Balinadan hökmdara…
Dünyanın ən yaxşı kurortlarına can atan bir çox adam üçün Fransada Biarrits adı faktiki olaraq heç nə demir. Lakin krallar kimi istirahət etməyi sevənlərin gözləri önündə o dəqiqə okean, dalğalar, isti su, qalalar, kilsələr və balıqçılar canlanır. Bəli, məhz balıqçılar Biarritsin ilk sakinləri olublar. Özü də elə belə yox, böyük balıqları sevən balıqçılar! Balina ovu düz XVIII əsrə qədər şəhərin əsas “biznes”i olub. Bu, şəhərin gerbində və mədəniyyətində belə əks olunub. Lakin sonradan ictimaiyyətin diqqəti daha çox Biarritsin təbii dəyərlərinə yönəldi; Biskay körfəzinin ideal iqlimi və cənubi Fransanın gözəlliyi dünya məşhurlarını bura cəlb etdi. Sağlamlığını bərpa etmək üçün III Napoleon və xanımı, Kraliça Viktoriya, VII Eduard, III Alfonso və digər hökmdarlar üstünlük verirdi. Rusiyada bu kurort daha çox mədəni dairələrdə məşhur idi. Çexov, Nabokov, Aksenov və digərləri bu yerləri gəzmək şansını əldən vermirdilər. Viktor Hüqo isə bu məkanı istirahət üçün ən yaxşı yer kimi təsvir etmişdi: “Biarrits qədər gözəl başqa bir yer tanımıram”.
Bəs Biarritsə turlar niyə belə cəlbedicidir?
İsti sahil küləyi
Biarritsin ən önəmli keyfiyyəti iqlimidir. İqlimin formalaşmasında isə əsas rolu Biskay körfəzi oynayır. Körfəz cənubda ilıq suyu ilə fərqlənir. Düzdür, bəzən körfəzdə qasırğalar da müşahidə olunur. Lakin kurortun qitənin içindəki əlverişli mövqeyi onu qəfil temperatur dəyişmələrindən və küləkdən qoruyur. Əksinə, Biarritsdə istirahət başqa yerlərdən kifayət qədər sakit iqlimi ilə fərqlənir. Dəniz havası isə onun dincliyini bir daha vurğulayır.
Bu kurort təkcə əsəbləri müalicə etmir. Onun havası yod buxarları ilə doludur. Kiçik miqdarda yod orqanizmə çox xeyirli təsir göstərir. Az rütubətli iqlim də orqanizmə fiziki təsir göstərir və dərinin gəncləşməsi üçün idealdır. Minimum mütləq müalicə prosedurlarına həmçinin qum və günəş vannası da daxildir. Kurort özünəməxsus buxtanın sahilində yerləşir. Bu isə o deməkdir ki, şəhər isti günəş şüalarına açıqdır, lakin eyni zamanda da onların havanı çox qızdırmalarına imkan vermir.
Çimərlik istirahətinin tərəfdarlarını sevindirəcək məlumat isə ondan ibarətdir ki, isti Qolfstrim cərəyanı burada suyu 25°C-yə qədər qızdırır. Bu isə Atlantik okeanı sahillərindəki digər kurortların temperatur normasından artıqdır.