Inar Travel

Avstriya-Macarıstan: keçmişə baş vuraq

Əhali 8602112 nəfər

Sahə 83879 km2

Rəsmi dil alman, macar

Turun qiyməti 750

Avstriya-Macarıstan: keçmişə baş vuraq Şönbrunn sarayına ziyarət daxil olmaqla Vyana üzrə avtobusla təsviri ekskursiya. Burada siz şəhərin həm tarixi, həm də müasir rayonlarını görəcəksiniz. Görəcəyiniz yerlər siyahısına Rinqştrassenin möhtəşəm binaları, Hofburq sarayı (imperatorun qış iqamətgahı), Parlament Binası, Burqteatr və Universitet binası daxildir. Bundan əlavə, siz Avstriyanın məşhur rəssamı Hundertvasserin yaradıcılığı ilə tanış olub, Qabsburqların yay iqamətgahı olan Şönbrunn Sarayını ziyarət edəcəksiniz.

Qabsburqların yay iqamətgahı olan Şönbrunn Sarayı
Klosternoyburq qala-monastırı
Xoenzalsburq qalası
Budapeşt

1-ci gün (Şənbə)

Vyanaya çatma. Otelə transfer və yerləşmə

2-ci gün (Bazar günü)

8:30. Şönbrunn sarayına ziyarət daxil olmaqla Vyana üzrə avtobusla təsviri ekskursiya. Burada siz şəhərin həm tarixi, həm də müasir rayonlarını görəcəksiniz. Görəcəyiniz yerlər siyahısına Rinqştrassenin möhtəşəm binaları, Hofburq sarayı (imperatorun qış iqamətgahı), Parlament Binası, Burqteatr və Universitet binası daxildir. Bundan əlavə, siz Avstriyanın məşhur rəssamı Hundertvasserin yaradıcılığı ilə tanış olub, Qabsburqların yay iqamətgahı olan Şönbrunn Sarayını ziyarət edəcəksiniz.

13:00 Vyananın tarixi mərkəzində qədim küçələrdən başlayaraq əlavə piyada ekskursiya (ekskursiya Albertina Platz 1-də başlayır). Burada siz Kaertnerştrasse və Qraben kimi məşhur ticarət küçələrindən keçib, Vyananın ən möhtəşəm və əsrarəngiz küçələrini görmək imkanını qazanacaqsınız. Siz Avropanın misilsiz kilsələrindən biri olan Müqəddəs Ştefan kilsəsini, Taun sütununu, Roma dövrünün xarabalıqlarını və Hofburq sarayını görəcəksiniz. Gəzintiyə əlavə olaraq, siz Vyana Operasını da ziyarət edəcəksiniz (opera bağlı olan günlərdə ekskursiya Müqəddəs Ştefan kilsəsində keçirilir. Ekskursiyanın qiyməti 35 Avro).

3-cü gün (Bazar ertəsi)

8:00 “Avstriya Eskorialı” adlı əlavə ekskursiya. Avstriyanın heyranedici şəhərlərindən biri olan Klosternoyburqa səyahət. Klosternoyburq qala-monastırına ziyarət. Ekskursiyanın davamı olaraq, Avstriyanın monastır şərabı istehsalında 900 illik bir tarixi olan, yüksək keyfiyyətli şərab istehsal edən monastırına baş çəkmək çox xoş olacaq. Siz 3 növ şərabın dadına baxa bilərsiniz (ekskursiyanın qiymətinə daxildir). Ekskursiyanın müddəti 4 saat təşkil edir (qiymət: 65 avro – böyüklər üçün, 55 avro – uşaqlar üçün).

12:30 Vyanada yeni istifadəyə verilmiş, fərqli Svarovski ticarət mərkəzində rusdilli bələdçi ilə Svarovski konseptual dünyasına baxış və suvenir alış-verişi (alınan malın üzərində kiçik bir suvenir veriləcək).

14:00 Əlavə olaraq, Vyana ətrafında “Vyana meşələri” turu, Heiligenkroyts monastırına ziyarət, regionun ən yaxşı şərab təsərrüfatlarından birində şərab dequstasiyası, Lixtenşteyn qəsrinə baxış (girişsiz), Baden-Baden kurort şəhərciyinə ekskursiya. Ekskursiyanın müddəti 4 saat təşkil edir (qiymət: 65 avro – böyüklər üçün, 55 avro – uşaqlar üçün).

20:00 Kursalona ziyarət. Əlavə olaraq, biz Ştraus və Mozartın məşhur əsərlərinin səsləndirildiyi konsertə A kateqoriyalı bilet də təklif edirik. İçkisiz 3 nəfərlik şam yeməyi də daxil olmaqla qiymət – 92 avrodur.

