Inar Travel

Amerikansayağı tətil

Əhali 321331064 nəfər

Sahə 9826675 km2

Rəsmi dil ingilis

Turun qiyməti 1600

Amerikansayağı tətil Təbiətin möcüzələrindən biri - Niaqara şəlaləsinə ekskursiya (sənədlər tələb olunmur). Niaqara şəlaləsinin Amerika daxilində olan hissəsi. Niaqara şəlaləsi, seyr qülləsi və meydançaları. Şəlalələr altında, Niaqara çayı ilə kruiz (istəyə görə). Niaqara axşamları, möhtəşəm çilçıraqlar və işıqlandırma.

Çikaqo
Nyu-York
Vaşinqton

1-ci gün. Nyu-Yorka gəlib çatma. Oteldə yerləşmə. Asudə vaxt. Nyu-Yorkda gecələmə.

2-ci gün. Çikaqoya səyahətin başlanması. Nyu-Yorkdan Eri gölünün sahilinə transfer. Ohayo ştatı, Klivlend şəhəri. Şəhərlə tanışlıq. Gecələmə.

3-cü gün. İllinoys ştatına transfer. Miçiqan gölünün sahilində yerləşən Amerikanın ən məşhur və cazibədar şəhərlərindən biri olan Çikaqoya gəlib çatma. Oteldə yerləşmə. Şəhərlə tanışlıq. Axşam ekskursiyası. Dauntaun (şəhər mərkəzi).

4-cü gün. Çikaqoyla tanışlığın davamı. Parklar, meydanlar, abidələr, Bahay məbədi, İncəsənət İnstitutu, Mükəmməl mil, Polşa dəhlizi və digər görməli yerlərə baş çəkməklə şəhər turu. Amerikanın ən hündür göydələni – Sears Tower. Miçiqan gölünə kruiz.

5-ci gün. Viskonsin ştatı, Miluoki şəhərinə keçid. Şəhər üzrə ekskursiya. Qayalar üzərində əyləncə şəhərciyi – “House on the Rock”-a səyahət. Çikaqoya geri dönüş.

6-cı gün. Detroyta keçid. Şəhərlə tanışlıq. Unikal Henri Ford Muzeyi (bilet pulu girişdə ödənilir). Oteldə gecələmə.

7-ci gün. Detroytu tərk edirik. Yolboyu dayanacaqlar. Axşamtərəfi Nyu-Yorka qayıdırıq.

8-ci gün. Nyu-York. Şəhərin əsas görməli yerlərinə avtobusla şəhər turu: Dauntaun (şəhər mərkəzi), Batteri Park, “Wall-Street”, “Ground – 0”, körpü mənzərəsi,  BMT, Rokfeller Mərkəzi, 5-ci avenyu,  Brodvey,  Linkoln Mərkəzi, Metropolitan Muzeyi və başqa yerlər. Ekskursiya 6-7 saat davam edəcək. Nyu-Yorkda gecələmə.

9-cu gün. Təbiətin möcüzələrindən biri – Niaqara şəlaləsinə ekskursiya (sənədlər tələb olunmur). Niaqara şəlaləsinin Amerika daxilində olan hissəsi. Niaqara şəlaləsi, seyr qülləsi və meydançaları. Şəlalələr altında, Niaqara çayı ilə kruiz (istəyə görə). Niaqara axşamları, möhtəşəm çilçıraqlar və işıqlandırma. Gəzinti. Niaqara-Folls-da gecələmə.

10-cu gün. Niaqara şəlaləsi. Füsünkar şəlalə və çay mənzərəsi ilə “Goat Island”, “3 sisters” adaları, Niaqaranın valehedici gözəllikləri – çay, qayalar, aşırımlar və Niaqara şəlaləsinin özü. Yolboyu mənzərəli yerlərdan keçərək, Nyu-Yorka geri dönüş: düzənlik və dağlıq ərazilər, çaylar, göllər. Nyu-Yorkda gecələmə.

11-ci gün. ABŞ-ın paytaxtı Vaşinqtona transfer. Yolboyu bələdçinin müşayiəti ilə ətraflı məlumat. Memorial və Kennedi adına ifaçılar dərnəyinə baş çəkməklə axşam ekskursiyası da əsas proqrama daxil edilmişdir. Vaşinqtonda gecələmə.

12-ci gün. Vaşinqton. Arlinqston memorial məzarlığı. Aeronavtika və Kosmonavtika Muzeyi, Milli Rəsm Qalereyası və digər görməli yerlərə baş çəkmə. Nyu-Yorka geri dönüş.

13-cü gün. Turun sonu. Aeroporta transfer*. Uçuş.

Turun başlama tarixi (2014):
Yanvar: 12 15 17
Fevral: 9 12 14

Mart: 2 5 7 20 21 22 23 24
Aprel:  9 10 11 12 13 14 20 23 25 27 30
May:  2 7 8 9 10 11 12 18 21 23
İyun: 1 4 6 11 12 13 14 15 16 22 25 26 27 28 29 30
İyul: 6 9 11 13 16 18 23 24 25 26 27 28 30 31
Avqust:  1 2 3 4 10 13 15 17 20 22 24 27 29 31
Sentyabr: 3 5 11 12 13 14 15 21 24 26 28
Oktyabr: 1 3 5 8 10 15 16 17 18 19 20 26 29 31
Noyabr: 5 6 7 8 9 10 22 23 24 25 26
Dekabr: 7 10 12 20 24 25 26 28 29

Proqramın qiyməti – aviauçuş və viza rüsumu xaric adambaşı 1600 AZN.