1-ci gün: Səhər 9:55-də Katmandudan Paroya `Druk Eyr` aviaşirkətinin KB203 saylı reysi ilə uçuş. Təyyarə Paroya 11:10-da çatır, hava limanında sizi bələdçi və sürücü qarşılayırlar, `Olathanq` və yaxud digər bu tipli mehmanxanaya çatdırırlar. Yerləşdikdən və qısa istirahətdən sonra gəzinti başlayır. Gəzinti zamanı siz ənənəvi memarlıq abidələri kimi ucalan XVII əsrin Drukqıel dzonq xarabalıqlarının qeyri-adi gözəlliyə malik mənzərəsini, nəhəng Paro dzonqunu, milli muzeyi, ölkənin ən qədim məbədlərindən olan Kıyçu-Lakxanq (VII əsr) məbədini görəcəksiniz. Möcüzəli lama krallığında ilk gecə, demək olar ki, əsl `Şanqri-La`dır.
2-ci gün: Təxminən 2 saatlıq məsafədə yerləşən Tximpxuya keçirik. `Wangchuk`, yaxud da onun kimi başqa bir mehmanxanada yerləşirsiniz. Qısa istirahətdən sonra Butanın paytaxtı ilə tanışlıq başlayır. Burada sizə ölkədə ən iri `Taşi Çoe dzonq`, Butanın III kralı Ciqme Dorji Vanqçukun xatirə çorteni, xalq incəsənəti və əl sənətləri məktəbi, milli xalq təbabəti institutu, mərkəzi bank və poçt nümayiş etdiriləcək.
3-cü gün: 3160 metr yüksəklikdəki Doçu-La aşırım yolu ilə təxminən 3 saatlıq məsafədə yerləşən Punakxuya keçirik. Təpənin yamacında, şəhərdən 8 km cənubda yerləşən `Zangto Pelri` mehmanxanasında yerləşirik. Buradan vadiyə yaxşı mənzərə açılır. Həmin gün siz Punakxa dzonqunu gəzəcəksiniz ki, bu da ölkədə ikinci ən qədim dzonqdur.
4-cü gün: Bütün günümüz `Himalayın ən gözəl ölkəsinin ən gözəl vadisi` adlandırılan qəribə gözəlliyə sahib `Qara dağlar` milli parkında keçəcək. Bir tərəfə yol 2,5 saat çəkir (60 km, yolun bir hissəsi abadlaşdırılmayıb). Park Pxobcexa vadisinin ərazisinin əhatə edir: burada hər il nadir qaraboyun durnalar qışlayırlar. (Zəhmət olmasa, nəzərə alın ki, durnalar fevralın ortalarında Tibetə geri dönürlər və ola bilsin ki, onları görə bilməyəsiniz). Gecəni Qantey qəsəbəsində keçirirsiniz ki, vadinin girişində olan bu qəsəbədə Niqmapa istiqamətinə məxsus məşhur monastır yerləşir.
5-ci gün: Qantey. Təbiətin gözəlliyini seyr etmək üçün sərbəst vaxt. Günün ikinci yarısında Tximpxuya qayıdırıq (təxminən 4 saat). Yolüstü, əgər istəsəniz, Vanqdue Pxodranq qəsəbəsinin dzonqunu ziyarət etmək olar. Seçdiyiniz kateqoriyalı mehmanxanada yerləşirsiniz. Sürücü ilə avtomobil və bələdçi axşama kimi ixtiyarınızdadırlar.
6-cı gün: Səhər Tximpxuda bir qədər sərbəst vaxt var. Bu, yerli suvenirləri almaq üçün gözəl fürsətdir. Paroya keçirsiniz, `Olathanq` və yaxud digər bu tipli mehmanxanaya yerləşirsiniz və istirahət edirsiniz. Arzu etsəniz, Taktşanq monastırına: məşhur `Pələng yuvası`na (4 saatlıq yol) getmək mümkündür. Yaxud da sadəcə dağın ətəyində açılan gözəl mənzərələrə tamaşa etmək olar. Möcüzəli lama krallığında vida gecəsi, demək olar ki, əsl `Şanqri-La`dır.
7-ci gün: Hava limanına çatdırılma və Parodan 7:30-da qalxan KB202 reysi ilə uçuş. Katmanduya təyyarə 08:20-də çatır.