəzmək üçün yanınızda mütləq ked olmalıdır.
Avadanlıq
Günəş əleyhinə papaq, günəşdən qorunmaq üçün krem və gün eynəkləri.
Şərhlər
Xahiş olunur nəzərə alasınız ki, turizm infrastrukturu hələlik inkişaf mərhələsindədir və ehtiyac olarsa, proqram dəyişdirilə bilər. Qidalanma, hədiyyələr və şəxsi tələbat mallarını və xidmətlərini (məsələn, turun qiymətinə daxil edilməyən camaşır xidmətləri və s.) əldə etmək üçün sizin əlavə pula ehtiyacınız olacaq. Təxmini məsrəf gündəlik adambaşına 30 USD təşkil edəcək. Yerli yeməklər baha deyil. Yemək üçün milli mətbəxi olan restoranları və o qədər də böyük olmayan kafeləri seçə bilərsiniz. Bir nəfərlik menyunun təxmini qiyməti 10 USD-dir.