Inar Travel

Argentina – Braziliya

Əhali 42669500 nəfər

Sahə 2780400 km2

Rəsmi dil ispan

Turun qiyməti 2550

Argentina – Braziliya Rusdilli bələdçinin müşayiəti ilə Buenos Ayresdə ekskursiya (şəhər turu). Bu tur Sizə şəhərin və onun sakinlərinin rəngarəng həyatı barədə məlumat verəcək. Siz dünyanın ən geniş küçəsi olan “9 iyul” keçəsində ucalan 67 metrlik abidəni – şəhərin məşhur rəmzini görəcəksiniz. Bununla birlikdə, Plaza de Mayo adlı qeyri-adi parka, həmçinin Müqəddəs Martin və Konqreslər meydanına, Korrientes küçəsinə, Mayo və s. baş çəkəcəksiniz. Şəhərin La Boka, San Telmo və Monserrat adlı qədim rayonlarını və eleqant, nüfuzlu Palermo və Rozeleta rayonlarını gəzəcəksiniz.

Buenos Ayres
Foz de İquasu
Kalafate

1-ci gün: Buenos Ayres

Buenos Ayres hava limanına çatma. Rusdilli bələdçi ilə otelə fərdi transfer.

2-ci gün: Buenos Ayres

Oteldə səhər yeməyi. Rusdilli bələdçinin müşayiəti ilə Buenos Ayresdə ekskursiya (şəhər turu).

Bu tur Sizə şəhərin və onun sakinlərinin rəngarəng həyatı barədə məlumat verəcək. Siz dünyanın ən geniş küçəsi olan “9 iyul” keçəsində ucalan 67 metrlik abidəni – şəhərin məşhur rəmzini görəcəksiniz. Bununla birlikdə, Plaza de Mayo adlı qeyri-adi parka, həmçinin Müqəddəs Martin və Konqreslər meydanına, Korrientes küçəsinə, Mayo və s. baş çəkəcəksiniz. Şəhərin La Boka, San Telmo və Monserrat adlı qədim rayonlarını və eleqant, nüfuzlu Palermo və Rozeleta rayonlarını gəzəcəksiniz. Turun proqramına şəhərin müasir rayonlarına (Puerto Madero) və Lezama və “3 fevral” parklarına gəzinti də daxildir. Günün proqramını şəhərin maliyyə və kommersiya mərkəzinə və stadiona gəzinti tamamlayır. Axşam isə sizi unudulmaz tanqo-şou və şam yeməyi gözləyir (bələdçisiz qrup turu).

3-cü gün: Buenos Ayres / Kalafate

Oteldə səhər yeməyi. Kalafateyə uçuş üçün hava limanına bələdçisiz fərdi transfer. Kalafateyə çatma. Sürücü ilə otelə fərdi transfer.

4-cü gün: Kalafate

Oteldə səhər yeməyi. Perito Moreno buzlağına rusdilli bələdçi ilə qrup şəklində ekskursiya.

Perito Moreno buzlağı 60 metr hündürlüyündə donmuş 100 kilometr uzunluğunda və 4 kilometr enində olan çaydır. hündürlüyü 60 metr. O, tədricən And dağlarının zirvələrindən sürüşür və Argentina gölünə axır. Bütün dünyadan yüz minlərlə turist buraya gəlir ki, bu inanılmaz mənzərənin şahidi olsun. Burada möhkəm gurultu ilə buz laylar dağılır və yavaş-yavaş suyun altına gedirlər. Nəticədə, gölə düşən buz parçaları böyük dalğaların yaranmasına səbəb olur.

5-ci gün: Kalafate — Foz de İquasu

Oteldə səhər yeməyi. İquasuya uçuş üçün hava limanına bələdçisiz fərdi transfer.

Rusdilli bələdçi ilə görüş və seçilmiş otelə transfer.

6-cı gün: Foz de İquasu

Səhər yeməyi. Bələdçinin müşayiəti ilə Argentina şəlalələrinə ekskursiya. Biz Milli parka səyahət edəcəyik və yüksəklikdə yerləşən xüsusi seyr meydançalarından şəlalələrə tamaşa edəcəyik. Çoxtonluq su şırnaqları müxtəlif formalı və hündürlüklü, üzərində al-əlvan göy qurşağı görünən şəlalələr yaradır. Bu heyranedici görüntülər yaddaşınıza həkk olunacaq. “İblis” boğazı adlanan şəlalə xüsusilə möhtəşəmdir. O, dünyanın ən böyük şəlalələrindəndir.

