Inar Travel

Bruney

Əhali 415717 nəfər

Sahə 5765 km2

Rəsmi dil malay

Turun qiyməti xxx

Bruney Bruney — gözəl, bəşəriyyətin dəymədiyi tropik təbiətə və tarixi abidələrə malik tipik islam dövlətidir. Bu ölkə barədə ilk məlumatla XV əsrin Çin xronikalarında rastlaşa bilərik; o zaman ölkə müxtəlif adlarla adlandırılırdı: Polo, Puni, Poli. Bir qədər sonra, XVI əsrdə Bruney güclü imperiyanın mərkəzinə çevrilir ki, onun tərkibinə o zamanlar Kalimantan adlandırılan Borneo adası və Filippinin bir hissəsi də daxil idi. XIX əsrin sonlarında isə ölkə Böyük Britaniyanın müstəmləkəsinə çevrilir. Nəhayət, 1959-cu ildə ölkə daxili müstəqillik əldə edir, 1984-cü ilin yanvar ayının 1-dən isə tam suveren bir dövlətə çevrilir.

Bruney — gözəl, bəşəriyyətin dəymədiyi tropik təbiətə və tarixi abidələrə malik tipik islam dövlətidir. Bu ölkə barədə ilk məlumatla XV əsrin Çin xronikalarında rastlaşa bilərik; o zaman ölkə müxtəlif adlarla adlandırılırdı: Polo, Puni, Poli. Bir qədər sonra, XVI əsrdə Bruney güclü imperiyanın mərkəzinə çevrilir ki, onun tərkibinə o zamanlar Kalimantan adlandırılan Borneo adası və Filippinin bir hissəsi də daxil idi. XIX əsrin sonlarında isə ölkə Böyük Britaniyanın müstəmləkəsinə çevrilir. Nəhayət, 1959-cu ildə ölkə daxili müstəqillik əldə edir, 1984-cü ilin yanvar ayının 1-dən isə tam suveren bir dövlətə çevrilir. Bruneyin kral ailəsi dünyanın ən qədim taxt-tac sahibi olan ailəsidir — Bolkia nəslindən ilk sultan taxta 1405-ci ildə çıxıb. Sultan ölkədə mütləq hakimiyyətə malikdir — qanunverici və icraedici hakimiyyət ona məxsusdur.

Bruneyin paytaxtı olan Bandar-Seri-Beqavanedə yerləşən İstana-Nurul-İman Sultan sarayı dünyanın ən iri yaşayış sarayı hesab olunur və xüsusi diqqətə layiqdir. Özünəməxsus görkəmi və əzəmətinə görə saray «Ginnesin rekordlar kitabına» daxil edilib. Sarayın tikinti üslubu özündə islam memarlığını, yerli adət-ənənələri və ultramüasir bahalı tərtibatı birləşdirir: burada İtaliya mərmərindən, Şanxay qranitindən, ingilis şüşəsindən və ən keyfiyyətli Çin ipəyindən istifadə olunub. Sarayın sahəsi 205 min kvadrat metrdir, burada cəmi 1788 otaq, taxt-tac salonları, 51000 çilçıraq, 18 lift, 44 pilləkən mövcuddur. Həmçinin sarayda bərbəzəkli hərəmxana, dünyanın ən iri özəl avtomobil kolleksiyası üçün qaraj (burada bəziləri yeganə nüsxədə olmaqla sultanın sifarişi ilə hazırlanmış nadir avtomobillər saxlanılır ki, bunların da yalnız 200 ədədi Rolls-Roysdur), helikopter meydançası, soltanın sevimli 200 cins çapar atının saxlandığı kondisionerli tövlə var. Ənənələrə uyğun olaraq, Ramazan ayının sonunda saray ziyarət üçün açıq olur.

Hakimiyyətdə olan sultanın atası Ömər Əli Sayfuddin adına müasir məscid — bütün müsəlman Şərqinin ən möhtəşəm məscidlərindən biridir.

Bruneydə istirahət turistləri bir sıra maraqlı ekskursiyalarla özünə cəlb edir. Belə ki, bu ölkədə gecə əyləncə həyatı mövcud deyil.

