Inar Travel

Birmingem

Əhali 63395574 nəfər

Sahə 243809 km2

Rəsmi dil ingilis

Turun qiyməti xxx

Birmingem Birmingem İngiltərənin ən böyük şəhərlərindən biridir. Şəhər həm də ölkənin sənaye mərkəzidir. Şəhər əhalisinin yarısından çoxu sənaye ilə məşquldur. Birmingem öz mədəni həyati ilə məhşurdur. Burada çoxlu sayda muzey, qədimi bina, sərgi zalı və qalereya, teatr və gecə klubları yerləşir. Birmingem Şəhər Simfonik Orkestr ve Kral baletinin vətənidir. Bunlarla bahəm şəhərdə konsert meydançaları və dünya səviyyəli idman stadionları yerləşir. Rahat park ve bağçalar, kiçik qədimi evlər, zərif müasir binalar və çoxsaylı heykəllər şəhərə rahatlıq atmosferini bəxş edir.

Birmingem
Birmingem

DİQQƏTƏLAİQ YERLƏR:

Birmingemin diqqətəlayiq obyektlərindən “qırmızıkərpicli” universitet binasını, tikintisi XIII əsrə aid edilən Sent-Martin qotik kilsəni, klassisizm üslubunda inşa olunmuş mərkəzi meydanını, qotikanin parlaq nümunəsi olan Sent-Ced kilsəsini və rəsm və memarlıq əsərlərinin təqdim olunduğu Barberin zərif incəsənət institutunun Qalereyasını qeyd etmək mütləqdir.

Əyləncə:

Birmingendə çoxlu sayda bar, pab və gecə klubları yerləşir. Gecə həyatının mərkəzi, şəhərin əyləncə obyektlerinin çoxunun yerləşdiyi Broad Street rayonu hesab olunur. Şəhərin ən yaxşı rok-klubu “Rockin’”-dir. Müxtəlif istirahət zonalarında gənc rok-qrupların çıxışları təşkil olunur və müxtəlif musiqilər səslənir. “Bakers” klubu da öz məşhurluğu ilə seçilir. Klubda haus üslubunda musiqi ifa edilir, Böyük Britaniyanın ən yaxşı DJ-ləri çıxış edir. Dizayn və musiqisi ilə fərqlənən “Stoodies” klubuna da baş çəkmək məsləhət görülür.

OTELLƏR:

Burada siz müxtəlif kateqoriyalı otellərdə dayana bilərsiniz. Otellərin çoxu şəhərin mərkəzində üçmərtəbəli binalarda yerləşir. Sizə burada bütün lazım olan şəraitləri olan rahat otaqlar təklif olunacaq. Otellərin çoxunda su hovuzu, sauna, fitnes mərkəzi, restoran, bar və digər şəraitlər var.

RESTORANLAR:

Şəhərdə dünyanın müxtəlif mətbəxlərini təmsil edən restoranlar var. Hind mətbəxi olan “Balti Triangle Info” restoranında sizə geniş yemək seçimini təklif edəcəklər. Yerli mətbəxin taamlarını siz “Pitcher and Piano” restoranında sifariş edə bilərsiniz. Bu restoran rahat atmosferi və gözəl interyeri ilə seçilir. “Ipanema” restoranında siz Latın Amerikası taamlarını dada və salsa rəqsini öyrənə bilərsiniz. “Brasserie Blanc” restoranında sizə fransız mətbəxi təklif olunacaq.

MAĞAZALAR:

“BullRing” ticarət mərkəzində 150-dən çox fərqli tematika ve brendə aid olan mağazalar yerləşir. Burada siz ürəyiniz nə istəsə ala bilərsiniz. Supermarketin yanında meyvə və tərəvəz satılan açıq ticarət sıraları yerləşir. Mağaza sayında “BullRing”den bir az geridə qalan “Mailbox” ticarət mərkəzində siz dizayner mağazalarını tapa bilərsiniz. Burada olan brendlərdən Armani, Harvey Nicholls Store, Toni & Guy Salons, Nicky Clarke Salons, Huso Boss, Belle Scarpe, DKNY və d. qeyd etmək olar. Gözəl qədimi binada yerləşən Great Western Arcade ticarət mərkəzi də öz məşhurluğu ilə seçilir.