Inar Travel

Avstriya

Əhali 8602112 nəfər

Sahə 83879 km2

Rəsmi dil Alman

Turun qiyməti 750

Avstriya Şönbrun sarayı, möhtəşəm binalarla əhatə olunmuş Rinqştrass, Hofburq(imperatorun qış iqamətgahı), Parlament, Burqteatr, Universitet kimi görməli yerlərə baş çəkərək avtobusla Vyana turu. Siz məşhur avstriyalı rəssam Hundertvasserin yaradıcılığı ilə tanış olacaq, həmçinin Habsburqların yay iqamətgahı olan Şönbrun sarayını da ziyarət edəcəksiniz. Vyananın qədim küçələri - Kaertnerstrasse və Graben (məşhur ticarət küçələri) ilə hərəkət edərək siz şəhərin tarixi mərkəzləri ilə(Albertina Platz 1-dən başlayaraq) tanış olacaqsınız.

Habsburqların yay iqamətgahı olan Şönbrun sarayı
Klosternoyburq qala-monastırı
Zalsburq

1-ci gün (Şənbə)

Vyanaya gəlib çatma. Otelə transfer və yerləşmə.

2-ci gün (Bazar)

8:30 Şönbrun sarayı, möhtəşəm binalarla əhatə olunmuş Rinqştrass, Hofburq(imperatorun qış iqamətgahı), Parlament, Burqteatr, Universitet kimi görməli yerlərə baş çəkərək avtobusla Vyana turu. Siz məşhur avstriyalı rəssam Hundertvasserin yaradıcılığı ilə tanış olacaq, həmçinin Habsburqların yay iqamətgahı olan Şönbrun sarayını da ziyarət edəcəksiniz.

13:00 Vyananın qədim küçələri – Kaertnerstrasse və Graben (məşhur ticarət küçələri) ilə hərəkət edərək siz şəhərin tarixi mərkəzləri ilə(Albertina Platz 1-dən başlayaraq) tanış olacaqsınız. Vyananın ən eleqant və dəbdəbəli küçələri, Mərkəzi Avropada ən gözəl kilsələrdən biri olan – möhtəşəm Müqəddəs Stefan kilsəsi, Taun sütunu, roman dövrünün qalıqları, Habsburqlar sülaləsinin qış iqamətgahı – Hofburq sarayı ilə tanışlıq sizi heyrətləndirəcək. Bundan əlavə, Vyananın opera binasında ekskursiya (Operanın bağlı olduğu günlərdə ekskursiya Müqəddəs Stefan kilsəsində keçirilir). (Hər iki ekskursiya üzrə qiymət 35 avrodur, giriş biletləri daxildir).

3-cü gün (Bazar ertəsi)

8:00 “Avstriya Eskorialı” adlı əlavə ekskursiya (istəyə bağlıdır, ödənişlidir)
Avstriyanın heyranedici şəhərlərindən biri olan Klosternoyburqa səyahət. Klosternoyburq qala-monastırına ziyarət. Ekskursiyanın davamı olaraq, Avstriyanın monastır şərabı istehsalında 900 illik bir tarixi olan, yüksək keyfiyyətli şərab istehsal edən monastırına baş çəkmək çox xoş olacaq. Siz 3 növ şərabın dadına baxa bilərsiniz (ekskursiyanın qiymətinə daxildir). Ekskursiyanın müddəti 4 saat təşkil edir (qiymət: 65 avro – böyüklər üçün, 55 avro – uşaqlar üçün).

12:30 Vyanada yeni istifadəyə verilmiş, fərqli Svarovski ticarət mərkəzində rusdilli bələdçi ilə Svarovski konseptual dünyasına baxış və suvenir alış-verişi (alınan malın üzərində kiçik bir suvenir veriləcək).

14:00 Əlavə olaraq, Vyana ətrafında “Vyana meşələri” turu, Heiligenkroyts monastırına ziyarət, regionun ən yaxşı şərab təsərrüfatlarından birində şərab dequstasiyası, Lixtenşteyn qəsrinə baxış(girişsiz), Baden-Baden kurort şəhərciyinə ekskursiya.
Ekskursiyanın müddəti 4 saat təşkil edir (qiymət: 65 avro – böyüklər üçün, 55 avro – uşaqlar üçün).

20:00 Kursalona ziyarət. Əlavə olaraq biz Ştraus və Mozartın məşhur əsərlərinin səsləndirildiyi konsertə A kateqoriyalı bilet də təklif edirik. İçkisiz 3 nəfərlik şam yeməyi də daxil olmaqla qiymət – 92 avrodur.