Bruneydə ekskursiya turları

Paytaxt Bandar-Seri-Beqavenda sizi Bruneyin görməli yerləri valeh edəcək. Bruney muzeyi — Hindistandan, İrandan, Misirdən və Türkiyədən gətirilmiş qədim Quran nümunələri, silah kolleksiyası, qeyri-adi naxışlarla bəzədilmiş çoxsaylı etnoqrafik toplular, keramika, silahlar, xalçalar, mis və şüşə əşyalar, badir incilər: burun hissəsinə kompas geydirilmiş türk çəkməsi, Qüdsdəki «Tanrı tabutu» rotondasının eyni olan modeli, Bötük Moğollar dövrünə aid tam dəmir əsləhə dəsti və brilyantlarla bəzədilmiş qamçı dəstəyi, X əsrə aid ianə yığımı üçün «kaşqul» kasaları, incəsənət və əl sənətləri mərkəzi, soltana məxsus əşyaların kolleksiyası — kral arabası, qızıl və gümüş təntənə silahları, tacqoyma mərasimi üçün qiymətli daşlarla bəzədilmiş tac, rəsmi mərasimlər üçün taxtın surəti deməkdir. Burada həmçinin Malay texnologiya muzeyi də var ki, həmin muzeydə ənənəvi kənd memarlıq məktəbinə aid dayak, kedayan, murut və dusun qəbilələrinə, müasir texnologiyalara həsr olunmuş sərgiləri görmək olar. Burada muzeyi və akvariumu olan Çörçil-muzeyi, Hakim ailənin şəcərəsi və tarixi üzrə Bruney tarix mərkəzi mövcuddur.

Məscidlərə gəlincə, Hassanal Bolkiah məscidi 24 karatlıq qızılla örtülmüş günbəzi ilə diqqəti cəlb edir, bu məsciddə həmçinin dünyanın ən iri mərmər abidəsi ucalır. Came Asr-Hassanal-Bolkiah-Moske, yaxud Kyaronq-Moske — Lapau kral mərasim zalı hakim sultanın tacqoyma mərasimlərinin keçirildiyi yerdir.

Calan-Kumbanq-Pasanq küçəsi istiqamətində yerləşən Müqəddəs Andrey anqlikan kilsəsi xristianların ənənəvi ziyarət yeridir. Paytaxtın yaxınlığında Taman-Mini-Parayan-Kamponq-Parit miniatür parkı, uşaq meydançası, çoxlu sayda restoran və kafe, böyük gölə malik Kuala-Belalonq parkı mövcuddur ki, burada məşhur uzadan idarə olunan gəmilərin yarışları keçirilir. Həmçinin burada billur kimi şəffaf Temburonq çayının sahilində Batanq-duri parkı var.

«Uzun ev» – «kəllə ovçuları» adlandırılan İban qəbiləsinin yaşayış yeridir. Burada sizi ənənəvi düyü çaxırına qonaq edəcək və çayın sahilində piknik təşkil edəcəklər. Elə buradaca arzu etsəniz, çimmək də mümkündür; yaxınlıqdakı mini-heyvanxananı da gəzmək olar. Həmçinin burada «Bukitşahbandar» istirahət parkı, Bruneyin «mini-Disney-ləndi» sayılan Ceradonq parkı, Tasek istirahət parkı yerləşir.

Labuan — Bruney körfəzinin girəcəyində gözəl adadır. Burada Avstraliya hərbi xatirə abidəsini, qolf klubunu, malay kəndini, suvenir dükanlarını və gözəl çimərlikləri qeyd etmək mümkündür.

Kuala Belalonq — təbiət və fəal istirahət həvəskarları üçün ən maraqlı guşədir. Bruneyin bu hissəsi cəngəlliklərin dərinliyində yerləşir və Bruney universiteti ilə Böyük Britaniya Kral coğrafiya cəmiyyətinin apardığı tədqiqatların əsas mərkəzidir.

«Su üzərində kənd»də tikilmiş evlər sizi heyrətə gətirəcək. Kampunq-Ayer — dirəklər üzərində tikilmiş 28 ənənəvi kəndin qədim rəngarəngliyi özündə cəmləmiş tarixi memarlıq toplusudur. Əsrlər boyu yerli əhali Sunqey-Bruney çayında dirəklər üzərində evlər tikiblər. Hökumətin Kampunq-Ayer əhalisini quruya köçürmək cəhdlərinə baxmayaraq, 30 minə yaxın adam hələ də burada yaşayır. Qədimliyinə rəğmən, bu yaşayış məskəninin öz klinikaları, məscidləri, məktəbləri, su xətləri və hətta ayrıca polisi və yanğınsöndürən xidməti var. Ənənəvi əl sənətləri emalatxanalarında hələ də qədim üsullardan istifadə olunur. Burada ustalar mis əşyalar və Kampunq-Ayerdə yeganə nəqliyyat növü olan qayıqlar hazırlayırlar. Çayın sahilində qapalı Tamu-Kyanqe bazarını görmək olar. Bazarda rəngarəng yerli istehsal olan məhsulları, ərzaq, meyvə, ədviyyat və gül almaq mümkündür.