4-cü gün (Çərşənbə axşamı)

8:00 Ştiriya qəsrinə ekskursiya. Siz intibah dövrünə aid olan Herberşteyn qalasına (XIII əsrdən 1667-ci ilə qədər inşa olunub), “Florensiya sarayı”, cəngavərlər zalı, ailə portretləri zalı və silah otağına baş çəkə biləcəksiniz. Ştubenberq və Şillyayten qəsrlərinə kənardan tamaşa edə bilərsiniz. Ekskursiya məşhur almalı yolda davam edəcək və siz qədim ənənələri olan şnaps təsərrüfatına baş çəkərək, oranın məhsullarından dada biləcəksiniz. Avstriyanın ikinci ən böyük şəhəri – Ştiriyanın paytaxtı Qras şəhəri üzrə ekskursiya. Burada siz Şlossberq qəsrinin xarabalıqlarını,Domkirxe kilsəsini və 1712-ci ildən ürəyi şəhər üçün döyünən möhtəşəm Saat Qülləsini görəcəksiniz. Herberşteynə giriş bileti 1 nəfər üçün 15 avro olmaqla qonaqlar tərəfindən yerindəcə ödənilir. Ekskursiya 1 gün üçün nəzərdə tutulub (qiymət: 95 avro – böyüklər üçün; 90 avro – uşaqlar üçün).

5-ci gün (Çərşənbə)

8:00 Zalsburqa əlavə ekskursiya: Baş Kilsə, Festival Zalı, Müqəddəs Pyotr kilsəsi və s. kimi şəhərin bir çox görməli yerləri göstəriləcək. Siz həmçinin Mirabel bağında gəzə, sərbəst şəkildə funikulyor vasitəsilə Xoenzalsburq qalasına qalxa və şəhərin heyrətamiz mənzərəsini seyr edə bilərsiniz. Piyada ekskursiyanın müddəti 2 saatdır. 16:45-dək Zalsburqda asudə vaxt. Axşam Vyanaya geri dönüş (qiymət: 130 avro – böyüklər üçün; 90 avro – uşaqlar üçün).

6-ci gün (Cümə axşamı)

07:00 Budapeştə transfer. Bələdçi ilə görüş. Şəhərdə həm avtobus, həm də piyada gəzintilər (3,5 saat). Burada sizi Avstriya-Macarıstan imperiyasının tarixi haqqında ümumi məlumatlandırma, termal hamamlar, Buda qalası, Avropanın ən möhtəşəm Parlamenti və orijinal macar mətbəxi gözləyir. Oteldə yerləşmə.

7-ci gün (Cümə)

Eger-Lillafüred-Mişkoltstapotsa əlavə ekskursiyası. Lillafüred Xamori gölünün sahilində yerləşən Macarıstanın ən gözəl kurortlarında biridir. “Palota” qəsr-oteli bu yerin romantik abu-havasını daha da gücləndirir. Quşların nəğmələri və möhtəşəm mənzərələr sizi təbiətlə harmoniya və rahatlıq atmosferinə qərq edəcəkdir. Avropanın yeganə mağara hamamı Mişkoltstapotsa – şəlalələr, hidromassaj qurğuları və müxtəlif su attraksionları ilə təchiz olunmuş stalaktit zallar ilə yer səthinə çıxan yeraltı termal göldür. Termal mağara möcüzəvi təbiət parkı və göl ilə əhatəyə olunur. Orada çimmək üçün mütləq özünüzlə lazımi əşyaları gətirməlisiniz! Eger – termal bulaqlar (balneoloji kurort), qəsrlər və qədimi binaları (o cümlədən ən şimal türk minarəsi) və məşhur “Öküz qanı” adlı macar şərabının istehsalı ilə tanınan kurort şəhəridir. Nahar və Eger şərablarının dequstasiyası ilə bərabər məşhur Gözəllər Vadisinə ziyarət.

Diqqət! Mağara hamamlarında illik profilaktik işlər zamanı hamamlara Egersalok kurortunda baş çəkə bilərsiniz. Qiymət daxildir: giriş biletləri, şərab dequstasiyası, nahar (60 avro – böyüklər üçün; 60 avro – uşaqlar üçün).

8-ci gün (Şənbə)

Saat 6:00-da Vyananın hava limanına və ya Budapeştin hava limanına transfer.

Proqramın qiyməti – ikinəfərlik yerləşmə ilə adambaşına 750 AZN təşkil edir.

Qiymətə daxildir:

-Qrupla hava limanı-otel-hava limanı transferləri
-Vyana və Budapeşt otellərində yerləşmə
-Vyanada Şönbrunnn qəsrinin ziyarəti daxil şəhər avtobus turu
-“Svarovski konseptual dünyası” ticarət mərkəzinə ekskursiya
-Budapeştdə həm avtobusla, həm də piyada ekskursiyalar
-Tibbi sığorta

Qiymətə daxil deyil:

-Aviabilet və viza rüsumu