Inar Travel

Belqrad

Əhali 7209764 nəfər

Sahə 88361 km2

Rəsmi dil serb

Turun qiyməti 650

Belqrad Az adama məlumdur ki, müasir Serbiya ərazisində 18 Roma imperatoru dünyaya gəlmişdir. Yəni, Müqəddəs Roma imperiyasının təxminən hər dördüncü hökmdarı bu ölkədə göz açmışdır. Onların çoxu dünya tarixində iz qoyublar. Balkanın müasir qərb sivilizasiyasının beşiyi olma faktını yaşı 8000 ildən çox olan dünyanın ən qədim məskəni “Lepenski-Vir” təsdiq edir.

Belqrad
Belqrad
Belqrad

1-ci gün

Belqrada çatma. Məlumatlı ekskursiya. Asudə vaxt. Balıq restoranında su üzərində şam yeməyi. “Kasina” 3* mehmanxanada yerləşmə

2-ci gün

Oteldə səhər yeməyi.

Sremska Mitrovitsa, və yaxud Roma imperiyası vaxt Sirmiy adlandırılan məkan bu regionun  ən vacib şəhərlərindən biri və xristianlığın mərkəzi olmuşdur.

Günümüzə xarabalıqları çatan Çar sarayı, Bazilika, su kəməri və taxıl anbarı fraqmentlərini görmək olar. Muzeydə bu qədim şəhərdə aparılan qazıntılarda tapılan freska və mozaikalar sərgilənir.

Zasaviça – bir neçə növ bitki və zəngin heyvanlar aləmi olan qoruq. Buranın flora və faunasının böyük hissəsi endemik növlərdir.

Orta əsrin sonlarından başlayaraq Dunay çayı ilə müdafiə olunan Fruşka Qoranın sıx meşələri, serblərin mənəvi aləminin mədəniyyətinin və incəsənətinin sığınacağı idi. Orta əsr serb monastırlarının cəlbedici kompleksi heyranedici gözəlliyi və son dərəcə dəyərli mənəvi əhəmiyyətinə görə Fruşka Qoranı, Müqəddəs dağ ilə müqayisə edirlər. Fruşkanı təşkil edən on yeddi monastırdan ibarət sıx şəkildə yerləşən ziyarətgahlar XV əsrdən XVII əsrə qədərki dövrdə inşa olunmuş və serb çarlarının bəxşişi hesab olunur. Burada serb monastırları dinin, adət və ənənələrin qoruyucuları hesab olunmaqla bərabər, orta əsrlərdə Serb bədii yaradıcılığının unikal abidəsi idi.

Kovaçeviç  şərab evində şərabının dequstasiyası ilə şam yeməyi.

“Kasina”3* mehmanxanaya qayıtma

3-cü gün

Oteldə səhər yeməyi

Smederovo Morava və Dunay çaylarının qovşağında yerləşən orta əsr Serbiya dövlətinin  sonuncu paytaxtı. XV əsrin möhtəşəm qalası.

Viminasium – Balkanların ən böyük Roma torpağı olmuş, indiki zamanda Roma şəhərinin qalıqları Serbiyanın ən böyük arxeoloji mərkəzidir. O dövrlər haqqında böyük amfiteatrın qalıqları, term və nekropollara seyr edə bilərsiniz. .

Milli muzey – 1895-ci ildə yaranan muzeydə, qədim Viminasium şəhərinin çox gözəl arxeoloji kolleksiyası saxlanılır. Milena Pavloviç Baril qalereyasında onun rəssamlıq qrafika və akvareldən ibarət 600 işi sərgilənir. Qalereya  Pavloviç-Barilin anadan olduğu evdə yerləşir.

“Dançiç” villasına yerləşmə

Şam yeməyi.

4-cü gün

Səhər yeməyi

Azərbaycan dilində “Göyərçin damı” mənasına gələn “Qolubaç” qalası, orta əsr Serbiyasının ən yaxşı qalmış və ən gözəl qalalarındandır. Arxeoloji şəhər  Lepenski Vir Dunay çayının sahilində, Cerdal dərə rayonunda yerləşir. Lepenski-Vir mədəniyyəti dünya tarixinin tarix öncəsi erasının  mədəniyyətinə aid məntəqələrindən biri olmuşdur. Eramızdan əvvəl 7 və 5.5 min il əvvəlki dövrlər arası dönəmə aid mənəvi mədəniyyət və incəsənət heykəlləri bu günədək salamat qalmışdır.  “Rayçaki pimnisada” şərab dequstasiyası ilə şam yeməyi.

Neqotinsk üzüm diyarı, Serb mədəni irsinin ən mühüm hissəsi sayılan unikal şərab anbarı arxitektura kompleksidir. Bu məkan həm də UNESCO-nun Mədəni irs siyahısına namizəddir. O, şərab sevənlərin, Serbiya sakinlərinin, turistlərin və Serbiyaya səyahət edənlərin sevimli məkanıdır.

Kalemeqdan – Belqradın ən böyük və ən gözəl parkı, həmçinin Sava və Dunay çaylarının qovuşduğu yerdə ucalan Belqrad qalasının yelrəşdiyi meydandır. Kalmeqdan adı yalnız qalanı əhatə edən geniş yaylaya aiddir. Bu yayla XIX əsrin 80-ci illərində parka çevrilmişdir.

Rayaç kəndində gecələmə (və ya “Neqotin” 3* mehmanxanada).

5-ci gün

Manasiya (1306-cı il) və Ravanitsa (1375-ci il) monastırlarına ziyarət. Manasiya monastırı orta əsr serb mədəni abidələrindən son tikilənlərdəndir. Orada Müqəddəs Stefan Lazareviçin mumiyalanmış cəsədi saxlanılır. Ravanitsa monastırı 1375-1377-ci illərdə tikilib; burada isə müqəddəs dini şəhid knyaz Lazaryanın mumiyalanmış cənazəsi saxlanılır.

Resava mağarası – Serbiyada ən böyük və ən gözəl təbii mağaradır. İçəridə müxtəlif zallar, kanallar və qalereyalar, rəngarəng stalaktitlər, stalaqmitlər və daşlaşmış şəlalələr öz gözəlliyi ilə heyran edir.

Şam yeməyi – Şəlalələr üzərində (və yaxud Belqrad balıq restoranında).

“Kasina” 3* mehmanxanada yerləşmə.

6-cı gün

Səhər yeməyi

Hal-hazırda Kalemaqdan parkı ərazisində hərbi muzey yerləşir.

Asudə vaxt.

Milli Skadarli restoranında şam yeməyi. Skadarli – Serbiyanın paytaxtı Belqradın qədim məhəlləsidir. Bu məhəllə Stari-Qrad icmasında yerləşir, şəhərin bohema hissəsi hesab edilir və tez-tez Parisin Monmartr kvartalı ilə müqayisə olunur.

7-ci gün

Səhər yeməyi

Asudə vaxt. Aeroporta transfer.

Fakültativ olaraq Belqrad boyu piyada gəzmək və balıq restoranında şam yeməyi (adambaşı 65 avro) etmək də mümkündür.