Inar Travel

Azərbaycan rayonlarına klassik tur

Əhali 9611700 nəfər

Sahə 86600 km2

Rəsmi dil Azərbaycan dili

Turun qiyməti xxx

Azərbaycan rayonlarına klassik tur 1-ci gun. Abşeron yarımadası
2-ci gün. Bakı-Şamaxı-Lahıc-Qəbələ
3-cü gün. Qəbələ - Şəki
4-cü gün. Şəki - Kiş - Bakı
5-ci gün. Bakı - Quba
6-cı gün. Quba - Bakı - Qobustan
7-ci gün. Turun sonu.

Bakı - Azərbaycan Respublikasının paytaxtı və sahəsinə görə ən böyük şəhərdir. Azərbaycan və Qafqaz bölgəsində ən böyük liman burada yerləşir. Şəhər Abşeron yarımadasının cənub sahilində yerləşir. Şəhər iki əsas hissədən ibarətdir-mərkəzi və şəhərin qədimi hissəsi. 2009-cu ilin əvvəlində Bakı şəhər əhalisi təxminən iki milyon nəfərə çatırdı. 2000-ci ildə Şirvanşahlar sarayı və Qız qalası UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir. Şəhər Azərbaycanın elmi, mədəni və sənaye mərkəzidir.
Şamaxı - Şamaxı rayonunun inzibati mərkəzidir. Şəhər dəniz səviyyəsindən 800 metr hündürlükdə, Böyük Qafqazın cənub-şərq ətəklərində yerləşir. Bu şəhər Xaqani, Nəsimi, Sabir kimi bir çox məşhur Azərbaycan filosoflarının, memarların və alimlərin vətənidir.
Lahıc. İsmayıllı rayonu ərazisində, Lahıc qəsəbəsi var. Lahıc, Girdiman çayın orta axınının dağarası hövzəsində yerləşir. Şimalda Qovdağ silsiləsi, cənubda isə Niyaldağ silsiləsini əhatə edir. Lahıc adının etimologiyası, İran ərazisindən IV-V əsrlərdə buraya köçən lahıc qəbiləsi ilə bağlıdır. Bu tayfalar Niyaldağda məskunlaşaraq, qaldığı ərazini özlərinə doğma olan yerlərin adını vermişlər.
Şəki. Şəki Bakıdan 325 km (200 mil) aralıqda, Böyük Qafqaz sıra dağlarının cənub yamacında, Azərbaycanın şimal hissəsində yerləşir. Şəkinin əhalisi 63,000 insan təşkil edir. Şəkinin yerləşdiyi ərazinin hündürlüyü bəzi yerlərdə 3000-3600 m çatır və Böyük Qafqazın qarlı zirvələri ilə əhatə olunur. Şəkidə 2700 il yaşı olan görkəmli mədəniyyət abidələri var. Şəhərin xüsusiyyətlərindən biri də çoxsaylı qırmızı damlı evləridir. Azərbaycanda Şəkililərin ən məşhur özəlliklərindən yaxşı yumor hissi və komik hekayələrini qeyd etmək olar.
Quba Böyük Qafqazın Şahdağ dağlarının şimal-şərqində, dəniz səviyyəsindən 600 m yüksəklikdə, Qudyal çayın sahilində, Bakıdan 168 km aralıqda yerləşir.
Kiş. Azərbaycan ərazisində Kiş kəndində yerləşən alban məbədi. Rəvayətə görə, İsa peyğəmbərin imanca qardaşı, müqəddəs Yakov xristianlığın yayılması üçün Albaniyaya müqəddəs Yeliseyi göndərir. Missioner işini bitirdikdən sonra, o, Kiş kəndinə gələrək burada kilsə tikdirir. Yalnız Qafqaz Albaniyası ərazisində deyil, ümumiyyətlə, bütün Qafqazın ilk xristian kilsəsi olaraq, məşhur Kiş məbədi hazırda da Şəki rayonunun Kiş kəndində yerləşir.
Xınalıq. Xınalıqda hər şey özünəməxsus şəkildədir. İlk öncə, burada fərqli insanlar yaşayır. Onlar V əsrdə süqut edilən Qafqaz Albaniyasının birbaşa varisləridir. Onlar tamamilə orijinal, dövlət dilindən fərqlənən və heç bir dil ailəsinə daxil olmayan bir dildə danışırlar. Bu dildə 77 hərf var. Onlardan başqa heç kim bu dildə danışmır və bu dili anlamır. Bu dildə danışanların sayı cəmi 2500 nəfər təşkil edir. Xınalıqlılar öz aralarında yalnız bu dildə danışır, Azərbaycan dilini isə dərsliklərin vasitəsi ilə məktəbdə öyrənirlər. Burada mehmanxana və yeməkxana yoxdur. Yalnız yerli sakinlərin evində gecələmək və yemək olar.
Bakı – Şamaxı – Lahıc – Qəbələ - Şəki – Kiş – Bakı – Quba – Bakı

