Gün 1. Şənbə
Frankfurt-Mayn aeroportunda görüş. Baden-Badenin hotellərinin birinə transfer (maşın ilə).
Gün 2. Bazar günü
10:00 – 12:00 – şəhərdə piyada ekskursiya. Karakalla və Fridrixsbad termallarına keçid qaydalarının izahı. İçməli termal bulağa baş çəkmə (turun qiymətinə daxildir).
Gün 3. Bazar ertəsi
Strasburqa əlavə bir günlük ekskursiya, balıq restoranında nahar (nahar turun qiymətinə daxil deyil). Əlavə olaraq, seçilmiş istiqamətlər üzrə məsləhətlər almaq üçün kosmetik və tibbi müəssisələrə baş çəkmələr.
Gün 4. Çərşənbə axşamı
Elzasın şərab anbarlarına baş çəkmə ilə Kolmara əlavə ekskursiya. İçkilər turun qiymətin daxil deyil.
Gün 5. Çərşənbə
Şvartsvalda əlavə ekskursiya: Frayburq, Titizee gölü.
Gün 6. Cümə axşamı
Əlavə olaraq, Mettsingen şəhərinə səfər. Alış-veriş (Mettsingen şəhərində dünyaca məşhur olan geyim brendlərinin mağazaları yerləşir: Hugo Boss, Escada, Bally, Joop!, Depot və s.).
Gün 7. Cümə
Əlavə olaraq, Avropa-Parka baş çəkmə (tematik əyləncə parkı).
Əlavə olaraq, İsveçrənin Bazel şəhərinə ekskursiya.
Gün 8. Şənbə
Frankfurt-Mayn hava limanına transfer.
Turun qiyməti adambaşı 1250 AZN-dir (ikinəfərlik yerləşmə ilə).
Qiymətə daxildir:
Seçilmiş kateqoriyalı hotellərdə yerləşmə (səhər yeməyi daxil);
Transferlər: Frankfurt-Mayn hava limanı – Baden-Badendə hotel və əksinə
Baden-Badendə piyada ekskursiya və içməli termal bulağa baş çəkmə
Tibbi sığorta
Qiymətə daxil deyil: aviabilet, viza rüsumu