Inar Travel

Bratislava

Əhali 5415949 nəfər

Sahə 49035 km2

Rəsmi dil slovak

Turun qiyməti 600

Bratislava Bratislavanın tarixi mərkəzinə ekskursiya: Primasial sarayı, Əsas meydan (Köhnə Ratuşa, Maksimiliyanların fəvvarəsi, barokko dövrünün zadəgan sarayları), Frantişkan meydanı (Yezuitlər kostyolu, Fransiskan kostyolu), Mixalsk küçəsi (Mixalsk darvazası, Mixalsk qalası, Seqnerovo kuriyası, Macar şah palatası), Ventur küçəsi (rokoko və barokko dövrünün zadəgan sarayları), Müqəddəs Martin kilsəsi.

Bratislava
Bratislava
Bratislava

1-ci gün

Bratislavaya gəlib çatma, Bratislavada seçilmiş otelinə sərbəst transfer, asudə vaxt.

İstəyə görə – fərdi olaraq dəmir yolu vağzalından, Bratislava aeroportundan və ya Vyanadan Bratislavaya, seçilmiş otelə transfer;

İstəyə görə – əlavə olaraq Bratislavanın Köhnə şəhərinə fərdi axşam ekskursiyası (davamiyyət – 1.5 saat);

İstəyə görə – Köhnə şəhərin restoranlarından birində şam yeməyi, Slovak milli mətbəxinin taamları ilə tanışlıq.

2-ci və növbəti günlər:

İstəyə görə – Bratislavanın tarixi mərkəzinə ekskursiya: Primasial sarayı, Əsas meydan (Köhnə Ratuşa, Maksimiliyanların fəvvarəsi, barokko dövrünün zadəgan sarayları), Frantişkan meydanı (Yezuitlər kostyolu, Fransiskan kostyolu), Mixalsk küçəsi (Mixalsk darvazası, Mixalsk qalası, Seqnerovo kuriyası, Macar şah palatası), Ventur küçəsi (rokoko və barokko dövrünün zadəgan sarayları), Müqəddəs Martin kilsəsi (davamiyyət – 1.5 saat);

İstəyə görə – müqəddəs Martin baş kilsəsi, Primasial sarayı və saatlar muzeyinə əlavə ekskursiya (davamiyyət – 2 saat);

İstəyə görə – avtomobillə Bratislavaya ( mərkəzi rayonlar, Dunay sahili və körpülər) Slavin memorialı və Bratislava Qrad qəsrinə (qış vaxtı) baş çəkmə və yaxud orta əsr Devinski şəhər qalasına (yay vaxtı) icmallı ekskursiya (davamiyyət – 3 saat);

İstəyə görə – Boynitsa qəsrinə, qəsrin həyətinə, onun otaqlarına baxmaq və qəsrin altındakı mağaraya eniş ilə ekskursiya. Boynits kurortunda, açıq termal hovuza səfər (davamiyyət – 9 saat);

İstəyə görə – Komarnoda “Avropa saraylarına”, Avropanın 45 dövlət və regionlarının memarlıq nümunələrinin təqdim olunduğu məkana ekskursiya. Velka Meder termal akvaparkına baş çəkmə (davamiyyət – 8 saat);

İstəyə görə – “Kiçik Karpat şərab yoluna”  məşhur Slovak şərabının dequstasiyası üçün ekskursiya, modran keramikasının hazırlandığı əl manufakturasına baş çəkmə və “Çerveniy kamen” qəsrinə baxış (davamiyyət – 7 saat);

İstəyə görəVyanaya ekskursiya, seçimə görə Müqəddəs Stefan kilsəsi, Hofburq qış imperator sarayı, ratuşalar, Vyana dövlət opera teatrı, Albertina, Belveder qəsri və parkı və ya Şönbrun yay imperator sarayı ilə tanışlıq (davamiyyət – 8 saat).

Sonuncu gün:

Oteldə otaqların boşaldılması. Bratislavadan yola düşmə.

İstəyə görə – Bratislava otelindən Bratislava dəmir yol vağzalına və ya Bratislava hava limanına yaxud Vyanaya fərdi  transfer.

Turun dəyəri – adambaşı 600 AZN-dən başlayaraq.

Turun qiymətinə daxildir:

Seçilən yerləşmə variantına uyğun olaraq, Bratislava otelində istənilən vaxt kəsiyində yerləşmə, səhər yeməyi və yerli vergilər.

Əlavə ödənişə görə:

  • Bratislavada otel nömrəsinin kateqoriyasının yüksəldilməsi;
  • Bratislavada əlavə ekskursiyaların və səfər ekskursiyalarının sifarişi;
  • Bratislava otelindən Bratislava dəmir yol vağzalına, Bratislava hava limanına yaxud Vyanaya fərdi  transfer;
  • Bratislavaya qədər və ya Bratislava dəmir yol biletlərinin, Venaya qədər olan aviabiletlərin əldə edilməsi.