1-ci gun. Abşeron yarmadası

Şəhərin “dağüstü park” sayılan ərazisindən, daha dəqiq desək “Teleqüllə” deyilən ərazidən açılan mənzərə, Bakının özünəməxsus rəng çalarlarından və miqyasından xəbər verir. Şəhərin forması sanki Xəzər dənizinə qədər uzanan bir amfiteatrı xatırladır. Şəhərdə ekskursiya üçün nəzərdə tutulmuş maraqlı və müxtəlif tarixi abidələr, tikililər mövcuddur.

İçəri şəhərin ərazisi 22 hektardan ibarətdir. Qeyd edək ki, bu ərazi Bakının ümumi ərazisinin kiçik bir hissəsini təşkil edir (Bakının ümumi ərazisi 44,000 hektardır). Tarixi abidələrin və tikililərin əksəriyyəti məhz burada yerləşdiyi üçün, ekskursiya zamanı bu əraziyə daha çox üstünlük verilir və bu, “İçəri Şəhər” adlanan ərazinin çox maraqlı bir yer olduğundan xəbər verir. Burada yerləşən tarixi tikililər kimi – Qız qalasını (XII əsr), Şirvanşahlar sarayını (XII əsr), Sınıq qala qəsrini, Karvansaranı, Cümə məscidini misal çəkmək olar.

Abşeron yarımadasına səyahət

Azərbaycanın ərazinin Abşeron yarımadasında yerləşən hissəsini məhz “Abşeron” adlandırırlar. Bu ərazi 3 tərəfdən dəniz ilə əhatə olunub. Bura isti yay və mülayim qış ilə fərqləndiyi üçün, dəniz kurortu sevən insanların diqqətini daha çox cəlb edir. Qeyd edilən bölgənin ən inkişaf etmiş infrastrukturu mövcuddur: avtomobil yolları, otellər, əyləncə və istirahət mərkəzləri, qumlu dənizləri, xarici turistləri, ölkənin qonaqlarını, müxtəlif ölkələrin vətəndaşlarını qəbul etmək üçün ən optimal variant sayılan beynəlxalq hava limanı.

Əksər unikal tarixi abidələr – məbədlər, qəsrlər, qalalar və orta əsrin müşahidə qüllələri heç zaman turistlərin və ölkəmizin vətəndaşlarının diqqətindən yayına bilməzlər. Bunlardan təbii qaz çıxıntısı yerində tikilmiş, Suraxanı ərazisində yerləşən Atəşpərəstlər məbədini misal gətirmək olar. Dünyanın müxtəlif yerlərindən zəvvarlar gələn yerlərdə, hal hazırda müxtəlif eksponatlarla dolu muzeylər yerləşir.

2-ci gün. Bakı-Şamaxı-Lahıc-Qəbələ

Biz Qafqaz dağlarını keçərək, şimal-qərb istiqamətinə yollanırıq.  Bakının quru landşaftı sıx meşəli dağlar ilə əvəz olunur.

