1-ci gün
Barselonaya gəlib çatma. Hava limanında qarşılama, transfer xidməti və otelə yerləşdirmə. Asudə vaxt. Gəzinti: e.ə. I əsrdə artıq tarixi yazılmış, şəhərin ən qədim rayonu olan Qotik kvartalı və Rambla küçəsi: saraylar, modern kafelər, Opera teatrı, Bokkeriya mərkəzi bazarı. Katalon üslublu açıq səma altında “İspan kəndi” muzeyində şam yeməyi və işıqlı-musiqili Möcüzəli Fəvvarə şousu.
2-ci gün
Səhər yeməyi. Kataloniya və İspaniya meydanlarına, Montjuik dağına, Kolumb heykəlinə, Portaya, “Sagrada Familia” kilsəsinə, Qrasiya meydanına, Güel parkına, Eşampl rayonuna ekskursiya. Asudə vaxt.
3-cü gün
Səhər yeməyi. Kataloniyanın dağ qoruqlarından ən gözəli və dəniz səviyyəsindən 700 metr hündürlükdə yerləşən Benedikt monastrında Kataloniyanın himayəçisi “Qara Madonna”nın heykəlinin saxlanıldığı Montserrat dağına ekskursiya. Otelə geri dönmə. Asudə vaxt.
4-cü gün
Səhər yeməyi. Doğma şəhəri Fiqerası İspaniyanın ən çox ziyarət edilən bölgələrindən birinə çevirən görkəmli mistifikator, sürrealist-rəssam Salvador Dalinin teatr muzeyinə ekskursiya. Kataloniyada ən böyük Kafedral kilsəsinin yerləşdiyi şəhər və yaxşı qorunub saxlanılan yəhudi kvartalı – Jeron şəhərində dayanacaq. Asudə vaxt. Vağzala transfer xidməti. Axşam ABE sürət qatarı ilə Madridə yola düşmə (turizm-klass biletləri). Madridə gəlib çatma. Transfer və oteldə yerləşmə.
5-ci gün
Səhər yeməyi. Madridin görməli yerlərinə ekskursiya: Prado, Kostelyano və Rekoleta bulvarları, Retiro parkı, Debot, San Françisko Qrande türbəsi, Opera, Atoça stansiyası, Şah sarayı. Prado muzeyi ilə tanış olmaq üçün vaxt. Qədim şəhər – Moreriya rayonu, Puerta del Sol, Mayor və Da la Vilya meydanı, San İsidra kilsəsinə piyada gəzinti və şam yeməyi ilə ən yaxşı flamenko tamaşalarından birinə baəş çəkmə.
6-cı gün
Səhər yeməyi. İspan krallarının sarayı-Eskorial saray-monastırına və Vətəndaş müharibəsi zamanı həlak olmuş döyüşçülərin xatirəsinə ucaldılmış əzəmətli kompleks və General Frankonun dəfn olunduğu Şəhidlər Vadisinə ekskursiya. Asudə vaxt
7-ci gün
Səhər yeməyi. Toledosda Kafedral kilsəsini, San Tome kilsəsini, Santa Mariya Blank sinaqoqunu, qədim mərkəzin ən gözəl guşələrini gəzərək ekskursiya. Yerli sənət nümunələri ilə tanışlıq. Madridə döndükdə asudə vaxt. Axşam.
Barselonaya qayıdanlar üçün – axşam qatarı ilə transfer (70 avro).
8-ci gün
Səhər yeməyi. Hava limanına transfer xidməti. Turun sonu.
Turun qiyməti – adambaşı 1220 AZN-dən başlayaraq.
Qiymətə daxildir:
*Oteldə yerləşmə (səhər yeməyi daxil)
* 2 şam yeməyi və ya nahar
* 6 nəfərə qədər qrupda rus dilində ekskursiya
*Barselona-Madrid-Barselona sürət qatarı
*Transfer xidmətləri, muzeylərə və flamenkoya biletlər
*tibbi sığorta
Qiymətə daxil deyil:
*Aviauçuş
*Viza
DİQQƏT: İNDİVİDUAL XİDMƏTƏ GÖRƏ HAQQ- 250 AZN. Qatarın aviareyslə əvəz olunması -100 AZN