Inar Travel

Barbados – Karib mirvarisi

Əhali 277821 nəfər

Sahə 439 km2

Rəsmi dil ingilis

Turun qiyməti 1500

Barbados – Karib mirvarisi Barbadosda dəniz suları ilıq və akvamarin rəngində, qüsursuz çimərliklər isə qərbdə qızılı rəngli qumla və cənubda ağ rəngli qumla örtülüdür. Adanın şərq sahili vindserfinq sevənlərinin xəyalıdır. Bütün il boyu adadakı iqlim sakit və mülayimdir. Burada tətil tamamilə təhlükəsizdir – bura, əhalinin həyat səviyyəsinin yüksək olduğu, adanın iqtisadi cəhətdən ən əlverişli bölgələrindən biridir.

Barbados
Barbados

Barbadosda dəniz suları ilıq və akvamarin rəngində, qüsursuz çimərliklər isə qərbdə qızılı rəngli qumla və cənubda ağ rəngli qumla örtülüdür. Adanın şərq sahili vindserfinq sevənlərinin xəyalıdır. Bütün il boyu adadakı iqlim sakit və mülayimdir. Burada tətil tamamilə təhlükəsizdir – bura, əhalinin həyat səviyyəsinin yüksək olduğu, adanın iqtisadi cəhətdən ən əlverişli bölgələrindən biridir.

Aprelin ortalarından adanın otellərində aşağı mövsüm başlayır. Bunun havanın gözlənilməz dəyişiklikləriylə minimal əlaqəsi vardır. Amma eyni zamanda aşağı mövsüm çox xoş üstünlüklər verir! Dəqiq desək – aşağı qiymətlər!

Barbados tələbkar müştərilər üçün möhtəşəm kurortdur. Otelin gecə klubunda, yaxud əyləncə gecəsində dünya kino, şou biznes və idman ulduzlarına rast gəlmək olar. Bura romantik səyahət və toy mərasimlərinin keçirilməsi üçün ideal məkandır. Ada dalğıclar tərəfindən sahilə olduqca yaxınlaşan inanılmaz gözəlliyə malik rifə görə layiqincə qiymətləndirilmişdir.

Adanın balaca şəhərcikləri müstəmləkə dövrünün çalarlarını qorumuş və cazibədarlıqla doludur. Burada müxtəlif dövrlərin hökmdarlarının iqamətgahlarını və qədim istehkamları görmək mümkündür. Adanın ekzotik təbiəti valeh edir; qoruq və bağçalarda tropik bitki və çiçəklər toplanılmışdır.

Amarilis Beach Resort 4* oteldə bir həftəlik qalma qiyməti – 755 AZN-dən, 10 gecəlik (11 günlük) – 1000 AZN; TurtleBeach 4* oteldə “hər şey daxil” sistemi üzrə qalma isə 1500 AZN təşkil edir.

Əlavə olaraq yalnız aviauçuş ödənilir.