Yol üstü Şamaxı şəhərinə üz tuturuq, Qafqazın ən böyük məscidi olan “Cümə” məscidini və Şirvanşah hökmdarlarının məzarını – “Yeddi Günbəzi”  ziyarət edirik . Növbəti səfər Lahıc kəndinədir. Lahıc qədim dövrün fars şəhərsalma və memarlıq sənətinin nümunəsidir. Qəsəbə eramızın V əsrində qurulmuşdur. Lahıc adının etimologiyası İran ərazisindən  IV-V əsrlərdə buraya köçən lahıc qəbiləsi ilə bağlıdır-bu tayfalar Araz çayını keçərək və Azərbaycan dağlarında məskunlaşaraq, qəsəbəyə öz doğma yerlərinin adını vermişlər. Şəhər Böyük İpək Yolunda beynəlxalq turizm marşrutuna daxildir və öz sənət emalatxanaları ilə məşhurdur. Daha sonra Qəbələ şəhərinə yola düşmə və mehmanxanada yerləşmə. Qəbələdə gecələmə.

3-cü gün. Qəbələ – Şəki

Səhər yeməyi. Şəki şəhərinə səyahət. Şəki Azərbaycanın ən məşhur və qədim diyarlarından biridir. Şəki  700 metr (2,297 fut) dəniz səviyyəsindən yuxarıda yerləşir və amfiteatr kimi dağlar və palıd meşələri ilə əhatə olunub. Bu qədim şəhər uzun müddət ipək mərkəzi və İpək Yolu üzərində mühüm yükboşaltma məntəqəsi kimi tanınmışdır . Belə bir fikir var ki, şəhərin adı, bizim eramızdan əvvəl,  VII əsrdə Azərbaycan ərazisinə gəlmiş sakların etnonimi ilə bağlıdır. Biz Şəki Turumuza gözəl freskalarla işlənilmiş  və pəncərəyə əl ilə incə bəzəklər edilmiş  XVIII əsrə aid olan Yay Xan Sarayının ziyarəti ilə başlayırıq. Sonra “Şəbəkə” pəncərələrinin  hazırlandığı sexə yola düşəcəyik. Həmçinin, Şəki şirniyyatları bişirilən sexə də gedəcəyik. Şəkidə gecələmə.

4-cü gün. Şəki – Kiş – Bakı

Şəki şəhərinin yaxınlığında, Kiş kəndində yerləşən Alban kilsəsinə səyahət. Rəvayətə görə, bu kilsə nəinki Qafqaz Albaniyası ərazisində, bütün Zaqafqaziyada tikilən ilk xristian kilsəsidir. Bu yer həddindən artıq diqqət cəlb edən yerdir, çünki bu məbədin ərazisində yaşadığımız dövrdən xeyli əvvəl məskunlaşan insanlardan fərqli bədən quruluşlu insan sümükləri aşkar olunmuşdur. Bu sümükləri araşdıran alim və tədqiqatçılar belə qənaətə gəliblər ki, onlar sarışın, mavi gözlü və hündür insanlara məxsusdur. Tanınmış Norveçli təhqiqatçı Tur Heyrdal bu ərazilərdə olub və belə bir qənaətə gəlib ki, Albanlar şimala köçmüş Vikinqlərin əcdadlarıdır.

2003-cü ildə kilsə Norveç hökuməti tərəfindən, Norveçli təhqiqatçı Tur Heyrdalın təşəbbüsü ilə bərpa olunmuşdur. Kilsənin ərazisində yerli insanların həmin təhqiqatçıya hörmət və minnətdarlıq əlaməti olaraq tikdirdiyi büstə də rast gəlmək olar.Bakıya dönüş və oteldə yerləşmə.

5-ci  gün. Bakı – Quba

Azərbaycanın şimalına, Quba şəhərinə səyahət. Quba Böyük Qafqazın Şahdağ dağlarının şimal-şərqində, dəniz səviyyəsindən 600 m yüksəklikdə, Qudyal çayın sahilində, Bakıdan 168 km aralıqda yerləşir. Şəhər uğurlu yerləşməyə və zəngin infrastruktura görə turistlərin ən sevdiyi məkana çevrilib. Qubanın Qəçrəş ərazisi də turistlərin ən sevdiyi məkanlar sırasındadır.

Quba şəhərinin ərazisində tanınmış dağ kəndi Xınalıq yerləşir. Xınalıq dəniz səviyyəsindən 2500 m hündürlükdə yerləşir. Xınalıq kəndinin əhalisinin özünə məxsus dili var, o dildə dünyanın heç bir ölkəsində danışmırlar. Xınalığın yaxınlığında daha bir dağ kəndi – Qrız yerləşir. Qubada gecələmə.

