Inar Travel

Kann

Əhali 347060 nəfər

Sahə 34 km2

Rəsmi dil fransız

Turun qiyməti xxx

Kann Təsadüfi deyil ki, zəngin və məşhur insanlar Fransaya, Kanna gedirlər. Bura məhz səmərəli və prestijli istirahət yeridir! Unikal iqlim ildə 300 günəşli gün hədiyyə edir, müqayisə olunmaz mavi sahil çimərliyi xoş istirahət vəd edir, meşəli dağların dolğun peyzajları isə göz oxşayır. Bütün bunlar şəhərin sadəcə əsasıdır, üzərində saraylar, yüksək səviyyəli otellər, ən yaxşı restoranlar və təbii ki, festivallar, sərgilər, və konsertlərin mirvari tək düzüldüyü bir ipdir.

Kann
Kann

“Ulduzlar şəhəri”

Kann məhz lord Henri Brouhemə görə dünya məşhurlarının istirahət yeri olmuşdur . Lorda bu diyar elə təsir etmişdir ki, o, 1834-cü ildən başlayaraq bura öz nüfuzlu dostları ilə tez-tez gəlməyi adət etmişdir.

Amma Kann əsasən 1946-cı ildən, burada ilk beynəlxalq kinofestivalın təntənəli açılışında bəri məşhurlaşmışdır. O vaxtdan Kanna turlar hər il daha çox populyarlıq qazanır, axı hər bahar dünyanın ən məşhur pilləkənlərini dünyadan məşhur kino ulduzlar qalxır… Bu qırmızı xalı ilə örtülmüş pilləkən 24 pillədən ibarətdir və festival sarayına aparır.

Sözsüz, Kann dünyanın kino paytaxtıdır və burada tez-tez məşhur ulduzları və hətta sevimli kumirləriniz ilə rastlaşmaq mümkündür. Və yalnız festivallarda və təltif mərasimlərində yox! Belə ki, sarayların qeydiyyat kitablarında çox sayda məşhurun adı gözə çarpır. Burada Prosper Merime, Jerard Filip, Gi de Mopassan yaşamış, Tom Kruz, Çarli Çaplin, Katrin Denöv, Marlen Ditrix, Jerar Depardye, Culia Roberts, Bert Lankaster, Alen Delon, Moris Şevalye, Sofi Loren və şahzadə Diana bir müddət istirahət etmişdir.

Bura mükafat əldə etmək üçün gələnləri isə saymaq çətin məsələdir – onların sayı o dərəcədə böyükdür! Ulduzlara mümkün qədər yaxın olmaq istəyirsiniz? Kannda istirahət – sizə lazım olan budur!

Mədəni sərvətlər

Az adam bilir ki, Kannda tarixin, qədim abidələrin və ekskursiyaların ən böyük pərəstişkarını da razı salmaq mümkündür. Belə ki, şəhərin kənarında bürünc əsrin qayaüstü yazıları, qədim meydanlar, barokko epoxasının qotik məbədləri və sarayları qorunub saxlanmışdır. Həmçinin əl işi sevənləri çoxsaylı muzeylər sevindirəcək. Bu yer təkcə ekran ulduzlarının deyil, filosofların, musiqiçilərin, rəssamların, şair və yazıçıların da ürəyini fəth edib. Buna görə də Kannın incəsənət həyatı olduqca rəngarəngdir və müxtəlif rəsmi mərasimlər ilə doludur :Beynəlxalq Rəqs Festivalı, Musiqi gecələri, İntellektual Oyunlar festivalı, kral reqataları və s. Lakin hər şeydən əvvəl Kanna səyahət festival sarayını “Palm–beach” burunu ilə birləşdirən sahilkənarı Kruazetlə yadda qalır. Onun üzəri ilə bircə saatlıq belə gəzmək və həmçinin, bircə baxışla olsa da Ulduzlar Xiyabanını görmək bu şəhərə səyahət edən hər turistin arzusudur.

Rivyeranın dəbdəbəsi

Kann hər şeydən öncə kurort şəhərdir. Buna görə də onun infrastrukturu həqiqətən də yüksək səviyyədə təşkil olunub. Ən tələbkar istəklərə belə cavab verə bilən geniş çeşidli otellərə və mənzillərə ayrı bir yerdə rast gəlmək çətindir.

Kann – yüksək səviyyədə təchiz olunmuş qumlu çimərliklər, möhtəşəm dəniz, hər növ su əyləncəsidir və məşhur diskoteka və barlar deməkdir.

Burada gecə həyatı səhərə qədər davam edir. Siz geyim və bəzəklərinizi nümayiş etdirmək üçün çox sayda prestijli yerlər tapacaqsınız . Kann alış-veriş sevərlər üçün bir cənnətdir.

Kruazeti əbəs yerə “Kannın vitrini ” adlandırmayıblar – burada lüks səviyyəli ən məşhur kutüryelər və mağazalar yerləşir. Hər şey bir kənara, Kann həm də lətafətli Provans mətbəxidir. Buyabes və Ratatuyu dadmaq həzzindən özünüzü məhrum etməyin!

Əgər siz Kannın bütün gözəlliklərini görmək arzusundasınızsa, o zaman əlverişli təklifimiz üzərində düşünün. Kanna individual tur almağa dəyər: bu şəhər sizin qarşınızda bütün ulduz sirlərini açacaq!