4-cü gün (Çərşənbə axşamı)

8:00 Ştiriya qəsrinə ekskursiya. Siz intibah dövrünə aid olan Herberşteyn qalasına (XIII əsrdən 1667-ci ilə qədər inşa olunub), “Florensiya sarayı”, cəngavərlər zalı, ailə portretləri zalı və silah otağına baş çəkə biləcəksiniz. Ştubenberq və Şillyayten qəsrlərinə kənardan tamaşa edə bilərsiniz. Ekskursiya məşhur almalı yolda davam edəcək və siz qədim ənənələri olan şnaps təsərrüfatına baş çəkərək, oranın məhsullarından dada biləcəksiniz. Avstriyanın ikinci ən böyük şəhəri – Ştiriyanın paytaxtı Qras şəhəri üzrə ekskursiya. Herberşteynə giriş bileti 1 nəfər üçün 15 avro olmaqla qonaqlar tərəfindən yerindəcə ödənilir. Ekskursiya 1 gün üçün nəzərdə tutulub (qiymət: 95 avro – böyüklər üçün; 90 avro – uşaqlar üçün).

5-ci gün (Çərşənbə)

8:00 Zalsburqa keçid. Burada piyada ekskursiya keçiriləcək və sizə Baş Kilsə, Festival Zalı, Müqəddəs Pyotr kilsəsi və s. kimi şəhərin bir çox görməli yerləri göstəriləcək. Siz həmçinin Mirabel bağında gəzə, sərbəst şəkildə funikulyor vasitəsilə Xoenzalsburq qalasına qalxa və şəhərin heyrətamiz mənzərəsini seyr edə bilərsiniz. Piyada ekskursiyanın müddəti 2 saatdır. Oteldə yerləşmə.

6-cı gün (Cümə axşamı)

9:00 Münhenə əlavə ekskursiya. Zalsburqdan çıxış, avtobusla Münhenə keçid (elektrik qatarında 6 nəfərə qədər, səyahət vaxtı 1 s. 30 d.). Münhendə bələdçi ilə görüş, avtobusla və ya piyada şəhər turu. Elektrik qatarı ilə sərbəst şəkildə Zalsburqa geri qayıtma (qatara bilet qiymətə daxildir, səyahət vaxtı 2 saatdan azdır; qiymət: 110 avro – böyüklər üçün; 90 avro – uşaqlar üçün).

7-ci gün (Cümə)

Zalsburqda asudə vaxt. İstədiyiniz vaxt sərbəst şəkildə elektrik qatarı ilə Vyanaya qayıda bilərsiniz. Qatarlar 1 saatdan az intervalla hərəkət edirlər, səyahət vaxtı 2 s. 45 d., sonuncu qatar 21:00-da yola düşür.

19:30 Əlavə olaraq «Vyana gecələri» turu. Qədim keltlərin məskunlaşdığı Leopoldsberq adlanan yerlərə baş çəkməklə Vyana axşamlarında qısa avtobus turu (dağlar Babenberqlər sülaləsinin ilk nümayəndəsi qraf Leopoldun şərəfinə belə adlandırılmışdır). Leopoldsberqdə Vyana və onun ətrafına füsunkar bir mənzərə açılır. Qrinsinq qədim şərabhazırlama rayonunda baş çəkmə. Vyana tavernalarının birində şam yeməyi (ekskursiyanın qiymətinə 1 qədəh şərab və ya uşaqlar üçün meyvə şirəsi, qəlyanaltı, isti yemək, desert daxildir), Gecə Vyanada qısa ekskursiya, otelə gəlib çatma (qiymət – 65 avro).

8-ci gün (Şənbə)

Asudə vaxt. Vyana hava limanına transfer.

Proqramın qiyməti – ikinəfərlik yerləşmə ilə adambaşı 750 AZN təşkil edir.

Qiymətə daxildir:
*aeroport – otel – aeroport marşrutu üzrə qrupla transfer
*Vyana və Zalsburq otellərində yerləşmə
*giriş biletləri daxil olmaqla, avtobusla Vyana turu
*”Svarovski konseptual dünyası” ticarət mərkəzinə ekskursiya
*Zalsburq üzrə piyada ekskursiya
*Zalsburq-Vyana qatarına bilet
*tibbi sığorta

Qiymətə daxil deyil:
*aviabilet
*viza