1-ci gün
Malaqa və ya Madridə çatma. Vağzala transfer. Sevilyaya yola düşmə. Oteldə yerləşmə. Asudə vaxt. Gecələmə.
2-ci gün
Səhər yeməyi. Əndəlus vilayətinin paytaxtı olan Sevilya şəhərində gəzinti: böyüklüyünə görə dünyanın üçüncü Kafedral kilsəsi* (Xristofor Kolumb məhz burada dəfn olunmuşdur), Santa-Kruz məhəlləsi, Korrida binası, İspaniya və Amerika meydanları. Asudə vaxt. Gecələmə.
3-cü gün
Səhər yeməyi. “Şərab və dəniz” ekskursiyası: məşhur şərab növünün və Əndəlus atlarının vətəni hesab olunan Xeres şəhərinə (Kral Minicilik Məktəbinə baxışla) və Atlantik okeanının sahilində yerləşən Qərbi Avropanın ən qədim şəhəri – Kadisə səfər. Gecələmə.
4-cü gün
Səhər yeməyi. Ərəb xəlifəliyinin keçmiş paytaxtı Kordoba şəhərinə ekskursiya: məşhur məscid-kilsə*, yəhudi məhəlləsi, köhnə şəhərin abidə və küçələri. Malaqaya transfer. Kosta del Sol, Toremmolinos və ya Benalmadendə yerləşən otelə transfer. Oteldə yerləşmə. Şam yeməyi. Gecələmə.