6-cı gün. Quba – Bakı – Qobustan

Səhər yeməyi. Bakıya dönüş və oteldə yerləşmə. Qobustana ekskursiya. Qobustan – açıq havada yerləşən və unikal qayaüstü divar şəkilləri ilə tanınan, neolit dövrünün tarixi memarlıq qoruğudur. Qobustanda 6000 çox və 12000 ilə yaxın yaşı olan qayaüstü divar şəkilləri var. Şəkillərdə daş dövründə yaşayan insanların həyat tərzi, ovu, istirahəti, özlərinə məxsus qaval daşı musiqi alətinin sədaları altında rəqsləri əks olunub. Böyük qayalarda o dövrün insanlarını pis havadan və təhlükədən qoruyan mağaralar formalaşmışdır.

7-ci gün

Oteldə səhər yeməyi. Gediş hazırlıqları. Aeroporta yola salma. Turun sonu.

Turun qiyməti

Qiymət (ABŞ dollarında)

Turistlərin sayı Birnəfərlik İkinəfərlik
2 $1 885 $1 670
4 $1 308 $1100
6 $1 100 $885
8 $1000 $810
10 $955 $736
12 $906 $687
15 $885 $666
20 $829 $610
25 $795 $576
30 $796 $578
35 $777 $558
40 $762 $544

Qiymətə daxildir:

Səhər yeməyi daxil olmaqla oteldə gecələmə. Proqram boyu nəqliyyat xidmətləri. Bələdçi xidmətləri. Muzeyə daxil olmaq üçün biletlər.

Qiymətə daxil deyil:

aviabiletlər, sığorta, viza rüsumu, günorta və şam yeməkləri, alkoqollu içkilər.

Qeyd: tur qiymətinə rahat və 3 ulduzlu oteldə yerləşmə daxildir. Müştərinin istəyindən asılı olaraq, əlavə ödəniş şərtilə, müştəri daha prestijli otelə köçürülə bilər.

Yol və xəritə

Bakı – Şamaxı – Lahıc – Qəbələ – Şəki – Kiş – Bakı – Quba – Bakı

Günlər İstiqamət Məsafə (km/mil) Səyahət vaxtı (+/-)
1-ci gün Bakı – şəhərin görməli yerlərinə tur – Abşeron yarımadası 60 / 38 40 dəqiqə
2-ci gün Bakı – Lahıc – Şamaxı – Qəbələ 300 / 188 4 saat 20 dəqiqə
3-cü gün Qəbələ – Şamaxı 140 / 88 2 saat 25 dəqiqə
4-cü gün Şəki – Kiş – Bakı 350 / 219 5 saat
5-ci gün Bakı – Quba 170 / 106 2 saat 35 dəqiqə
6-cı gün Quba – Bakı – Qobustan 300 / 188 4 saat 20 dəqiqə
7-ci gün Bakı – aeroport 20 / 12 20 dəqiqə

Viza

Azərbaycan:
Azərbaycana gələrkən beynəlxalq hava limanlarında viza yalnız Türkiyə və İsrail vətəndaşlarına verilir. MDB ölkələrinin (Türkmənistan istisna olmaqla) vətəndaşlarına viza tələb olunmur. Digər ölkələrin vətəndaşları Azərbaycana gələn zaman vizanı Azərbaycan konsulluqlarından və yaxud bizim turizm agentlikləri vasitəsilə elektron viza almalıdırlar. Vizanın sənədləşdirilməsi üçün bizim menecerlərlə Azərbaycana gəlməzdən ən azı 6 həftə əvvəl əlaqə saxlayın.

Mehmanxana

Turun qiyməti 3 və 4 ulduzlu mehmanxanalar üçün hesablanıb. Turistlərin arzusu ilə mehmanxananın kateqoriyası 5 ulduzluya qədər artırıla bilər. Bütün mehmanxanalarda səhər yeməyi qiymətə daxildir. Camaşırxana xidməti əlavə ödənişlə həyata keçirilir. Bəzi bölgələrdə internet məhduddur, bir sıra mehmanxanalarda isə mövcud deyil. Bakıdakı mehmanxanalarda internetə giriş mümkündür və əksəriyyətində pulsuzdur. Giriş vaxtı – 14:00, çıxış vaxtı – 12:00. Erkən giriş və gec çıxış əlavə sifariş və ödənişlə təqdim olunur.

