Inar Travel

Belarus

Əhali 9481100 nəfər

Sahə 207600 km2

Rəsmi dil belarus, rus

Turun qiyməti 300

Belarus Minsk üzrə baxış ekskursiyası sizi şəhərin görməli yerləri, tarixi və mədəniyyəti ilə tanış edəcək. Siz köhnə tikinti məhəllələri olan Troitsk qəsəbəsinin qədim küçələrini gəzib, Əfqanıstanda döyüşmüş hərbiçilərin şərəfinə ucaldılan abidə olan Hüzn və Yaddaş adasına ziyarət edib, şəhərin təməl mərkəzinə baş çəkəcəksiniz. Marşrut 800 il tarixinə malik olan paytaxtın əsas küçə və meydanlarından keçəcək.

1-ci gün.  Cümə axşamı.

Moskvada Belarus vağzalından qatar ilə yola düşmə.

2-ci gün.  Cümə.

Minsk şəhərinə çatma. Vağzalda bələdçi ilə görüş. Minsk üzrə baxış ekskursiyası sizi şəhərin görməli yerləri, tarixi və mədəniyyəti ilə tanış edəcək. Siz köhnə tikinti məhəllələri olan  Troitsk qəsəbəsinin qədim küçələrini gəzib, Əfqanıstanda döyüşmüş hərbiçilərin şərəfinə ucaldılan abidə olan Hüzn və Yaddaş adasına ziyarət edib, şəhərin təməl mərkəzinə baş çəkəcəksiniz. Marşrut  800 il tarixinə malik olan paytaxtın əsas küçə və meydanlarından keçəcək. Oteldə yerləşmə.

13:30  –“Xatın” memorial kompleksinə  əlavə ödənişlə ekskursiya. Qiymət-  adambaşı 1100 rubl . Ekskursiya müddəti – 4.5 saat.

“Xatın”  bütün dünyada tanınan,  sakinləri ilə birlikdə yandırılmış eyniadlı kəndin yerində yerləşən memorial kompleksdir. Bu,  təkcə yandırılmış və müharibədən sonra yenidən bərpa olunmuş kəndlərin xatirinə deyil, həmdə Belarus torpağında vaqe olmuş faşizm terrorunun qurbanlarına həsr olunmuş abidədir. Siz keçmiş kəndin küçələri ilə, faciədən əvvəl olan evlərin yerində qurulmuş soba borularının yanından keçib, Əbədi Məşələ baş çəkəcəksiniz.

Sərbəst vaxtkeçirmə.

3-cü gün. Şənbə.

Səhər yeməyi (özünüzlə).

06:45- Brest,  Brest qalası və Belovej meşəsinə ekskursiya

Brest Polşa və Belarus sərhədində yerləşən qədim şəhərdir. Şəhər haqda ilk xatırlatma 1019-cu ilə təsadüf edir. Şəhər qədim və zəngin tarixə malikdir. Burada  1569-cu ildə xristianlığın şərq və qərb qollarını birləşdirən Brest kilsə ittifaqı bağlanmışdır.1835-ci ildə I Nikolay burada fəth olunmaz qala tikməyə qərar verir. Brest qalasının Ağ sarayında  tarixdə “Brest sazişi” kimi qalan Almaniya və Sovet Rusiyası arasında sülh müqaviləsi bağlanmışdır. 1971-ci ildə burada möhtəşəm “Brest qala-qəhrəman” memorialı yaradılmışdır.

Sonra yolumuz Belovej meşəsinədir. Nahar. Yol üstü, Kamenetsk şəhərində Siz  1276-cı ildə tikilən əzəmətli  “Ağ Veja”  qülləsini ziyarət edəcəksiniz. Belovej meşəsi UNESCO-nun Dünya mədəni və təbii irsi siyahısına daxildir. İndi bura zəngin bitki aləmi ilə gözəl mənzərələri birləşdirən  Milli Parkdır. Burada Avropanın ən hündür küknar ağacı bitir və nəhəng zubr öküzləri yaşayır. Heyvan aləminin ecazkar  müxtəlifliyi buranı daha  maraqlı edir. Bu yerlər bir çox dahi şəxsiyyətlərin adları ilə  bağlıdır- Tışkeviç qardaşları, Tısenqauzlar, I Napoleon və II Nikolay… Ekskursiya sizi Belovej Milli Parkının  heyvan və bitki aləmi ilə tanış edəcək. Siz volyerlərdə olan qoruğun heyvanlarını və açıq səma altında təbiət muzeyini ziyarət edəcəksiniz.

23:00 qədər Minsk şəhərinə geri dönmə.

4-cü gün. Bazar.

Səhər yeməyi. 12.00 qədər otaqların azad edilməsi.

Sərbəst vaxtkeçirmə və ya  əlavə ödəmə edib Mir və Nesvij qəsrlərinə ekskursiya. Qiymət-  1 nəfərə 2400 rubl. Müddət – 10 saat.

8:00-da bələdçi ilə görüş və Nesvij qəsrinə ekskursiya. Dörd əsr boyunca Nesvij şəhəri Belarus maqnat ailələrindən biri- Radzivil ailəsinin iqamətgahı olub. Bu şəhər bu günə kimi qorunub saxlanılmış memarlıq irsi ilə fəxr edə bilər. Artıq şəhərə yaxınlaşdıqda, Radzivil qəsri öz möhtəşəmliyi və ahəngdarlığı ilə cəlb edir. Növbədə – XII əsrin Slutsk darvazaları, Farnıy kilsəsi, nəşriyyat, şəhər bələdiyyəsi və ticarət sıraları. Nesvij tarixi özündə çoxlu hadisə, sirlər və əfsanələr saxlayır. Nahar.

Mir qəsrinə ekskursiya. Mir qəsrinin möhtəşəm divarları öz çoxəsrlik tarixi boyu bir çox hadisələrin şahidi olmuşdur – knyazların təntənəli gəlişləri, cəngavər turnirləri, düşmən hücumları vaxtı mühasirələr…Qəsr indi də divarlarının çat, rəhnə və nifaqlarına, eləcə də dəbdəbəli içinin dəfələrlə yandırılıb qarət olmasına baxmayaraq,  qətiyyətlə və inamla ucalır. Qəsr UNESCO-nun Dünya mədəni-tarixi irs siyahısına daxil olunmuşdur.

19:00 radələrində Minsk şəhərinə qayıdış. Dəmir yolu vağzalına transfer. Moskvaya yola düşmə.

5-ci gün. Bazar ertəsi.

Moskvaya, Belarus vağzalına çatma.

Proqramın qiyməti- 300 AZN-dir. Aviauçuş əlavə olaraq ödənilir.