Sepilokdakı dünyanın ən qədim və nəhəng Oranqutanqların bərpa mərkəzində siz vəhşi adam Borneo ilə ünsiyyətdə ola bilərsiniz! Burada həmçinin eksponatlarla və videomateriallarla tanış ola biləcəyiniz təbiət tarixi tədris mərkəzi fəaliyyət göstərir.

Bruneyin əyalətləri təibət həvəskarlarını sevindirəcək. Burada parlaq günəşə, qumlu çimərliklərə, isti dənizə rast gəlmək olar. Belait rayonu ölkənin neft-qaz sənayesi mərkəzidir, istirahət üçün inkişaf etmiş infrastruktura malikdir. Buradakı Sunqay-Lianq, Sunqay-Mau və Luaqan-Lalak qoruqları, Uasai-Uonq-Kadirdəki qayalıq təpələr və piyada cığırları, Anduki-Yubili istirahət mərkəzində şəffaf suyu olan göl və sahilkənarı meşə, Lumut çimərliyi var. Kuala-Belaitdə sultan İstana-Mankeladın sarayına, Calanq-Padanqda istirahət günü bazarına, Silver-Yubili parkına tamaşa etmək olar. Həmçinin burada qeyri-adi gözəlliyə malik Rampayox və Mendaram şəlalələri, Belaita rayonunda isə Tasik Meribun gölü var.

Tutonq — etnik tərkibinə görə ən azsaylı və rəngarəng əhalisi olan rayondur. Burada tutonq, kedayan, dusun, iban xalqları yaşayır ki, onlar özünəməxsus yerli qəbilələri və adət-ənənələri ilə seçilirlər. Burada gəlsəniz, Sunqay-Basonq istirahət parkını, Tamu-Tutonq-Kamponq-Serambaqan açıq bazarını, XV əsrin nekropolları ilə əhatələnmiş Tasek-Merimbun «ilan gölünü», Ruma-Budaya mədəniyyət kəndini, rayonun beş etnik qrupunu gəzin. Pantay-Seri-Kenanqan və ya Pantay-Tutonq — o qədər də böyük olmayan yarımadada yerləşən park və çimərlik, hamar qumluq çimərlik, bol yaşıllıq deməkdir.

Bruney mehmanxanalarının özəllikləri

Bruneydəki mehmanxanalar istər kurort zonasında, istərsə də şəhər daxilində yüksək servis mədəniyyəti ilə seçilirlər. 1-dən 5-ə qədər ulduzlu mehmanxanalar sizi rahatlıq və zənginlikləri ilə qarşılayırlar. Bir çox mehmanxanalar öz qonaqları üçün çimərliklərə və ticarət mərkəzlərinə pulsuz çatdırılma xidmətlərinə malikdirlər. İri otellər şəbəkələrinin mehmanxanalarına da rast gəlmək olur.

Geyimsiz və çimərlik geyiminin üst hissəsi olmadan gün altında qaralmaq qadağandır.

Bruneydə dünyanın ən bahalı oteli olan Borneo adasındakı Empayr oteli yerləşir. Bu oteldəki bütün sanitar qovşaqlar, mebellər və qab-qacaq bahalı metallardan hazırlanıb. Oteldə Avstriya çilçıraqlarını, Sardiniyanın yaşıl mərmərini, Çin ipəyini, İngiltərə gümüşünü, hər otaqda musiqi mərkəzini və Danimarkadan gətirilmiş gecə klubunu görmək olar. Qab-qacaqlar gümüşdən, qaşıq-çəngəllər isə dəstəkləri qızıldandır. Digər qablar Limoj çinisindən hazırlanıb. Bu oteldə dünyanın ən böyük dəniz suyu ilə doldurulmuş hovuzu da var.