Əməli məlumat

Valyuta bazarı: Mübadilə məzənnələri barədə məlumatı http://www.cbar.az ünvanından almaq mümkündür.

Yerli valyuta: manat

Tövsiyə olunan mübadilə valyutası: USD və ya AVRO

Valyutanı harada mübadilə etməli: Hava limanına çatarkən bələdçi nağd pulun yerli valyutaya harada və nəvə mübadilə olunması barədə dəqiq məlumat verəcək.

Bankomatların mövcudluğu: Yalnız iri şəhərlərdə.

Kredit kartlarının qəbulu: Yalnız iri şəhərlərdə.

İqlim:

Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec
Orta temperatur 6 5 8 15 18 30 32 30 20 17 12 8
Orta maksimal temperatur 10 8 12 19 22 30 35 37 25 21 16 12
Orta minimal temperatur 3 2 4 10 13 25 30 33 16 13 8 6
Yağışlı günlərin orta sayı 4 5 3 3 4 3 5 4 3 4 2 5
Qarlı günlərin orta sayı 0 3 1 0 0 0 0 0 0 0 0 0

Peyvənd və qorunma

Vacib deyil.

Elektrik təchizatı və şəbəkəyə qoşulma

Azərbaycanda istifadə olunan gərginlik və şəbəkəyə qoşulma tipləri barədə ətraflı məlumatı http://www.kropla.com/electric2.htm səhifəsinə daxil olmaqla öyrənmək mümkündür.

Turist sığortası

Bütün müştərilərimiz üçün turist sığortası vacibdir. Əmin olmalısınız ki, Sizin polisiniz bütün tibbi məsrəfləri əhatə edir.

Səfəriniz üçün xüsusi qablama

Təəssüf ki, bəzən yük göndərildiyi ünvana sahibinin gəldiyi reyslə çatmır, yaxud da nəqletmə zamanı zədələnir. Əgər sizdə belə bir hal baş veribsə, gəldiyiniz zaman hava limanını tərk etmədən öncə PİR (yükün zədələnməsi, yaxud itirilməsi barədə Akt) doldurmalısınız. Əks halda, yükün axtarışı və dəyən zərərin ödənilməsi problemə çevrilə bilər.

Yük

Yadda saxlayın ki, yükünüzü özünüz daşımalısınız. Onu tanımadığınız adamlara etibar etməyin.

Yol verilən yük çəkisi: 20 kq.

Geyim

Azərbaycanda hava dəyişkəndir. Şimalda və dağlıq ərazilərdə, xüsusilə gecələr, sərin ola bilər, buna görə də, özünüzlə isti geyim götürün. Ölkənin cənubunda yayda istidir. Yağışdan qorunmaq üçün xüsusi geyim ilin istənilən vaxtı lazımdır. Həmçinin, kilsə və məscidləri ziyarət etmək üçün baş yaylığı gərəklidir.

Ayaqqabı

Mümkün qədər rahat ayaqqabının olması arzu ediləndir. Daşlıq ərazilərdə gəzmək üçün yanınızda mütləq ked olmalıdır.

Avadanlıq

Günəş əleyhinə papaq, günəşdən qorunmaq üçün krem və gün eynəkləri.

Şərhlər

Xahiş olunur nəzərə alasınız ki, turizm infrastrukturu hələlik inkişaf mərhələsindədir və ehtiyac olarsa, proqram dəyişdirilə bilər. Qidalanma, hədiyyələr və şəxsi tələbat mallarını və xidmətlərini (məsələn, turun qiymətinə daxil edilməyən camaşır xidmətləri və s.) əldə etmək üçün sizin əlavə pula ehtiyacınız olacaq. Təxmini məsrəf gündəlik adambaşına 30 USD təşkil edəcək. Yerli yeməklər baha deyil. Yemək üçün milli mətbəxi olan restoranları və o qədər də böyük olmayan kafeləri seçə bilərsiniz. Bir nəfərlik menyunun təxmini qiyməti 10 USD-dir.