Inar Travel

Belfast

Əhali 4609600 nəfər

Sahə 70273 km2

Rəsmi dil irland, ingilis

Turun qiyməti xxx

Belfast Ümumiliktə Belfast (Şimali İrlandiyanın paytaxtı) – yalnız XIX əsrdə formalaşmış böyük sənaye şəhəridir. Şəhər sənayeli dünənə, sakit və qonaqpərvər bu günə sahibdir. Belfast çoxda böyük olmasa da, şəhərdə hərəkət etmə nöqteyi-nəzərindən çox rahat və maraqlı şəhərdir.

Belfast
Belfast

Belfasta necə getməli

Belfast beynəlxalq hava limanı Şimali Amerika, kontinental Avropa və Böyük Britaniyanın iri şəhərlərindən reyslər qəbul edir. Hava limanı şəhərin mərkəzindən şimal-qərbdə, 20 km məsafədə yerləşir. Daha bir uçuş xətti – Belfastdan 6 km aralıqda yerləşən Corc Best Belfast Hava Limanı – İrlandiya (Kork və Qoluey) və Böyük Britaniyadan təyyarələri qəbul edir.

Avtobusla

Belfastda iki avtovağzal mövcuddur: baş avtovağzal Avropanın (“Europe Bus Centre”) adını daşıyır və şəhərin mərkəzində, Avropa otelinin, “Great Victoria” dəmir yolu stansiyasının yaxınlığında yerləşir. Buradan avtobuslar Londonderri, Dublin və həmçinin Şimali İrlandiyanın qərb və cənubuna yollanır. İkinci stansiya, “Laganside BusCentre” çay yaxınlığında, Oksford küçəsində yerləşir. Buradan Kauntri-Entrim, Kaunti-Daundan şərqə və Kukstauna bütün reyslər həyata keçirilir. Hər bir stansiyada regional cədvəl əldə edə biləcəyiniz məlumat ofisi (azar ertəsi – cümə 7:45-18:30, şənbə 08:30-18:00) mövcuddur.

“National Express” şirkəti Damfris, Karlayl, Preston, Mançester və Birmingem vasitəsi ilə Belfast və London arası gündəlik reyslər təşkil edir (35 funtdan başlayan qiymətlərlə, 14 saatlıq yol, bərədə gediş haqqı daxildir).

Qatarla

Dublin və Şimali İrlandiyanın bütün istiqamətlərində irəliləyən qatar mərkəzdən şərqdə yerləşən Belfastın baş avtovağzalı “East Bridge” stansiyasından yola çıxır. Portadaub, Lisburn, Lern-Harbor və Derriyə qatar “Great Victoria” stansiyasından kurs edir.
Mərkəzi stansiyaya qədər dəmir yolu biletinə həmçinin şəhərin mərkəzinə kimi avtobusla gediş haqqı da daxildir.
Bazar günləri bütün Şimali İrlandiyada bütün istiqamətlərdə limitsiz sayda gedişdən ibarət “Sunday Day Tracker” (5 funt) bileti keçərlidir.

Bərədə

Turist və avtomobillərin Belfastdan Stranrayerə (Şotlandiya) daşınması ilə məşğul olan “Stena Line” şirkətinin terminalı şəhərin mərkəzindən şimalda, 2 km məsafədə, “Dock” stansiyasında yerləşir. Maşın daşınması ilə məşğul olan digər şirkətlər Belfastdan şimalda, 30 km məsafədə, “Larne” limanında yerləşir.

“Victoria” terminalından Belfast və Liverpul arası reysləri həyata keçirən “Norfolkline” şirkəti şəhərin mərkəzindən 5 km məsafədə yerləşir. “The Steam Packet Company” turist və onların avtomobillərini aprel ayından sentyabr ayına kimi həftədə 2-3 dəfə “Donegall Quay” limanından Men adasına çatdırır.