Milli park 55,500 hektar sahəni əhatə edir və nadir və endemik flora və fauna nümunələrinə malikdir.

Növbədə sizi dolğun ekskursiya proqramı gözləyir (rusdilli bələdçi ilə).

Foz de İquasu şəlalələri Braziliya, Argentina və Paraqvayın sərhədində yerləşir — bu, 275 qorxunc yüksəklikdən axan nəhəng su sütunlarıdır. Şəlalələr unikal florası və faunası olan milli parkın ərazisində yerləşir. Bunlar yer təbəqələrinin yerdəyişməsinin və vulkan püskürmələrinin nəticəsində yaranıb. Quarani dilindən şəlalə adlarının tərcüməsi “böyük su” mənasına gəlir. 275 şəlalənin hər birinin öz adı var. Onlar uğultu ilə “İblis boğazı” adlanan dərəyə tökülürlər.

Şəlalədən yüksəkdə İquasu çayının ləng və hətta bir qədər tənbəl axını ilə bu uğuldayan su sütunlarının 72 metr hündürlükdən dərəyə güclü axımı arasında qəribə təzad yaranır. Bu mənzərəni saatlarla seyr etmək və kainatımızın möhtəşəmliyi və əzəmətliliyi barədə düşünmək olar.

7-ci gün: İquasu — Rio de Janeyro

Oteldə səhər yeməyi. Hava limanına rusdilli bələdçi ilə transfer.

Rio de Janeyroya çatma. Hava limanında sizi rusdilli bələdçi gözləyəcək. Otelə transfer.

Günün yerdə qalan hissəsini sizin arzunuza uyğun keçirmək olar. Ola bilsin ki, kimsə şəhərin gur həyatını dərhal görmək istəyəcək, kim isə özü ilə təklikdə qalmaq istəyəcək. Bunun üçün palmaların arasında, okean sahilində münasib yer tapmaq olar.

8-ci gün: Rio de Janeyro

Oteldə səhər yeməyi. Rusdilli bələdçi ilə yarım “Şəkərli Başa” yarımgünlük ekskursiya. İlk dayanacaq Urka dağında olacaq. Burada geniş seyr meydançası var. Həmin meydançada yerləşən restoranda, yaxud barda qəlyanaltı etmək mümkündür. “Şəkərli Baş” dağının özündə isə seyr meydançası nisbətən kiçikdir, lakin buradan Rioya, Kopakabana çimərliyinə, körfəzə, yaxınlıqdakı dağlara, okeandakı adalara, Niteroy körpüsübə, İsa Məsih heykəlinə gözəl mənzərə açılır.

Sonra avtomobillə Siz köhnə Rionun mərkəzi rayonlarına gətirəcək. Burada biz bir neçə qədim kilsəni, monastırı, şəhərin əsas məbədini, həmçinin kolonial üslubda tikilmiş binaları seyr edəcəyik.

9-cu gün: Rio de Janeyro

Səhər yeməyindən sonra biz rusdilli bələdçi ilə şəhərə ekskursiyaya gedirik. Burada bir neçə qədim kilsəni, monastırı, şəhərin əsas məbədini, həmçinin kolonial üslubda tikilmiş binaları seyr edəcəksiniz. Stansiyaya çatdıqda, sizi üstü açıq, ekoloji cəhətdən təhlükəsiz parovoz gözləyəcək. O, cəngəlliklərin içərisi ilə Korkovado təpəsinin zirvəsinə yollanır. Dəmiryolunun hər iki tərəfində ecazkar Tijuka meşəsinin möhtəşəm mənzərələri görünür. Burada meymunlar və digər ekzotik heyvanlar yaşayır. Dəniz səviyyəsindən 700 metr hündürlükdə Korkovado təpəsinin zirvəsində Rionun simvolu — İsa Məsihin abidəsi ucalır. 38 metrlik bu abidə 1931-ci ildə tikilmişdir. Korkovadonun zirvəsindən meqapolisə və onun kənarında yerləşən yaşayış məntəqələrinə — Niteroy körpüsünə, Quanabara körfəzinə, nəbatat bağına, dünyanın ən böyük stadionu olan Marakanaya, “Şəkərli Başa” və d. nəfəs kəsən mənzərə açılır.

10-cu gün: Rio de Janeyro

Oteldə səhər yeməyi. Rio-de-Janeyro hava limanına beynəlxalq uçuş üçün bələdçisiz transfer.

Proqramın qiyməti — adambaşı 2550 AZN-dir.

Beynəlxalq və yerli uçuşlar əlavə ödənilir.